ANA SƏHİFƏ / YAZARLAR

QƏFİL AYRILIĞA İNANMAZDIM HEÇ

Əbülfət MƏDƏTOĞLU

33248    |   2017-02-20 15:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təəssüf ki, Polad Qasımovun son qərarı məni buna inandırdı

Mən fələyin namərd olduğunu bilirdim. Doğmalarımı, dostlarımı əlimdən alıb aparanda görmüşdüm. Amma indi bir daha əmin oldum və əlimin arxasını yerə qoydum. Öz-özlüyümdə etiraf etdim ki, heç kimin fələyə gücü çata bilməz, onun namərdliyini heç kim edə bilməz. Elə görünür namərdliyinə görə, insafı-mürvəti olmadığına görə ona FƏLƏK deyirlər. Elə mən bu sözü təkrar edəndə də içimdən bir sızıltı keçir. İstəyirəm tutam yaxasından silkələyəm. Gözlərinin içinə baxa-baxa deyəm ki, niyə bu qədər insafsızsan? Niyə seçim etmirsən? Niyə yaxşılara fürsət vermirsən? Axı, bu dünya yaxşıların çiyninin üstündədi… axı biz yaxşılara söykənib yaşayırıq...

Heyf, içimdə, dilimdə az qala qışqıra-qışqıra dediyim sözləri fələyin üzünə baxıb deyə bilmirəm. Bəlkə hardasa eşidir, bəlkə də ətrafımda fırlanır. Növbəmin yaxınlaşdığını elə, bu dostları əlimdən almaqla deyir mənə, bilmirəm, ola bilsin bu da onun bir üslubudu. Əvvəl dostlarımı, güvənclərimi alır, təkləyir məni, sonra... Eh... Sonra tək adamı yıxmaq, tapdalamaq, canını almaq nə çətin işdi ki? Özü də fələyin əlində. Mən onun fələkliyini Vahid Əlifoğlunu, Vaqif Cəfərlini, Nüsrət Kəsəmənlini aparanda bir daha anladım. Ona görə bu insanların adını çəkirəm ki, onlar mənə candan, qəlbdən doğma idilər... ruhən qardaşlarım, əzizlərim idilər. Ən böyük namərdlik sözün şahı olan Məmməd Arazı, Bəxtiyar Vahabzadəni aparanda ortaya çıxdı. İndi isə...


Fevralın 17-də telefonuma zəng gəldi. Adı yazılmışdı. Birbaşa bəli, qağa! - dedim. Mənə başsağlığı verdi. Dünyasını dəyişmiş bir yaxınımın Beyləqandakı yas mərasiminə gələ bilmədiyi üçün üzrxahlıq etdi. Və ardınca da vurğuladı ki, mərasimi yola ver, gəl şəhərə, oturaq bir az dərdləşək, yasdan çıxaq... Həmin gün Polad müəllim mənə üç dəfə zəng etdi... üç dəfə danışdım onunla. Açığını deyim ki, bu qədər narahat olması məndə heç bir şübhə yaratmadı. Çünki onun həssaslığı mənə çox gözəl bəlli idi və məni özünə nə qədər doğma saydığını da bilirdim. "Azərbaycan" nəşriyyatında səhərimiz birlikdə açılırdı. İş başlamamışdan öncə mütləq əyləşib bir stəkan çay içib, hal-xoş edərdik - hər gün naharda birlikdə.. günün sonunda birlikdə... Bizi bir-birimizdən soruşurdular. Birimiz gözə dəyməyəndə dərhal o birmizdən sorğu-sual edirdilər ki, flankəs niyə görünmür? İndi mən o anları ağlıma sığışdıra bilmirəm. Nə qədər çalışıram sığışmır ağlıma:

- Məndən Polad müəllimi soruşsalar nə deyəcəm?

Bax, elə beləcə tanış-bilişdən kimsə zəng vurub desə ki, Polad müəllimin telefonuna zəng çatmır və yaxud telefonunu açmır. Ona nə deyəcəm? Yenə bilmirəm. Bircə bildiyim odur ki, Polad müəllim özünü, cismini götürüb çıxıb gedib. Bax, burdaca mütləq deməliyəm, mən yaxşı adamların, halal adamların, savab sahibi olanların mütləq Tanrı dərgahına getdiyinə inanıram. Başqa inancım yoxdur. Ona görə də üzümü göy üzünə tuturam, gözümü göylərə zilləyirəm və deyirəm ki:

- Nahaq tələsdin ora, Polad müəllim! Axı biz may ayında sənin yubileyini keçirməli idik. Özü də təbiətin qoyununda... ailəvi, ən yaxın adamlarla birlikdə... Eh...

Yadıma bir söhbətin düşür. Ümumiyyətlə, biz səninlə evimizdən, ailəmizdən, uşaqlarımızdan, həyatımızın hər məqamından danışırdıq. Mənim sirrimin, sözümün ünvanı, güvəncim sən idin bu nəşriyyatda. Ona görə də şəxsi həyatımızdan tutmuş ədəbiyyata qədər, jurnalistikaya qədər hər şeydən danışırdıq. Bir-birimizə kitablarımızı bağışlayırdıq, yazılarıma, şeirlərimə münasibətini bildirirdin. Və mən də sənin şeir yazdığından xəbərdar idim. Ovqatımızın xoş məqamlarında gənclik illərində yazdığın bir şeiri söylədin. Bir-iki misrası yadımda qalmışdı. Səni son mənzilə yola salıb qayıdanda eloğlun, dəyərli şairimiz Musa Ələkbərli söhbət əsnasında həmin şeiri söylədi və bildirdi ki, Polad müəllim bunu 16 yaşında Gədəbəyin rayon qəzetində çap etdirmişdi. Şeir yaddaşımda təzələndi. Onu indi hamı üçün kağıza köçürürəm.


Dilim quruyaydı, a nazlı ceyran,

Mən sənə "get" dedim, sən niyə getdin?!

Küskün baxışınla o gündən inan,

Bu vurğun könlümü taru-mar etdin.


Dilim "get" desə də ancaq ürəyim,

Bu dərdə, hicrana dözüm demədi.

Sən niyə gedirdin, mənim çiçəyim,

Axı "get" sözünü gözüm demədi.!


Hə, Polad müəllim, bu şeiri 16 yaşında yazmısan, bəlkə də ondan qabaq. İndi xatırlatmağımın səbəbi var. Axı, bizim bir-birimizə nə dilimiz, nə gözümüz GET! - deməyibdi. Bəs sən niyə getdin? Özü də problemlərimin, qayğılarımın başımdan aşdığı bir vaxtda... dərdimin-sərimin boy artımı fontan vurduğu vaxtda... Axı, sən qardaş kimi, dost kimi mənə qarşı həmişə diqqətli olmusan. Qarabağ üçün darıxanda əlimdən tutub Gədəbəyə aparmısan... Heç inanmazdım ki, Qarabağa gedə bilməyən indi Gədəbəyə də gedə bilməyəcək. Orda sən var idin. İndi kimim var ki, orda? Eh, Polad müəllim! Övladların toylarında, ad günlərində, hətta bizim nəvələrimizin doğum günlərində də sənin fərqli diqqətin həmişə məni heyrətə salırdı. Bir dəfə də olsun dükan-bazarda, lap elə çayxanının özündə əlimi cibimə salmağa imkan vermirdin. Xəlvətcə durub içdiyim çayın pulunu verəndə əsəbləşirdin. Mütləq pulun geri götürülməsini tələb edirdin. Hər dəfə də vurğulayırdın ki, mən uşaqlarımın əlini çörəyə çatdırmışam, üçündən də arxayınam. Sənə kömək lazımdı, min dərdin-sərin var... Bu ürəyin sahibi idin sən. Səxavətin, diqqətin, ildə ən azı üç dəfə Gədəbəydən mənim üçün gətirtdiyin dağ otlarından dəmlənən çayın dadını, ətrini mən indi hardan alacam? Və hər dəfə də "bunu bacın sənin üçün göndərib" deyə ömür-gün yoldaşın Göyçək xanımın bizim ailəyə olan sevgisini, diqqətini ürəyimdə, yaddaşımda təzələyirdin. Biz bu qədər yaxın ikən niyə ayrı düşdük? Namərd fələk, namərd fələk...

Bəli, Azərbaycan mətbuatında, Azərbaycan jurnalistikasında öz dəsti-xətti, öz yolu, öz sözü olan, rayon qəzetində müxbirlikdən başlayıb baş redaktorluğa qədər bütün vəzifələrdə çalışmış, öz sözünü öz vicdanı ilə yazmış və "Kirpi" kimi satirik bir jurnalın yaşamasına canıyla, puluyla çalışmış bir dəyərli qələm adamı bizi tərk etdi. Bu gediş bir yaxşı insanın da, bir xeyirxah adamın da aramızdan azalması deməkdi. Mən inanıram ki, Tanrı dərgahında da o, burda gördüyü gözəl işlərin mükafatını alacaqdır. Dövlətimiz ona "Əməkdar mədəniyyət işçisi" adı vermişdi. Amma o, bundan da yüksək bir ada, böyük hərflərlə yazılacaq, DƏYƏRLİ DOST, DƏYƏRLİ KİŞİ, DƏYƏRLİ İNSAN, DƏYƏRLİ ZİYALI adını qazanmışdı. Özü də bunu ona xalq - ətrafı, onu tanıyanlar vermişdi.

Ruhun şad olsun, Polad müəllim! Darıxma, sən o məkanda rahat ol! Bizim də yolumuz üzü o tərəfədi. Amma Tanrı dərgahına qovuşa biləcəm, yoxsa yox, onu deyə bilmərəm. Çünki Tanrı dərgahı sənin kimi kişilər üçündü. Amma mən harda olsam, ruhum sənə baş çəkəcək, buna inanıram. Bu həyatda necə mehriban olmuşuqsa, sənin olduğun yerə də ruhum ziyarətə gələcək!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK