ANA SƏHİFƏ / YAZARLAR

QƏHQƏHƏSİ ƏKS-SƏDA VERƏN QƏHRƏMAN

Şelli Xosrov ölümsüzlük qazandı

21745    |   2017-02-28 17:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Redaksiyamızın dəhlizindən eşitdiyim həlim bir səs diqqətimi çəkdi. Hiss etdim ki, bu səsin sahibi yurd nisgili, vətən acısı yaşayan insandı. Amma düzünü deyim ki, dəhlizə çıxmağa çox da maraq göstərmədim. Çünki bilgisayarda yazı diktə edirdim. Elə bu vaxt "Ədalət"in sahibi, millət vəkili Aqil Abbasın səsini eşitdim:

- Əbülfət, Əbülfət...…

Yazını yarımçıq saxlayıb bu çağırışa tərəf addımladım. Dəhlizdə Aqil müəllim, eləcə də onun köməkçisi Rüstəm Hacıyev qoltuğunda qovluq olan bir xanımla söhbət eləyirdilər, yaxınlaşdım və Aqil müəllimdən elə ordaca tapşırıq aldım:

- Bu xanım Xosrovun qızıdı. Söhbət elə və bir yazı yaz...…

- Baş üstə! - deyib xanımın mənə tərəf uzatdığı qovluğu götürdüm. Və şərtləşdik ki, sənədlərlə tanış olum, sonra söhbət edərik. Amma yenə açığını deyim ki, sənədlərlə tanış olandan sonra içimdə əlavə söhbətə o qədər də ehtiyac duymadım. Çünki Qarabağda, xüsusilə Ağdamda hər kəsin yaxşı tanıdığı, adı dillər əzbəri olan və müharibənin daş dövründən tutmuş 1992-ci ilin fevralına qədər olan hadisələrdə mənim də tanıdığım Xosrov Məmmədov barəsində içimdə xeyli bilgilər var idi. Bildiklərim və bir də xatırladıqlarım, eləcə də oxuduqlarım mənə imkan verdi ki, yenidən o günlərə qayıdım... yenidən Ağdama, Şelli kəndinə üz tutum...… Ona görə Şelli kəndini deyirəm ki, Xosrov Məmmədov məhz bu kənddə 1949-cu ildə doğulmuşdu. Ömür yolunun çox böyük hissəsi məhz bu kəndlə, Ağdamla bağlı olmuşdu Xosrov Məmmədovun.

Ömür kitabını vərəqləyəndə bu insanın təkcə boy-buxunu, bir Allah bəndəsi olaraq vücudu diqqəti çəkmir. Həm də onun cəsarəti, qətiyyəti, kişiyana verdiyi qərarlar və bir az da zəhmi özünü diqqət mərkəzinə gətirir. Baxıb görursən ki, çox sadə bir həyat yaşayan, amma gördüyü işlə, atdığı addımla halal insana, həqiqi kişiyə mənsub çalarlardı. Elə ona görə də Ağdamda su idarəsində çalışanda hərdən öz-özünə sual verirdi ki, gördüyüm iş görəsən mənim boy-buxunumla, qolumun gücüylə, ürəyimin təpəriylə nə qədər uyğun gəlir? Axı, adi bir su işçisinin bu cüssəsi belə baxanda hardasa müəyyən uyğunsuzluq yaradırdı. Lakin o, özünün iç dünyasına və sığındığı Allahına üz tutanda anlayırdı ki, torpağı suvarmaq, evlərə su vermək bir yaşıllıq yaratmaqdır bir səliqə-səhmandı, ürəyə bir sərinlik bağışlamaqdı...… bir cadar torpağı, bir çatlayan dodağı həmin su ilə islatmaq... ona həyat bağışlamaqdı... Deməli, böyük anlamda, böyük düşüncədə əslində Xosrov Məmmədov torpağa, insana həyat vermək missiyasını öz üzərinə götürmüşdü. Və bunu da ürəklə, vicdanla, heç kimdən tapşırıq gözləmədən icra edirdi. Ona görə də dostlarının da, həmkəndlilərinin də, elə çalışdığı kollektivin də yanında xətri, hörməti əziz idi. Hamı onun yolunu saxlayır, dəyərini, qədir-qiymətini bilirdi. O da göstərilən etimada, ayrılan diqqətə həmişə sayğı ilə cavab verirdi...

Bu günün özündə də fikirləşirəm ki, adi bir peşə sahibinin el-obada bu qədər xətir-hörmət qazanması yalnız Allahın hikmətidi, yalnız böyük Yaradan bu sadə peşə adamını insanların diqqət mərkəzində saxlamışdı və onun şəxsiyyətiylə, həyatıyla elə bir harmoniya yaratmışdı ki, hamı onu görürdü, sevirdi. O da hamıya elə həmin o istiqanlılıqla, hörmətlə də yanaşırdı. Ona görə də hadisələrin ilk günündən Xosrov öndə oldu. Ağdamı, Şellini, bütövlükdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin qoruyucusuna, sipərinə çevrildi. Onu heç kim hansısa bir əmrlə irəli çəkmədi... ona heç kim rəsmi tapşırıq vermədi... O öz ürəyiylə, öz ruhuylu onsuz da öndəydi, qabaqdaydı və elə ağır günlərin ilk anında yenə öndə dayandı. Başını qaldırıb ətrafına baxanda ona güvənənlərin ətrafında dayanıb əmr gözlədiyini gözaltı süzdü və...

İndi o, özünü müdafiə dəstəninin komandiri idi.. Artıq o, könüllü şəkildə özünü odun-alovun içərisinə atmışdı... İndi o, könüllü şəkildə atəşə tutulan evlərin, maşınların, adamların hayına tələsirdi... Gah Malıbəylidə olurdu, gah Quşçularda, gah Kərkicahanda, gah Aranzəmidə, gah Naxçıvanikdə, gah Ağbulaqda, gah Qarakənddə, gah Əmralılarda, gah Xramortda... Bir sözlə, bu artıq gəzən, dinclik bilməyən, rahatlığını itirən kəşfiyyatçı komandir idi. Ona görə də adamlar onu həm informasiya mənbəyi kimi, həm hadisələrin iştirakçısı və şahidi kimi, həm də cəsur bir döyüşçü kimi hər yerdə axtarırdılar, hər yerdə onun özünü, sözünü görmək, eşitmək istəyirdilər. O da bu istəyə doğru tələsirdi...


Bəli, artıq ermənilər də Xosrov Məmmədovun, yəni Şelli Xosrovun necə bir komandir, necə bir döyüşçü olduğunu bilirdilər. Ona görə də düşmən Xosrovu aradan götürmək barədə planlar qurur, təxribatlar hazırlayırdı. Və hər dəfə də onu bu təxribatlardan həm ağıllı qərarları, həm də Allah qoruyurdu. Çünki o, haqq işi görürdü... çünki o, torpağını qoruyurdu... çünki o, xalqının, millətinin qoruyucusu idi. Haqqı qoruyanı da təbii ki, Yaradan özü də qoruyur. O vaxta qədər ki, içindəki istək, içindəki qərar təklənməsin, köməksiz, arxasız qalmasın... Hadisələrin gedişi göstərirdi ki, səngərdə olanlar, döyüşənlər, vətəni namusu, şərəfi sayanlar təklənirlər, unudulurlar. Çünki ölkənin paytaxtı Bakıda Qarabağın yox, vəzifənin savaşı gedirdi. Qarabağı xilas etmək vəzifə borcu olanlar vəzifələrini qorumaq üçün özlərini oda-közə vururdular. Xosrov Məmmədov, eləcə də onun digər silahdaşları isə səngərdə idilər...

Xosrov Məmmədov ərazini yaxşı tanıdığından düşmənin hərəkət istiqamətlərini tez-tez nəzarətə götürür, onları çətin duruma salmaq üçün körpüləri, yolları minalayır, qurduqları planları alt-üst edirdi. Onun bu qəhrəmanlığı məhv etdiyi obyektlər, canlı qüvvə, hərbi texnika, bir sözlə, düşmənə aid nə varsa, özü-özlüyündə Xosrovun döyüş yolunu cilalayır, onun qəhrəmanlıq dastanına yeni səhifələr əlavə edirdi...

1992-ci ilin fevral ayının 26-sı. 366-cı alay və onlarla birlikdə Xocalıya hücum edən ermənilər bu qədim yaşayış məntəqəsini odlara qalamışdılar. Dinc sakinlərin, qadın, uşaq və qocaların fəryadı göylərə bülənd olmuşdu. Belə bir vəziyyətdə Xosrov Məmmədov oturub gözləyə bilməzdi. Başının dəstəsiylə Xocalıya köməyə tələsən Xosrov elə ilk həmlədə Qaraqayada düşmənin bir ədəd BTR-ni məhv etdi. Sonra ona xəbər çatdırdılar ki, xeyli sayda uşaq, qadın, qoca Xocalıdan qaçıb Əsgəran körpüsünün yaxınlığındakı tövləyə sığınıbdı. Və onlar diri-diri məhv olmağa məhkumdular. Xəbər onu bir az da özündən çıxardı. Sanki yeri-göyü oda qalamaq, yerdən, göydən intiqam almaq qərarıyla özünü həmin yerə çatdırdı. Tövlənin qapısını qırıb adamları xilas etdi. Bu vaxt artıq böyük sayda canlı qüvvə ilə hücuma keçən düşmən körpüyə yaxınlaşırdı. Xosrov Məmmədov güllə səsləri altında bir qadın fəryadı eşitdi. O, bir anlıq donub yerində dayandı və...

Özünü səs gələn tərəfə atıb gördüyü mənzərədən sarsıldı. Üç erməni saqqalısı bir qadına işgəncə verdi. Əli tətiyə getdi. Düşmənin ikisi yerindəcə qaldı. Üçüncü yaralı halda qaçmağa başladı. Atılan güllələrdən özünü qorumayan Xosrov yaralansa da, qaçan düşməni tutmaqda israrlı idi...

Həmin döyüş məqamının canlı şahidlərindən biri olan Xosrovun köməkçisi "Malış" sonradan kövrələ-kövrələ, qəhərlənə-qəhərlənə danışırdı ki, mən onu saxlayıb yarasını sarımağa nə qədər cəhd etsəm də, imkan vermədi. Sinəsindən axan qana məhəl qoymadan üçüncü ermənini də nişan aldı. Bu vaxt daşların arasında gizlənmiş düşmənin sərrast atəşi onun ürəyini paraladı. Amma diz çökdürə bilmədi. O bütün gücünü toplayıb dedi:

- Malış, kişi belə məqamda ağlamaz! Gülər! Eşitdinmi! Gülər!..

Elə bil dediyi sözlərin gerçəkliyini, vacibliyini, həqiqi olduğunu göstərmək istədi. Və elə bir qəhqəhə çəkdi ki, ona yaxınlaşmaq istəyən düşmən də vahimələndi. Bu gülüş düşmənin canına qorxu saldı. Və Xosrov Məmmədov batan günəş kimi yavaş-yavaş qürub etdi...

Bəli, bu gün "Azərbaycan Bayrağı" ordenli Xosrov Məmmədovun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar bir tarixdi. Özü də qəhrəmanlıq tarixi! Bu tarix göstərir ki, yeri Tanrı dərgahı olan şəhidlər, qəhrəmanlar ölmürlər. Onlar ürəklərdə, yaddaşlarda, eləcə də ürək və yaddaş şahidlərinin yazdıqları tarix kitablarında yaşayırlar. Dünəndə belə olub, bu gün də belədi, sabah da belə olacaq. Ölümsüzlük qazananlar Allahın sevdikləridi. Allahın sevdiklərini yaşadanlar da biz insanlarıq. Nə qədər Azərbaycan var, nə qədər azərbaycanlılar var, bu qəhərmanlar da, o cümlədən Şelli Xosrov da yaşayacaq. Çünki yaşamaq haqqını ona Allah verib!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK