deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" Adalet.az | "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI"

Əbülfət MƏDƏTOĞLU

9720    |   2017-01-30 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Professor Qəzənfər Paşayevə kiçik bir məktub

Hər bir yazılı söz istər elmi məqalə olsun, istər bədii, özündə böyük mənalar ifadə edir. Üstəlik unudulmaz Səməd Vurğunun təbirincə desək, deyilən söz, eləcə də yazılan söz əslində ən böyük yadigar, ən böyük abidədi. Onu yaddaşında özünlə hər yerə apara bilirsən. Bax, bu mənada mənim üçün sözün önəmi, sözün dəyəri çox böyükdü və tam səmimiyyətimlə, necə deyərlər, əlimi ürəyimin üstünə qoyub deyərəm ki, mən oxuduğum hər bir məqalədə, hər bir sözdə müəllifin ruhunu görməyə, nəfəsini duymağa, hənirini hiss etməyə xüsusi bir maraq göstərirəm. Yəni oxuduğum sözün sahibiylə üz-üzə, göz-gözə dayanmağa çalışıram və bu da mənə imkan verir ki, sözün içini görüm. Sözün alt qatına düşə bilim. Elə indi barəsində fikirlərimi bölüşmək istədiyim «Hüseyn Kurdoğlunun poetik dünyası» monoqrafiyası da bu qəbildəndi. Öncədən bildirim ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə akademik İsa Həbibbəylinin müəllifi olduğu ön sözlə işıq üzü görmüş bu monoqrafiya-kitab mənim üçün iki xüsusiyyətinə görə diqqətçəkən oldu. Bunun birincisi, monoqrafiyanın canı, qanı olan Hüseyn Kürdoğlu imzası, Hüseyn Kürdoğlu sözüdü. Özünə, sözünə, ailəsinə bələd olduğum, yaradıcılığını sevə-sevə mütaliə etdiyim Hüseyn Kürdoğlu barəsində hər bir fikir mənim üçün həmişə maraqlı olubdu. İkincisi də, monoqrafiyanın müəllifi professor, dəyərli yazıçı-publisist, xüsusilə çox böyük ziyalılamızdan biri olan Qəzənfər Paşayevin imzasıdı. Yəni bu monoqrafiyanın müəllifi olan Qəzənfər müəllimin demək olar ki, əksər kitabları ilə, məqaləri ilə həmsöhbət olmaq imkanı qazanmışam. Və görmüşəm ki, hələ sovet dönəmində sevə-sevə oxuduğumuz o məşhur «Yeddi il Dəclə Fərat sahillərində» kitabının müəllifi bu gün də sözə, ədəbiyyata, Azərbaycan elminə çox böyük ürək sərf edir, bütün varlığıyla sözün xidmətində durur. Deməli, bu iki cəhət də mənə imkan verdi ki, «Hüseyn Kurdoğlunun poetik dünyası» monoqrafiyasını oxuyub başa çıxım. Yenə səmimi etiraf edim ki, monoqrafiyanın ön sözündəki bir fikir mənim üçün bu yazıda bir ipucu oldu. Yəni akademik İsa Həbibbəyli yazır ki, «Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin «Hüseyn Kurdoğlunun poetik dünyası» adlı monoqrafiyası bu orijinal şairin həyat və yaradıcılığının bütün əsas mahiyyət və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdim edən qiymətli elmi əsərdir».

Həqiqətən də mən monoqrafiya ilə tanış olanda bir daha hörmətli akademikimizin fikirləri ilə birmənalı şəkildə razılaşmalı oldum və gördüm ki, Qəzənfər müəllim Hüseyn Kürdoğlunun həyatını, yaradıcılığını, şəxsiyyətini və hətta onun ailədə, cəmiyyətdə qazandığı nüfuzu, tutduğu yeri sözü ilə bərabər səviyyədə araşdırıb və bizim qarşımıza Hüseyn Kürdoğlunu necə var o cür də çıxarıbdı. Şəxsən mən həyatda gördüyüm Hüseyn Kürdoğlunu bu monoqrafiyanın səhifələri arasında da, sözləri içərisində də gördüm. Və mənə bəlli oldu ki, çox hörmətli Qəzənfər müəllim yaxından tanıdığı Hüseyn Kürdoğlunun bütün dünyasını sözlə ifadə etmək istəyinə çatıbdı. Həm də müəllifin apardığı paralellər, müqayisələr, eləcə də müəyyən məqamlarda Hüseyn Kürdoğlunun digər söz adamlarının, onunla bir dövrdə yaşamış qələmdaşlarının yaradıcılığına təsirini də diqqətdən qaçırmayıb. Beləliklə, Hüseyn Kürdoğlu poeziyası xalq yaradıcılığından, folklordan qaynaqlanmaqla müasir Azərbaycan poeziyasının yaxşı nümunələriylə yanaşı addımlamaq haqqını qazandığını bir araşdırmaçı alim kimi sübuta yetiribdi.

Mən Hüseyn Kürdoğlunun bələd olduğum poeziyasında bir oxucu kimi gördüklərimi, duyduqlarımı Qəzənfər müəllimin araşdırmalarında təkrar görüb oxuyanda az-çox oxuculuq qabiliyyətimlə hətta öyündüm də. Çünki Hüseyn Kürdoğlunun Azərbaycan təbiətinə, Azərbaycan coğrafiyasına ünvanlanan, onu vəsf edən kifayət qədər şeirləri var və onların hər biri şairin vətən sevgisinin birbaşa ifadəsidir. Məsələn, Qəzənfər müəllimin də vurğuladığı «Cəbrayıl çırağı» şeirini xüsusi qeyd etmək olar. Həmin şeiri oxuduqca mənə doğma olan yerlər bir kino lenti kimi gözümün önündən gəlib keçdi və Cəbrayıldakı həmin o hər kəsin diqqətini çəkən, hətta böyük alimimiz, ziyalımız Həsən Əliyevin xüsusi diqqət yetirdiyi Xan çinar məni öz kölgəsinə səslədi. Təəssüf ki, indi onun aqibətindən mənim xəbərim yoxdu.

Bu monoqrafiyadakı hər bir fəsildə müəllif araşdırdığı mövzunun əhəmiyyətini, gərəkliyini oxucuya çatdırmaq üçün bir üslubdan da istifadə edibdi. O da Hüseyn Kürdoğlu ilə bağlı yazılmış, onun yaradıcılığına həsr edilmiş məqalələrin, şeirlərin, ümumiyyətlə, yazı nümunələrinin oxucu diqqətinə təqdim edilməsidi. Bunlar da bir növü professor Qəzənfər Paşayevin fikirlərinə sanki əlavə güc, əlavə işıq qatır. Nəticədə oxucu gözü önündə canlandırdığı Hüseyn Kürdoğlunun hər bir misrasının arxasında onun ürəyinin, şəxsiyyətinin dayandığını görür. Bir oxucu olaraq mən bu monoqrafiyadan öyrəndim ki, ədəbiyyatımızın ayrı-ayrı təmsilçiləri Hüseyn Kürdoğlu yaradıcılığından bəhrələnmiş, onun sözündən bir növü özləri üçün yeni fikir, yeni söz yaratmağa nail ola bilmişdilər. Təbii ki, Hüseyn Kürdoğlu yaradıcılığındakı təcnislərin, bayatıların, qoşmaların, hətta zarafatla yazılmış şeirlərin özünün belə xüsusi çəkisi, sanbalı var. Ona görə də bəstəkarlarımız, müğənnilərimiz də Hüseyn Kürdoğlu yaradıcılığından həm məharətlə, həm də asanlıqla bəhrələnmiş və onun sözlərini ifa edəndə musiqi ilə söz ruhlarını oxşaya bilmişdi.

Elə buradaca vurğulayım ki, bu monoqrafiya daha çox elmi ictimaiyyət üçün nəzərdə tutulub. Yəni ədəbiyyatla, sözlə yaşayan, onu araşdıran insanların istifadəsinə təqdim edilibdi. Mən sadəcə olaraq, əvvəldə vurğuladığım kimi, həm müəllifin, həm də onun qəhrəmanının sözlərinə könül verdiyimdən bu monoqrafiyanı bir az da bədii ədəbiyyat nümunəsi kimi mütaliə etdim. Bunun da bir səbəbi Qəzənfər müəllimin Hüseyn Kürdoğludan təqdim etdiyi şeirlər, misralar oldu. Yekun olaraq oxucu kimi gəldiyim qənaət budur ki, gərgin əmək nəticəsində araya-ərsəyə gətirilmiş bu monoqrafiya təkcə Hüseyn Kürdoğlu ruhuna, yaradıcılığına verilən dəyər, ucaldılan abidə deyil. O həm də Azərbaycan ədəbiyyatına çox sanballı bir töhfədir, çox tutumlu, necə deyərlər, hər zaman əl altında, göz önündə ola biləcək bir elmi mənbədi. Əminəm ki, istənilən oxucu, istənilən araşdırmaçı bu monoqrafiya ilə tanış olanda, kifayət qədər məlumat əldə edə biləcək. Bütün bunların isə bizim oxucu dünyamıza gələn yolunda yaşıl işığını yandıran hörmətli professorumuz Qəzənfər Paşayevdi. Mən öz növbəmdə bu dəyərli araşdırmaya, monoqrafiyaya görə Qəzənfər müəllimə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu kiçik oxucu məktubu kitabı, monoqrafiyanı bütünlüklə əhatə etməsə də, hər halda mənim ürəyimin pıçıltısıdı.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK