ANA SƏHİFƏ / YAZARLAR

NANKOR OĞUL

Faiq QİSMƏTOĞLU

19641    |   2017-03-30 13:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Oğlu Samir dünyaya gələndə Nərgizin sevinci yerə-göyə sığmırdı. Sevinirdi ki, Aynurdan sonra bir oğlu dünyaya gəlib. Oğlunu düşmən çəpəri bilirdi. Düşünürdü ki, çətin günümdə, ağır anımda oğul sinəsini qabağa verər, məni hər hansı təhlükədən xilas edər. Amma Nərgizin heç ağlına gəlməzdi ki, bu oğul nə vaxtsa onun çəkdiyi əziyyətləri yerə çırpacaq və anasını unudacaq. Nəgiz bir onu bilirdi ki, oğlunu həyat yoldaşı Yaşarla birlikdə böyütsün.

… İş elə gətirdi ki, günlərin birində həyat yoldaşı Yaşar yolu keçərkən qatar onu vurdu. Bu faciəli an Nərgizi uzun müddət pis vəziyyətə saldı. Hətta bir neçə dəfə intihar eləmək istədi. Ancaq fikirləşdi ki, bəs mən intihar elədim, bu iki körpəyə kim yiyə duracaq, kim onlara sahib çıxacaq və kim onların toyunu eləyəcək?!..

Bax, bu düşüncələr, bu fikirlər onu intihardan, çətinlikdən xilas elədi. Onu xilas eləyən göydə Allah oldu və bir də atası halal çörəyi hər şeydən üstün tutan Nadir kişi oldu. O Nadir kişi ki, səhərdən axşama qədər əkin əkər, mal-qoyun saxlayar və təsərrüfat işləri ilə məşğul olardı. Alın təriylə qazandığı pulu qızına və nəvələrinə verərdi. Hətta qızının qaynanası onu yola verməyəndə Sumqayıtdan ona bir həyət evi də aldı. Qızı da gördü ki, ağır və çətin anında atası Nadir kişi o biri övladlarından çox ona əl atır, ona arxa durur və ona kömək edir. Bunların hamısını Nərgiz yaxşı bilirdi. O ayağa durmağı, çətinliyə əyilməməyi bacardı. Nərgiz onu da bacardı ki, hər iki övladını 18 yaşına sağ-salamat çatdırdı. Qızı Aynura təhsil verdi. O Tibb Texnikumunu fərqlənmə ilə bitirdi. Nərgiz atasını itirsə də yenə öz qüvvəsinə, iradəsinə, gücünə arxalandı. Günlərin birində qapısını döydülər, qızına elçi gəldilər. O, elçilərin də qabağına mərdliklə çıxdı. Atalı adamların eləyə bilmədiyi toyu balasına elədi. Qapıda qara zurna çalanda, qollarına qaldırıb oynayanda gözləri doldu, həyat yoldaşı yadına düşdü, atası yadına düşdü. Həmin anda qardaşları ona arxa durdu. Dedilər ki, atam yoxdur, biz varıq. Elə onun da ən çox bu cür təsəlliyə, bu cür şirin sözlərə ehtiyacı vardı. Onun həm də insanlara olan inamı çox böyük idi. Ən çox da ona inanırdı ki, oğlu əsgərə gedəcək, qayıdacaq, ona toy edəcək və bu oğul ona arxa duracaq…

… Oğlu əsgərliyə getdi, hərbi xidmətdən qayıtdı və ona da Nərgiz bir toy elədi ki, gəl görəsən. Deyirlər yetimin bəxti də bəzən ayaq üstə olur. Dayısı Baloğlan ona atalıq elədi, qabağa düşdü, yaxşı bir yerdə dövlət qulluğunda işə düzəltdi. Orda işləmək, orda fəaliyyət göstərmək hər adama nəsib olmazdı. Bəlkə də Allah-Təalanın ona yazığı gəldi ki, bu yetim uşağı sevindirsin. O yetim uşaq da sevindi, əli çörəyə çatdı və Nərgiz ona da gözəl bir toy çaldırdı. Və hər şey də bu toydan sonra başladı. Yəni Nərgizin qara günləri, çətin anları bir qədər də artdı. Heç həyat yoldaşını itirəndə, iki körpə ilə tək qalanda belə çətinlik görməmişdi. Oğlu Samir elə ilk gündən «kəndiri» əldən verdi. Yəni qayınatasının sözüylə oturub-durdu. Hətta qayınatası anasından onu ayırmaq üçün torpaq sahəsi götürüb ona ev də tikdirdi. Elə o evin də çox xərcini Nərgiz çəkdi. qayınatasından xəbərsiz ora daş göndərtdi, taxta-şalban apartdı, qapı-pəncərə hazırladıb işi yarımçıq qoymadı. Ev başa gələndən sonra qayınatası Nərgizə bir sifət göstərdi ki, gəl görəsən. Nərgiz də o sifəti görəndən sonra həmin evə gedə bilmirdi. Oğul da qayınatasına ata, qayınanasına ana deyirdi.

Samirin evləndiyi qadından iki oğlu oldu – birinə atasının adını, o birinə də başqa bir ad qoydu. Gündən- günə ailə münaqişəsi daha da güclənirdi. Hər gün evdə-eşikdə dava-dalaş düşür, yeyib-içdikləri zəhərə dönürdü. Elə bir gün olmazdı ki, qayınatası onlara gəlməsin, onlarla mübahisə eləməsin və axırda da kürəkənini «zəhərləyib» getməsin. Çünki Samir də düz-əməlli adam deyildi. Elə düz-əməlli adam olsaydı, ilk gündən ixtiyarı qayınatasına, qayınanasına verməzdi. İlk gündən onları başına çıxarmazdı. İlk gündən anasını əzab-əziyyətlə tikdirdiyi bu evdən didərgin salmazdı. İlk gündən öz boşluğunu, ağzının kəsəri olmamasını göstərmişdi. Elə qız tərəf də bu yumuşaqlığa görə, onun başına kəndir keçirib o tərəf, bu tərəfə sürüyürdü…

Ailə münaqişəsi məhkəməyə qədər gəlib çıxdı. Çox adam yalvardı ki, Samir ailəsi ilə ayrılmasın. Hətta böyük xalası Sürəyya yaylığını onun ayağının altına atdı ki, ailəsi ilə barışsın. Samir isə çox gönüqalın və nadan bir gənc idi. Nə yaylıq saydı, nə ağbirçək qandı, nə də ağsaqqal sözünə qulaq asdı. O heç iki uşağının taleyini də düşünmədi. O heç anasının hansı əzab-əziyyət, hansı çətinliklər çəkdiyini də fikirləşmədi. Samir üçün hər şey çox adi idi. Hətta o, iki övladından belə çox asanlıqla üz döndərmək istəyirdi…

Sən demə, Samir həmin dövrdə özündən 15 yaş balaca olan Zərnitacla görüşürmüş. Və bu Zərnitac da şeytan kimi onun qəlbinə giribmiş. Onun qəlbinə girən Zərnitac hətta iki körpə uşağını da unutdura bilirmiş. Anası Nərgiz xanım yenə əvvəllər olduğu kimi çətinliklər içində yaşayırdı. İki yerdə işləyirdi: səhərlər xidmətçi kimi fəaliyyət göstərirdi, günorta da kimlərinsə evində təmizlik işləri aparırdı. Alın təriylə qazandığı o pulları övladlarına xərcləyirdi. Zarafat deyildi, qadın olasan bu qədər ağır yükü çiynində daşıyasan.

Bir dəfə də elə oldu ki, oğlu Samir axmaq bir işə görə «ilişdi». Nərgiz çox çətinliklə ondan-bundan borc alıb pul düzəldərək onu bu bəladan xilas elədi. Oğulun isə Araz aşığından, Kür də topuğundan idi. Səhərlər işə gedir, axşamlar da özü kimi əhlikef uşaqlarla yeməkxanalarda, restoranlarda yeyib-içirdi. Anası da onu danlayırdı ki, ay oğul, iki ildir ailəndən ayrılmısan, bəlkə balalarınla görüşəsən? Həyat yoldaşınla barışasan?! Samir isə deyirdi ki, iti görüm, qurdu görüm həyat yoldaşımı görməyim.

Yazıq Nərgiz yalvarırdı ki, heç olmasa övladlarınla görüş. Axı onlardan birinə atanın adını qoymusan. Kişiliyin olsun, get uşaqlarına baş çək! Samirin isə yadına nə atası düşürdü, nə də iki oğlu. Onun yadına düşən ancaq Zərnitac idi. Zərnitac onun qəlbinə şeytan kimi girmişdi, iki uşağını da unutdurmuşdu, hətta anasını da yaddan çıxarmışdı…

Samir iki ayağını bir başmağa dirəyib anasına deyirdi ki, Zərnitacı evə gətirəcəm. Anası onun dediklərini eşidəndə havalanırdı. Ancaq bir gün Zərnitacı yanına salıb evə gətirdi. Onda da bir həngamə baş verdi ki, gəl görəsən. Yazıq Nərgiz bilmədi canını hara qoysun. Oğlu onu elə sıxışdırdı ki, Nərgizin adı yadından çıxdı. Və bir də gördü ki, Zərnitac evin ortasındadır. Bir müddətdən sonra Zərnitacgillə onlar arasında bir barışıq da oldu. Amma bu qız heç ipə-sapa yatmırdı. Gödək paltar geyir, Nərgizin əsəbləri ilə oynayır və tez-tez də Türkiyədə yaşayan anasıyla telefonla danışırdı. Bir gün də elə oldu ki, anasıgil bu evə gəldi. Zərnitacın qardaşı, nənəsi və bacısı bu evdə bir dava saldı ki, gəl görəsən. Dava da ondan ibarət idi ki, onlar istəyirdi Zərnitaca toy eləsinlər. Nərgiz isə bununla razılaşmırdı. Deyirdi ki, tanımadığım adamı mən necə qəbul edərəm? Onun istəyindən asılı olmayaraq artıq su qaba girmişdi. Su da qaba girəndə deməli, o içməli olur. Bu suyu Nərgiz heç vaxt içə bilmirdi.

Nərgiz evdə olmayanda baş verən davanın səsi qonşulara qədər gedib çatmışdı. Və Nərgiz evə gələndə gördü ki, nə Zərnitac var, nə də onun anası və nənəsi. Sən demə, onlar Samirlə dalaşıb qızlarını da götürüb gediblərmiş. Bax, bundan sonra Nərgizə elə bil ki, od vurdun. O da dedi ki, mənim evimdən çıxıb gedən və dava salan gəlin bir daha bu evə dönə bilməz…

Samir isə bir müddət dinib-danışmadı. Sonradan telefonla Zərnitacla tez-tez əlaqə yaratdı, yalvarıb-yaxarırdı. Deyirdi ki, anam özü üçün deyir, mən səndən əl çəkən deyiləm! Sənə görə iki uşağımı atmışam. Lazım gəlsə anamı da atacam…

… Üç gündən sonra Samir pal-paltarını götürüb evdən çıxdı. O yaxşı bilirdi ki, Nərgiz nə Zərnitacı, nə də onu bu evə buraxmayacaq. O yaxşı bilirdi ki, bu hərəkti ilə bütün qohum-əqrəbasının, əmisinin, dayısının, xalalarının gözündən düşəcək. O yaxşı bilirdi ki, anasının dediklərini heç vaxt yerinə yetirməyəçək…

Zərnitacı da götürüb qonşu qəsəbədə kirayə ev tutdu. Yadına nə anası düşdü, nə də iki oğlu. Yadına düşən o idi ki, hər gün Zərnitacı qoltuğuna vururdu və gedirdi restoranda yeyib-içməyə. Bunu da qəsdən eləyirdi ki, anasının ürəyini patlatsın. Zərnitac da öz profilində Samirlə qoşa şəkillərini yerləşdirirdi. Hətta bir dəfə Zərnitac Samiri öpdüyü yerdə çəkilən şəkili də həmin profildə yerləşdirmişdi. Nərgizsə bunları görəndə havalanırdı. Amma onu havalanmağa bacıralı qoymurdu. Bacıları və qardaşı olmasaydı Nərgiz çoxdan havalanıb düşmüşdü küçələrə. Nərgizi havalandıran nankor oğul özü də günlərin birində Allahın qəzəbinə düçar olacaq. Nərgizi havalandıran və Zərnitacın ağuşuna sığınan nankor oğul iki övladının da qəzəbinə tuş gələcək. Nərgizi havalandıran Samir bütün qohum-əqrəbanın tənəsini, nifrətini qazanacaq. Hələ ki, nankor oğul kef eləyir. Qoy kef eləsin. Ayılanda isə yanında çox şeyi görməyəcək…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-27
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi satıcıdan soruşur:
- Deyin görüm, sizdə boksçu əlcəyi varmı?
- Yox!
- Bəs, üzmək üçün papaq varmı?
- O da yoxdur!
- Bəs, futbol topu necə, varmı?
- Cavan oğlan, bura spirtli içkilər dükanıdır.
- Onda mənə bir dənə ağından ver.
Satıcı araq dalınca gedir. Kişi öz-özünə:
- Allah özü şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim!




digər lətifələr
ARXİV
FACEBOOK