ANA SƏHİFƏ / YAZARLAR

Ağgölə qara ləkə atmaq...

30990    |   2017-02-10 18:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ bölgəsindəki yeganə Milli Parkın təəssübünü biz çəkməsək, kim çəkəcək?

Əsrarəngiz təbiəti, zəngin flora və faunası ilə öyündüyümüz Azərbaycanda 9 Milli Park fəaliyyət göstərir. Milli Parklar-xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyətə malik təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi, maarifçilik məqsədi üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra belə parkların təşkilinə başlanılıb. Bu gün Milli Parklar və ümumilikdə qoruqlar da daxil olmaqla xüsusi mühafizə olunan təbii əraziləri ölkə ərazisinin təxminən 12 faizə yaxınını təşkil edir.

Aran Qarabağıngözəli

Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşən Ağgöl Milli Parkı ən məşhur çöl-göl ekosistemi, yerli və köçəri quşların, digər heyvanların məskunlaşdığı ərazilərdən biri sayılır. Gölün qorunması ilə bağlı ilk rəsmi addım hələ ötən əsrin 60-cı illərindən atılıb, 9 min 173 hektar sahədə Ağgöl Dövlət Yasaqlığı yaradılıb. 1978-ci ildə isə gölün 4 min 400 hektarı əhatə edən su hissənə ciddi qorunma statusu verilib, yasaqlıq özü isə Ağgöl Dövlət Təbiət Qoruğu adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyulun 5-də imzaladığı Sərəncamla Ağgöl Milli Parkı yaradılıb, həmin sənədə uyğun olaraq, ərazisi də genişləndirilərək 17 min 924 hektara çatdırılıb. Ağgöl Milli Parkının yaradılmasında əsas məqsəd mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşan nəsli kəsilmək təhlükəsi altında olan faunanı qorumaq, buralar üçün xarakterik sayılan bəzi heyvan növlərinin keçmiş ərazilərinə reintroduksiya etməkdir.

Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən müxtəlif quşların qışlama yeri kimi də tanınır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının siyahısına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən 72 quş növündən 36-sı Ağgöl Milli Parkında qeydə alınıb. Hər il burada 500 minə qədər quş qışlayır və 100 minə qədər quş isə yumurta qoyaraq nəsil artırır. Ağgölün adı "Əsasən su quşlarının yaşama yeri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na da daxil edildiyindən bu Milli Parkın qorunmasının bir beynəlxalq əhəmiyyəti də qeyd edilməlidir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, bu sahədə çalışan alimlər Milli Parkda vaxtaşırı monitorinq və müşahidə aparırlar. Belə müşahidələr nəticəsində məlum olub ki, Ağgöl Milli Parkının ərazisində 300-ə qədər quş növü, 100-ə qədər bitki növü, 21 balıq növü var. Milli Parkda turaca, qara leyləyə, qızıl qaza, ağquyruq dəniz qartalına, Misir vağına, bataqlıq cüllütünə, fısıldayan qu quşlarına rast gəlmək olur. Heyvanlardan isə burada canavar, çaqqal, tülkü, dovşan, çöl donuzu məskunlaşıb. Ərazidə sürünənlərdən Xəzər tısbağası, Aralıq tısbağası, gürzə, zolaqlı kərtənkələ və s. növlər geniş yayılıb.

Ağgöl üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəli sayılır. Burada bitki növlərindən əsasən duzlaq soğanı, qamış, yovşan, qışotu, qırtıc və s. var.

Nə gözəl yaraşırAğgölə ceyran...

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarına yenidən bərpası" layihəsi çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 35 baş ceyran buraxılıb. Hazırda isə buradakı ceyranların sayı 50-dən çoxdur. Ölkə ərazisindəki digər Mili Parklarda olduğu kimi, Ağgöldə də ətraf mühitin monitorinqinə, əhalinin ekoloji cəhətdən maariflənməsinə və ekoturizmin inkişafına xüsusi diqqət verilir.

Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyevin sözlərinə görə, son illər bu sahədə mühüm addımlar atılıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi maarifləndirmə işlərinin məntiqi nəticəsi olaraq, Laçın rayon sakini Təvəkkül Hüseynov məskunlaşdığı ərazidə bəslədiyi 8 baş ceyranı dövlətə könüllü təhvil verib. Həmin ceyranlar Şirvan Milli Parkında adaptasiya keçdikdən sonra bu günlərdə öz tarixi areallarına - Ağgöl Milli Parkına köçürülüb".

Loğman Mehdiyevin fikrincə, "Quşlar Cənnəti-Ağgöl Milli Parkı" sənədli filmi də buranın təbiəti haqqında tamaşaçılara geniş bilgi verib, Aran Qarabağın bu gözəl məkanının tanınmasında, təbliğində əhəmiyyətli rol oynayıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn və 2015-ci ildə ictimaiyyətə təqdim olunan "Quşlar Cənnəti-Ağgöl Milli Parkı" sənədli filmi ölkəmizdəki Milli Parklardan bəhs edən "Azərbaycanın 9 möcüzəsi" layihəsi əsasında lentə alınıb.


Güllə yarasından betər qələm yarası...

"Quşlar Cənnəti"nə - Aran Qarabağın gözəli kimi tanınan Ağgöl Milli Parkına budəfəki səfərimizin əsas məqsədlərindən biri də son günlər narahatlıq yaradan bir məsələyə aydınlıq gətirmək idi. Bu günlərdə saytlardan biri Ağgöl Milli Parkı barədə həqiqətə uyğun olmayan xəbər yayıb. Milli Parkın direktoru Loğman Mehdiyev bizimlə söhbətdə həmin məsələ barədə ətraflı danışdı: "Mətbuatın köməyi ilə Ağgöl Milli Parkında görülən işlərlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırıq. Təəssüf ki, media ilə qurulan belə sağlam münasibətə kölgə salmaq, görülən işlərə ləkə atmaq istəyən mətbuat nümayəndələrinə də rast gəlirik. Bir müddət əvvəl qəzetlərdən biri ardıcıl olaraq Ağgöl Milli Parkı haqqında yalan məlumatlar dərc edir, ictimaiyyət arasında çaşqınlıq yaradırdı. Qəzetin rəhbərliyi bizi şantaj etməkdən də çəkinmirdi. Biz dəfələrlə təklif etdik ki, əməkdaşlarını ezam etsinlər, Milli Parkda görülən işlərlə yerində tanış olub faktları dəqiqləşdirsinlər. Lakin onlar bundan imtina etdilər, sonra məlum oldu ki, həmin qəzetin rəhbəri digər qurumları, ayrı-ayrı şəxsləri də şantaj edib. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində "reket redaktor" artıq saxlanılıb. Təəssüf ki, bəzi media təmsilçiləri jurnalist peşəsinə xələl gətirən belə "reketlərlə" mübarizəyə dəstək vermək əvəzinə, onlarla bir növ həmrəylik nümayiş etdirirlər. Bir neçə gün öncə AFN.az saytı bayaq qeyd etdiyim "reket" qəzetdə çap edilmiş həqiqətə uyğun olmayan məlumatı yenidən tirajlayıb. Guya Ağgöl Milli Parkının girəcəyində böyük bir damba tikdirmişəm və orada saxladığım balıqları satdırıram, brakonyerlərə hər cür şərait yaradıram. Bütün bu yazılanlar kollektivin gərgin əməyinə atılan qara ləkədən başqa bir şey deyil. Qarabağ bölgəsindəki yeganə Milli Parka bu cür hörmətsizlik göstərmək görəsən kimlərə sərf edir? Milli Parka gələn mətbuat nümayəndələri görürlər ki, heç bir dambadan, brakonyerlərə şərait yaratmaqdan söhbət belə gedə bilməz. Yoxlanılmayan və yalan məlumat yaydığına görə həmin sayt barəsində prokurorluq orqanına rəsmi şikayət etmişəm".

Loğman Mehdiyev son illər Ağgöl Milli Parkın ərazisində təbiətin mühafizəsi ilə bağlı görülən işlər barədə də məlumat verdi: "Ərazidə 24 saat fəaliyyət göstərən 5 post qurulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi işimizi daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımız tabel silahı, nəqliyyat və digər zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunublar. Son iki ildə Ağgöl Milli Parkının ərazisində qanunsuz ov etmək istəyən 9 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlara qarşı 18 min manat cərimə tətbiq olunması və həmin məbləğin ödənilməsi təmin edilib".

Ağgöl Milli Parkında olarkən ərazini gəzdik, əməkdaşların işi ilə yaxından tanış olduq. Təbiətin mühafizəsi ilə bağlı görülən işlər mətbuatda yayılan bəzi xəbərlərin əksinə olaraq yüksək səviyyədədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat üçün həmişə açıq dövlət qurumlarından biridir, nazirliyin rəhbərliyi yerlərdəki təşkilatlara da həmişə media ilə əməkdaşlıq etməyi tapşırır. Məhz bu cür münasibətlərdən düzgün yararlanıb ictimaiyyətə doğru və dolğun məlumat çatdırmaq olar. Bu məsələdə peşəkarlıq və təəssübkeşlik vacib şərtlərdəndir. Bu gün Doğma Qarabağdakı yeganə Milli Parkın təəssübünü biz çəkməsək, kim çəkəcək?

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK