ANA SƏHİFƏ / YAZARLAR

MÜŞFİQ TUFANI

Əbülfət MƏDƏTOĞLU

7989    |   2017-03-01 16:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O həmişə kimlərinsə yerini dar edib

Son günlərin maraq, həm də bir az haqlı qıcıq doğuran məsələlərindən, mövzularından biri də unudulmaz Müşfiqin abidəsi ilə bağlıdır. Hətta o məsələyə dövlət başçısı da münasibət bildirib. Və mən də bir qələm adamı olaraq bu hadisələri izləyirəm. Necə deyərlər, mövzunu diqqətimdə saxlayıram. Elə bu diqqət də birdən-birə yadıma ötən ilin ilk günlərində aldığım bir məktubu saldı. Necə deyərlər, söz sözü çəkdiyi kimi, məqam da, hadisə də bir-birini çəkdi. Və mən nə vaxtdan bəri yazı masamın üzərində saxladığım həmin o böyük konverti təkrar açdım. Bu məktub mənə Xızıdan gəlmişdi. Onun müəllifi də çox dəyərli qələm adamı, çox tutumlu söz sahibi olan və yaradıcılığına xüsusi diqqət göstərdiyim şair Ağasəfaya aid idi...…

Bəli, mən Ağasəfa müəllimin yaradıcılığı ilə hələ ötən ilin 80-ci illərindən tanışam. Həm dövrü mətbuatda, həm də əldə etdiyim kitablarında onun sözə yanaşması, sözü cilalaması həmişə məndə maraq yaradıb. Və etiraf edim ki, bu günə qədər bir dəfə də olsun onunla üz-üzə gəlməmişəm. Sadəcə, sözünü tanımışam, sözün işığında da özünü görmüşəm. Hətta yaxın dostlarım Bəxtiyar Qaraca və Qəşəm İsabəyli dəfələrlə bu ağsaqqal qələm adamının həyatından danışdıqları maraqlı söhbətlərlə onu mənə bir az da yaxınlaşdırıblar, bir az da doğmalaşdırıblar. Ürəyimdən nə vaxtsa Xızıya qonaq getmək də keçib. Hələ nəsib olmayıb. Amma...

Amma kitablarını yenə oxuyuram. Özü də bu kitabları əldə etməkədə mənə dostlarım, xüsusilə naşir şair Qəşəm İsabəyli daha çox yardım edir. Və mən də təbii ki, oxuduğum hər yeni kitabla bağlı içimdən gəlib keçənləri "Ədalət"in oxucuları ilə də bölüşürəm. Elə ötən yazılarımın birində də dəyərli ustad, qələm adamı Ağasəfa müəllimin özünəməxsus bir üslubda yazdığı nəsr kitabı ilə bağlı fikirlərimi oxucularla bölüşmüşdüm. Bundan bir xeyli sonra ustaddan içərisində kitabları olan bir məktub aldım. Bax, o məktub Xızıdan gəldiyinə görə, məhz Müşfiq də əslən Xızıdan olduğu üçün özümdən asılı olmadan necə deyərlər, qəflətən həmin məktubu xatırladım...

Bəli, o kitablardan birinin adı "Müşfiq tufanı" adlanır. Az qala ovuc içi boyda olan bir kitabdı. Üz qabığında da Müşfiqin repressiya zamanı çəkilmiş fotosu və həmin fotonun üzərində də 1109 rəqəmi. Bütün bunların nə demək olduğunu zənnimcə, oxucuya izah etmək lazım deyil. Çünki az-çox tariximizi, ədəbiyyatımızı bilənlər repressiyanın və həmin rəqəmin nə demək olduğunu bilir. Mən isə...

"Müşfiq tufanı"nı oxuyuram. Bu ovuc içi boyda kitab Müşfiqin ölməz xatirəsinə həsr olunmuş şeirlər və poema toplusudu. İlk misrasından başlayıb son misrasına qədər birnəfəsə oxuduğum 41 səhifəlik kitabın hər sözünün, hər misrasının içərisindən Müşfiq baxırdı. Və mənə elə gəlirdi ki, Müşfiq həmin an məni də görür - onun barəsində yazılanları oxuyanı!.. Mən Ağasəfa müəllimin "Müşfiq tufanı"nın ilk bəndinə diqqət yetirirəm.


Sən dalğalı bir ümmansan,

Mənsə qətrəyəm

Kiçikdən kiçik.

Sənin şeir sarayının qarşısında

Nədir qurduğun?

Çör-çöpdən evcik...



Bəli, bu təkcə etiraf deyil. Bu həm də Müşfiqi təqdim etməkdi. Sadə, səmimi, həm də ciddi bir şəkildə. Necə deyərlər, olduğu kimi. Bunun ardınca isə Ağasəfa müəllim yazır:


Üfüqlər solanda, Günəş batanda

Sakit küçələrlə getdikcə getdim.

Bir yol ayrıcına gəlib çatanda

Bir ürək oxşayan nəğmə eşitdim:


"Ah bu uzun sevda yolu

Vurulurmu başa, könül?

Nişan aldım kaman çəkdim

Dəydi oxum daşa könül".


Məncə, Ağasəfa müəllimin çox ustalıqla öz şeirinə bir körpü kimi, bir bağlantı vasitəsi kimi Müşfiqdən gətirdiyi bu iqtibas artıq sözün nədən getdiyini və bunun nədən ibarət olduğunu nişan verir. Və bunun ardınca oxuduğum şeirlərin elə bir nöqtəsinə gəlib çatıram ki, həmin o nöqtə günümüzün olayı ilə bağlıdı. Hətta şeirin adı da belədi:


MÜŞFİQİNİ ABİDƏSİ ÖNÜNDƏ

Ağasəfa müəllim yazır:


Ay yoldan ötüşən, bu qarlı qışda,

Gəl, Müşfiq şeirinin odunda qızın.

Ürək atəşiylə bir parça daşda

Bir aləm yaradıb sənin el qızın.


Sənətin istisi, odu tükənməz

Qoy əssin bu külək, qoy yağsın bu qar...

Soyuqdan, şaxtadan qorxmaz, çəkinməz

Müşfiqi ürəkdən sevən adamlar.


Zərifdi, sənətkar əlindən çıxıb

Kövrəkdi isidir daşın nəfəsi.

Sanki şeir deyir dağlara baxıb

Dədə Füzulinin şair nəvəsi.


Bu şeir 1972-ci ilin yanvar ayının 15-də yazılıb. Və mən düşünürəm ki, həmin o zamandan bu günə qədər, daha doğrusu, Müşfiqin abidəsi uçurulana qədər təkcə Ağasəfa müəllim yox, içində söz işığı, ədəbiyyat qığılcımı, Müşfiq yanğısı, Müşfiq pıçıltıları olan hər kəs o abidənin yanından keçəndə bir anlıq da olsa ayaq saxlayır. Və o bir an ərzində nələri düşünüb bunu demirəm... Amma o bir anda nəfəs dərib, dincəlibdi! Bax, bu idi Müşfiq abidəsinin bir xidməti də. Üstəlik, o həm də Müşfiq idi! "Yenə o bağ olaydı" deyən Müşfiq! "Oxu tar" deyən Müşfiq!.. Mən əlimdəki ovuc içi boyda kitabın bir səhifəsini da açıram. Burdakı şeirin adına fikir verirəm:


- MÜŞFİQ ÖLMƏYİB Kİ...


Müşfiqin ürəyi qara qəfəsdə

Müşfiqin köksündə qapqara güllər.

Dodağından uçan sonuncu söz də

Yaralı quş kimi dolaşır hələ.


Bu şəkilə baxanlar min dərdi anlar,

Müşfiqin qəlbini al qan aparar.

Nə dəhşət qurubsa qriqoryanlar

Müşfiqin gözləri tufan qoparır.


Yuxumda görürəm bağırqan onu,

Tükənmir qəzəbim, bitmir savaşım.

Böhtan yarasıdı ağrıdan onu,

Ağrın mənə gəlsin, Müşfiq qardaşım!


Zənnimcə, şairin bu sevgiylə, bu yanğıyla yanaşmasının özü də bir poeziyadır... sözə bir sitayişdi... sözə bir tapınmadı... Və mənim indi söylədiklərimlə içimdən gələn fikirləri səsləndirməyim də öncə baş verən olaya, Müşfiqin ruhuna, həm də Müşfiqin böyüklüyünə ustad şairimizin ünvanladığı misralara bir isti, səmimi yanaşmadır. Bu şeirləri iç dünyama köçürməkdi, yaddaşıma yazmaqdı. Və inanın ki, kitabdakı "Qanlı imza" lirik poemasının özü də mənim dediklərimə bir sübutdu. Və mən də Ağasəfa müəllimin adıma göndərdiyi kitablardan birinə, məhz "Müşfiq tufanı"na müraciət etməyim də həm narahat etdiyimiz Müşfiq ruhuna bir ehtiramdı, bir xeyirxahlıqdı, həm də Müşfiqin ölümsüzlüyünə inancımın təkrar dilə gətirilməsidi. Və nəhayət...

Bəli, biz bəzən atdığımız addımı düşünmür, dediyimiz sözün çəkisini, yozumunu hesablamırıq. Və sonda da özümüz-özümüzə zərbə vurmuş oluruq, ürək ağrısı yaşatmış oluruq. Düzdü, yel qayadan heç nə aparmır. Amma ürək ağrıdır. Bax, bütün bunlardan sonra mən fikirlərimi yenə Ağasəfa müəllimin misraları ilə bitirirəm.


Bura Müşfiq ocağı,

Bura - görüş yerimiz.

Bura - ana qucağı,

Ziyarətgah bucağı,

Gediş-gəliş yerimiz.

Burda - Müşfiq əbədi

Bura - şəhid məbədi,

Bura - Günəş yerimiz.

Hə, mənə elə gəlir ki, Müşfiqin səsi qulağımda indi də səslənir və deyir ki:


Sən (siz - Ə.M.) Müşfiqin yanında

Qal (qalın -Ə.M) sənə  qurban...


Kim necə düşünür düşünsün, Müşfiq bu xalqın qan yaddaşında, tarixində, ədəbiyyatında və əbədiliyində qalacaq.






İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK