Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Kimdir Anar? - MÜSAHİBƏ Adalet.az | Kimdir Anar? - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Kimdir Anar? - MÜSAHİBƏ

76718    |   2017-01-23 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anar Nağılbaz. Azərbaycanda yeganə reperdir ki, yeddidən yetmiş yeddiyə kimi hər kəs onu tanıyır. Şübhəsiz ki, Azərbaycan rep mədəniyyətinin qurucularından biri olub. Bəzən Azərbaycan repinin tarixi bu insanın rep fəaliyyəti illəri ilə ölçülür. Düz 26 ildir!.. Az müddət deyil. Hələ Rep yaranmamışdan öncə "brek dans" kimi rəqslər gənclərimiz tərəfində səhnələrdə tədbirlərdə oynanılırdı. Repin hip hop mədəniyyətinin bir paçası olduğunu nəzərə alsaq, onun sırf müasir adrenalin dolu rəqslərlə əlaqəsi olmalıdır. Müsahibimiz də elə ilk rep fəaliyyətindən danışarkən "brek dans"ın adını çəkdi. Reperlər heç də narkoman deyil. Bir az təfəkkürü dəyişmək lazımdır. Öncələrdə bir çox müsahibələrdə tanınmış rep ustaları da bunu qeyd edib. ABŞ hip hopun mərkəzi sayılır. Orada reperlər adətən narkotik aludəçisi olur, yaxud da daha böyük addımlar atıb bunu biznesə çevirirlər. "Underground" adamları sadaladığımız fəaliyyətləri ilə fəxr edirlər. Görünür ki, Azərbaycana rep gələrkən araşdırmaçılar yalnış düşüncələrə qapılıb və reperləri avara kimi tanımağa başlayıblar. Elə deyil axı.

Anar Nağılbaz 1988-ci ildən bu yana öz üzərində çalışmağa başladı. Orta məktəb illərində belə coğrafiya dərsindən yüksək qiymətlər alırdı. Fənni əla bildiyindən deyil, mükəmməl şeirləri ilə müəllimlərin ürəyini ələ alırdı: "Pioner dövrlərimdə məktəbdə tədbirlərdə şeirlərlə çıxış edirdim. Atam Rizvan Cəbiyev yaradıcı, ədəbiyyat adamı idi. Ömrünü ədəbiyyata və jurnalistikaya həsr edib. 91-93-ci illərdə atam Rizvan Cəbiyev Naxçıvan qəzetinin baş redaktoru idi. YAP-ın yaradıcılarından biridir. "Kirpi” jurnalının şöbə müdiri kimi çalışıb. O cümlədən, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Şübhəsiz ki, mənim yaradıcılığım və ictimai təfəkkürlü olmağım həmin insandan qaynaqlanır. O cümlədən, həmin ərəfədə bir sıra tanımış xalq şairlərimizlə görüşmüşəm. Məmməd Araz, Bəxtiyar Vahabzadə və s. görkəmli ziyalıların imzalı kitablarını indinin özündə də evimdə kitab rəfimdə saxlamışam. Mən indi də fəxr edirəm k, Məmməd Araz mənim şeirlərimi oxuyub. Orta məktəb illərində şairliyə böyük marağım olub. Qeyri-ədəbiyyat dərslərimdə belə müəllimlər məni lövhəyə çağırırdılar ki, hər dəfə yeni bir şeir deyim. Mənim üçün nə var idi ki, yazırdım və deyirdim".

Nağılbaz ləqəbinin ədəbiyyatla bağlılığı olsa da bunu şeirlər deyil, həmin dönəmlərdə yazdığı nağıllarla qazanıb. Beləliklə Anar Nağılbaz (Cəbiyev) 90-cı illərin Azərbaycanın repində ilkə imza atmış, sədəflərin tərəfindən usta gözüylə baxılan bir insan olub. Saysız konsertləri, saya gəlməyə albomları, özünə məxsuz klassik rep üslubu onun səs tərzini unutmaq mümkün deyil.

Köhnə yaradıcılığımı heç vaxt bəyənməmişəm

-Repə nə vaxt gəldiniz?

-1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep demişəm. Və bu repim onların kinoxronikasına düşmüşəm. Gənclərin mətbuat festivalında "Azərbaycan Demokratik Respublikası" adında qəzet buraxmışam. İlk repim "Bivəfa" adlanıb. "Meşə nağılı" tamaşası. Bir sıra universitet və mədəniyyət saraylarında tamaşalarım olub. Yazdığım pyesi tamaşaya qoyanda Qarbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırmışdım. Bu tamaşa ilk işim idi.

Köhnə yaradıcılığımı heç vaxt bəyənməmişəm. Ona görə də çalışmışam həmişə yeniliklər edim. Rep kimi ilk səhnə çıxışım 1991-ci ilin iyulun 28-də Rəşid Behbudov adına Musiqili teatrda olmuşdu.

Səhnəyə ilk dəfə rep gətirdim. Bu insanlar tərəfindən gözəl qarşılansa da, bəzi mental dəyərləri qabardan insanlar da var. Hətta Əmircan Mədəniyyət sarayında bizi pomidor atəşinə tutmuşdular. Çünki sizin dediyiniz kimi bu ilk sayılan repə qarşı vətəndaşların bir-birinə uymayan fərqli mövqeləri idi".

Çingiz Mustafayevlə qonşu olmuşuq

-90-cı illərin repində rəhmətlik Çingiz Mustafayevin də adı hallanır.

-Çingiz Mustafayevlə qonşu olmuşuq. Mən uşaqlıq və gənclik illərimi əsasən nənəmgildə keçirmişəm. Çingiz və Vahid Mustafayevi tez-tez görürdüm. Çingiz Musafayevlə oxşar sənət karyeramız olub. Mən 86-cı ildə AZTV-də "Yelkən” verilişi aparmışam. Ondan sonra Dövlət televiziyasına ayağım açıldı".

Reper Çingiz Mustafayevlə bağlı məsələyə münasibət bildirməsə də, həmkarları Çingizi Anarla müqayisə edərkən Anarın rep sənətində fəaliyyətini və zəhmətlərini önə çəkiblər. Çingiz Mustafayevdən fərqli olaraq Anar Nağılbaz repi hobbi kimi yox, sənət olaraq yaşayıb və yaradıb.

Sovet mətbuatı 14 yaşlı Anardan yazdı

Anar Nağılbaz şeirlə incəsənəti özündə birləşdirən bir şair, reper, yaxud rejissor olub. O ali təhsilini də Mədəniyyət və İncəsənət Universitetində alıb. Məktəb illərində qazandığı uğurlar da çox olub. Onlardan ən maraqlısı isə 1988-ci ildə Bakıda Meydan hərəkatında minlərlə insanın qarşısında şeir oxuması oldu. Siyasi mövzulara toxunmağı bacaran bu məktəblinin erməni daşnaqları barədə səsləndirdiyi şeir daha sonra birlik mətbuatının diqqətini çəkib. Şeirinin tərcüməsi rus dilində çap olunaraq onun "Qarabağ-Qarabağ" adlı məqaləsində yer alıb. Daha maraqlı bir məqam isə o dövrün məşhur mətbu orqanı sayılan "Komsomolski pravda" qəzetində bu yeniyetmə haqqında yazılan məqalədə gizlənir. Əgər onların uşaqları belə düşünürsə, gör onda böyükləri necə düşünür cümləsinin yer aldığı məqalədə Anarın həmin şeirindən söhbət gedirdi.

Təşkilatçılıq ölüb

Rep sənətinə qarşı təəssüf ki, hazırkı dövrdə biganə yanaşılır. Rep təkcə musiqi janrı olmaqdan savayı gerçəklikləri, dövrün reallıqlarını üzə çıxaran yeganə sənətdir. Reperlərimiz əsasən öz maddi hesablarına, sadə dildə desək, öz güclərinə yaradıcılıqlarını inkişaf etdirirlər. Ancaq 90-larda belə deyildi. Müxtəlif konsertlər keçirilir, təşkilati dəstəklər səngimirdi. Nağılbaz da bizim fikirlərimizi dəstəklədi: "Mədəniyyətimiz üçün əmək sərf edənlər vardı. İnsanlar da bizi yüksək səviyyədə qarşılayırdılar. Azərbaycan repinə rəğbət vardı. İlk repə başlayanda əsasən gənclər bizi dinləyirdi. Sonraki vaxtlarda mövzular genişləndi və artıq məişət mövzularında da yazmağa başladıq. Bu bizə qarşı yaşlı nəsilin də diqqətini çəkdi. 1996-cı ildə hazırladığım "Sabah olmayacaq" adlı albomun kifayət qədər dinləyici toplamışdı. Yəqin dinləyicilər həmin albomu xatırlayırlar. 2004-cü ildən bu yana sənətə dəstək azaldığı kimi albom və disk bazarı da yoxa çıxdı. İndi prodüserlər toy bazarına qoşulub".

Yəqin səbəb də budur ki, milyonların tanıdığı rep ustası və mədəniyyətimizin təkmilləşməsində rolu olmuş bir insan hal-hazırda işsizdir.

Rüfət Soltan




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK