hacklink Adalet.az | XOCALI-DӘNİZLİ Adalet.az | XOCALI-DӘNİZLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XOCALI-DӘNİZLİ

Seyfəddin Altaylı

21252    |   2017-03-04 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sizlәrin әn yaxşısı, günah işlәmәdәn, öz xalqına vә tayfasına arxa durandır.

Hz. Mәhәmmәd

Biz türklәr millәt olaraq heç bir xalqa düşmәnçilik etmәdik, heç bir xalqa hәr hansı sәbәbә görә qәnim kәsilmәdik vә tarix boyu daim düz yolda addımladıq. Әlbәttә bizim içimizdә dә "meşә çaqqalsız olmaz” atalar sözünü haqlı çıxaran şәxslәr olubdur, olacaqdır, bu tәbiidir, ancaq dövlәt gәlәnәyimizdә tarix boyu özgә xalqlara haqsızlıq, zülm, soyqırım kimi sapqınlıqları hәyata keçirmәk kimi bәşәr lәyaqәtinә yaraşmayan olaylar yaranmayıb. Bizi özlәrinin şәxsi mәnafei qarşısında әngәl görәnlәrin atdığı böhtanlara da heç vaxt fikir vermәmişik vә vermәrik dә.

Bu il dә Xocalı Soyqırımının üstündәn keçәn 25-ci ili kәdәrlә andıq.

Dәnizli vilayәti mәnә yad deyil. İllәr uzunu orda fәaliyyәt göstәrәn müәyyәn mәktәblәrlә müәllim işlәyәn dostlarım vasitәsilә әlaqә yaratdım. Әlaqәlәrim dә bütövlükdә Azәrbaycanla, onun mәdәniyyәtinin tәbliği, Xocalı Soyqırımı ilә bağlı fәaliyyәtlәrlә olmuşdu. Әlaqәdә olduğum şәxslәrdәn biri dә tәqaüdçü müәllim İslam Günәşdir. İslam bәy Dәnizli vilayәtinә ayaq qoyandan bәri canfәşanlıqla Azәrbaycan xalqını vә mәdәniyyәtini bölgә xalqına tanıtmağa çalışıb, çalışır. Bir sözlә, mәdәniyyәtimizin yorulmaq bilməyәn sәdaqәtli vә vәfalı bir sıravi әsgәridir.

Bu il Sәdat Sәrdaroğlu adlı müәllim İslam Günәş ilә әlaqә saxlayır vә Azәrbaycandan iki ziyalının gedib Dәnizlidә Xocalı Soyqırımı haqda konfransda iştirak etmәsini, bu işi tәşkil etmәsini xahiş edir. İslam bәy dә mәnimlә әlaqә saxladı: "Sәdat adında bir müәllim sәnә zәng edәcәk, bir tәdbir fikirlәşirlәr vә sizi istәyirlәr, bu barәdә özün danışarsan”, dedi.

Bir gün sonra telefonumun zәngi çaldı, gördüm Türkiyәdәndir, götürdüm: "Hocam sәlam. Bәn tәlәfonunuzu İslam Günәş bәydәn aldım, adım Sәdat Sәrdaroğludur, Türk Әgitim Vakfı Anadolu Lisәsindә tarih öğrәtmәniyim. Biz Hocalı Soykırımının yıldönümündә bir anma konfәransı düzәnlәmәk istiyoruz, münasip bildiyiniz bir Azәrbaycanlı aydını da alarak gәlәbilir misiniz?” deyә müraciәt etdi. Mәn dә inşallah çarәsinә baxarıq, universitetimlә vә dostlarımla görüşüm, sizә yazaram deyә cavabladım.

Ertәsi gün Bakı Avrasiya Universitetindә birlikdә müәllim işlәdiyimiz qәdim dostum Әdalәt Tahirzadәyә, hәr bir işini tәxirә salmasını vә ayın 25-indә Dәnizliyә gedib bu konfransda iştirak edәcәyimizi söylәdim. O da sağ olsun, razılıq verdi. Rektorumuz Nazim Hüseynli bәyә mәsәlәni çatdırdıq. Nazim bәy mәmnuniyyәt duyaraq gedә bilәcәyimizi bildirdi, biz dә rәsmi şәkildә әrizәlәrimizi yazaraq ayın 25-indә yola düşdük. Bizi Dәnizlinin Çardaq qәsәbәsindәki hava limanında qarşıladılar, aparıb otelә yerlәşdirdilәr.

Ertәsi gün sәhәr tezdәn İslam bәy vә Sәdat Sәrdaroğlu bәy otelimizә gәldilәr. Sәdat bәyi dә eynilә İslam Günәş kimi öz xalqına vә tarixinә vurğun bir insan kimi tanıdım. Özü Әlazığ vilayәtindәn olan bu әziz qardaşımız Dәnizli vilayәtindә Xocalının kәdәrini bütün hüceyrәlәrinә kimi yaşayıb, yaşayır. Özü kimi gözәl şagirdlәr yetişdirib. Ürәyindә hәr bir Türk xalqına, o cümlәdәn Azәrbaycan xalqına duyduğu mәhәbbәti onlara da aşılayıb. 9-10-11-ci sinifdәki şagirdlәrini tәşkilatlandırıb ki, Xocalı Soyqırımı ilә bağlı müәyyәn işlәr görsünlәr, Qarabağı Dәnizli xalqının yaddaşına daimilik hәkk etsinlәr.

Sәdat bәy, Eminә Çivi, Furkan Oytun, Kardәlәn Әrdoğan, Umut Taştәkin, Havva Şimşәk, Büşra Taneli, Sәrap Özbaş, Әlif Ünal, Çağdaş Dәmir, Tuğbәrk Turhan, Tuğçә Bübәr, Doğukan Koyuncu, Әsranur Kara, Mәrt Uzәrkәk, Süleyman Çorpan, Osman Sarı, Ayşәn Şimşәk, Şeyda Kökmәn, Mәryәm Nur Әgәli, Әcә Toprak, Gülizar Bozdәvәli, Uğur Әrçәlik adlı şagirdlәrini bir araya gәtirәrәk "Xocalı Çalışma Qrupu”nu yaradıb. Onun bu әziz balaları Dәnizli böyükşәhәr bәlәdiyyәsinin sәdri Osman Zolan ilә görüşmәk qәrarına gәlirlәr vә üz tuturlar bәlәdiyyәyә. Gedib sәhәr ertәdәn növbәdә dayanırlar vә günortaya kimi gözlәyirlәr, növbә bunlara çatanda Osman bәy günorta fasilәsi yarandığından nahar yemәyi üçün xalq ilә görüşü dayandırır, yemәyi yeyib qayıdacağını vә onlarla görüşü davam etdirәcәyini bildirir. Qapıdan ayağını eşiyә qoyan kimi şagirdlәr Osman bәyin qabağını kәsir: "Sayın başkan, bizimlә görüşüb dәrdimizi dinlәmәzsәniz, sizi yemeğe bırakmayacağız!” deyirlәr. Osman bәy dә onların bu cür cәsur vә qәtiyyәtli hәrәkәti qarşısında gülür vә "Pәki yavrularım gәlin bakalım nә istiyorsunuz?” deyәrәk qayıdır otağına. Şagirdlәr әylәşdikdәn sonra, "Sayın Başkanımız, Ermәnilәr Hocalı’da Azәrbaycanlı soydaşlarımıza soykırım uyguladılar, bunu bizdәn daha iyi biliyorsunuz. Sizdәn istәğimiz, büyük bir parka Azәrbaycan-Karabağ adını vermәniz vә bu parkta da Hocalı Soykırım Anıtının dikilmәsini sağlamanızdır” deyәrәk Osman bәyә fikirlәrini çatdırırlar. Sağ olsun, Osman bәy dә onlara söz verir ki, bu işi tezliklә görәcәk. Şәhәrdә özlәrinin dediyinә görә, 14 hektarlıq bir sahәni "Azәrbaycan-Qarabağ Parkı” kimi ayırır, parkın yanında tikilәn bir liseyin yanında da Xocalı Soyqırımı Abidәsi ucaldılır.

Әdalәt bәylә ayın 26-sı günü Azәrbaycan-Qarabağ Parkındakı Xocalı Soyqırımı abidәsinә әklil qoyma vә Xocalı Soyqırımında şәhid olanları anım üçün tәşkil olunan mәrasimdә iştirak etdik. Türkiyәnin İqtisadiyyat Naziri Nihat Zeybәkçi dә mәrasim üçün gәlmişdi. Dәnizli valisi Әhmәd Altıbarmaq, Dәnizli böyükşәhәr bәlәdiyyәsinin sәdri Osman Zolan, vilayәt jandarma komandiri Çingiz Yıldız, vilayәt polis idarәsinin sәdri Mövlud Dәmir, Pamuqqala bәlәdiyәsinin sәdri, Mәhәmmәd Subaşıoğlu, vilayәtdәki partiya tәşkilatlarının rәhbәrlәri, mәktәblәrin idarәçilәri vә qәlәbәlik bir vәtәndaş qrupu iştirak etdi.

Mәrasim Türkiyә vә Azәrbaycanın milli himnlәri ilә başladı. Nazir, vali, bәlәdiyyә başqanı vә TӘD Anadolu Liseyinin müdiri Fevzi Yetkin çıxış etdilәr.

Törәn qurtardıqdan sonra bir an 1992-ci ilә qayıtdım. Sahibsiz, yardımsız, әliyalın insanların işğalçıların dәstәklәdiyi vәhşi ermәnilәr qarşısındakı çarәsizliyi gәlib gözlәrimin qabağında dayandı. O qәdәr yardımsız, silah-sursatsız, çarәsiz olmalarına baxmayaraq dünyaya qaraqorxu salmış imperiyanı әsim-әsim әsdirәn Azәrbaycanlı igidlәri, cәbhәdә amansızcasına döyüşәn vә birbәbir şәhid düşәn yaxından tanıdığım dostlarımı xatırladım.

Şükür sәnә Tanrı!.. Dәnizlidәki 9-cu sinif şagirdlәri Xocalının dәrdini özünә dәrd bilirsә, ötәn 25 ildә dünya boyda yol getmişik demәli. Ancaq gedilәsi daha çoox yolumuz var. Yolumuzu, uğurumuzu avand elә.

(ardı var)



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK