ANA SƏHİFƏ / YAZARLAR

ÖMÜR ŞAM KİMİ ƏRİYƏNDƏ…

14217    |   2017-03-27 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, şamın ömrü çox qısa olur. Ancaq şam öz işığıyla ətrafa nur saçır. Yəni bu işıq, bu nur ətrafı öz hərarətinə və istiliyinə bələyir. İnsan taleyi də bir çox halda şama bənzəyir. Xoşbəxt o insandır ki, yaşadığı ömrü yada salanda heç vaxt peşmançılıq hissi keçirmir. Yəni bu insan düşünür ki, 60-70 il yaşamışam çox şey qazanmışam. O şey ki, həmin insanı başqalarına sevdirir və heç vaxt unutdurmur…

Murad Şükürov da məhz belə ziyalılardan biridir. Ona görə ziyalı deyirik ki, o gözünü açandan bu günə kimi özünü insanlara sevdirməyi bacarıb. Daha doğrusu, bir müəllim, bir işıqlı insan olaraq ömrünü şam kimi şagirdlərinin yolunda əridib. Və bu ömür heç də hər adama bu qədər sevgi və bu qədər məhəbbət bəxş eləmir. Murad müəllim harda olubsa, harda işləyibsə, orda insanların qəlbinə yol tapmağı bacarıb.

Zarafat deyil, bu adam düz 26 il məktəb direktoru vəzifəsində çalışıb. Uzun müddət Füzuli rayonunun Əhmədbəyli kənd tam orta məktəbində direktor işləyib. Bu müddətdə həmin məktəb təhsildə çox böyük uğurlara, yeniliklərə imza atıb. Məktəbin yüzlərlə şagirdi müxtəlif ali məktəblərin tələbəsi adını qazanıb. Belə baxanda şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların cəmiyyətə kamil insan kim hazırlanması bir qədər asan görünür. Amma bu asan işin dərinliyində çox böyük zəhmət, əzab-əziyyət və işgüzarlıq durur.

Yəni Murad müəllim həmişə düşünüb ki, müəllim-valideyn-şagird münasibətləri müasir tələblərə uyğun səviyyədə qurulsun. Başqa sözlə demiş olsaq, bu üç tərəfin biri öz işinə məsuliyyətsiz yanaşanda təbii ki, istənilən nəticəni əldə etmək çox çətin olur. Ancaq xoşbəxtlikdən Murad müəllim çalışdığı kollektivdə bu münasibətləri çox səmimi bir formada təşkil edə bilib. Yəni o, loru dildə demiş olsaq, müəllimn də dilini tapıb, valideynin də, şagirdin də. Aydındır ki, bayaq dediyimiz kimi, münasibətlər sivill qaydada həyata keçiriləndə təhsildə də böyük uğurlara imza atmaq mümkün olur.

O, Əhmədbəyli tam orta məktəbində direktor vəzifəsində işləyərkən 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin adını əbədiləşdirən kompleksin inşa edilməsində özü təşəbbüs göstərib. Bu gün də həmin abidəyə baxanda istər-istəməz Murad müəllimin gördüyü işlər yada düşür.

Murad Şükürov 7 il də Füzuli rayonunun Araz Dilağarda kəndindəki şəhid Kamal Kərimov adına ümumi orta məktəbin direktoru vəzifəsində işləyib. O burda da əvvəlki kollektivdə olan ənənələri və yenilikləri davam etdirib. Belə ki, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Kamil Kərimovun abidəsinin də açılamsının təşəbbüskarıdır. Yəni zamanından və məkanından asılı olmayaraq, bayaq dediyimiz kimi harda işləyibsə, ürəyinin və qəlbinin səsini eşidib. Başqaları kimi dil pəhləvanı olmayıb və öz əməli işiylə dediklərini və verdiyi vədi gerçəkləşdirib.

Qarabağ müharibəsinin ilk günlərindən bir ziyalı, bir müəllim kimi Murad Şükürov cəbhəyə əsgərlərimizə öz köməkliyini göstərib. 1993-cü ildə Müdafiə Fonduna öz şəxsi vəsaitindən 150 min manat pul köçürüb. Söhbət düşəndən Murad müəllim deyir ki, mən əlimə silah alıb döyüşə getməsəm də, özümü hər an, hər dəqiqə səngərdə olan əsgərlərin yanında hiss eləmişəm. Elə bir bayram, elə bir tarixi gün olmayıb ki, Murad müəllim özü və yaxınları ilə birlikdə Füzulidəki səngərlərdə olan əsgərlərimizə sovqat aparmasın. Murad müəllim deyir ki, mən onların yanında olanda özümü daxilən çox rahat hiss edirəm və düşünürəm ki, onlara baş çəkməklə çiynimdən ağır yük götürülür. Çünki hər bir insan Azərbaycan əsgərinə, orduya bacardığı köməkliyi göstərməlidir.

Ötən ilin aprel döyüşündə Lələtəpə yüksəkliyi erməni işğalından azad olunanda yaxınlarımla özümü əsgərlərimizin yanına çatdırdım. Əsgərlər də gördü ki, xalq ordunun arxasında durub. Yəni ordu xalqı qoruduğu kimi, xalq da orduyla bir yerdədir. Həmin günlər Füzulidə bir möhtəşəm ümumxalq sevgisi var idi ki, adam bunu görəndə ürəyi dağ boyda olurdu. O ordu ki, xalqa güvənir, o xalq ki, orduya arxalanır, onu heç vaxt məğlub etmək olmaz. Çünki Azərbaycan xalqının prezidenti, Ali Baş Komandan İlham Əliyev özü orduyla xalqın yanındadır. Biz də Füzulidə bütün dövrlərdə bu möhtəşəm birliyin və bütövlüyün şahidi olmuşuq. Ona görə də ermənilər aprel döyüşlərindən sonra böyük ordumuzun qüvvəsini gördü və geri çəkildi.

Murad Şükürov onu da bildirir ki, mənim qəlbim və ürəyim bu torpaqla döyünür. Çünki bu torpaqda anadan olmuşam, bu torpaqda böyümüşəm və bu torpağın çörəyini yeyib suyunu içmişəm. İndi mənim yüzlərlə şagirdim var ki, məsul vəzifələrldə çalışır, vətəninə və xalqına xidmət eləyir. Mən də onlara baxıb qəlbən sevinirəm və qürur hissi keçrirəm. Onu da xatırladaq ki, Murad Şükürovun 4 nəvəsi var və nəvələrinin də birinin adını Murad qoyub.

Qoy bütün insanlar öz muradına və istəyinə qovuşsun və Murad Şükürov da bir ziyalı, bir müəllim olaraq həmişə ucalıqda dursun, məzunlarına baxıb sevinsin. Bax onda o heç vaxt şagirdləri yolunda şam kimi əritdiyi ömürünə görə peşmançılıq hissi keçirməyəcək. Əksinə, sevinəcək ki, nə yaxşı bu ömür şagirdlərə, onların vətənpərvərlik ruhunda tərbiyə edilmiəsinə «xərclənib».





İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK