ANA SƏHİFƏ / MÜSAHİBƏ

İntuisiya çoxlarının yaşamağına səbəb olub

30100    |   2017-01-05 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yasamaldan Günəşliyə piyada gedirdim.... cibimdə qəpiyim də yox idi ...

Yeni ilin ilk gündə həmsöhbətimiz İbad Hüseynlidi.

- Yeni ilin ilk günlərini yaşayiriq, 2016 ci iı İbad Hüseynlinin xatirində necə qaldı?

-O qədər də ugurlu il deməzdim... xatirimdə qalan Aprel döyüşləri oldu... müəyyən yüksəklikləri əldə etdik, düşmənə gücümüzü az da olsa göstərdik. Nə vaxt Qarabagımızı geri alsaq o tarixi il bizim üçün, şəxsən mənim üçün ən ugurlu il ola bilər.

- Adətən Sizə verilən suallar müharibə, Qarabag haqqda olur. Bu dəfə suallarımız müxtəlif olacaq. Ölkəmizdə baş veren hadisələr, yeniliklər, inkişaf haqqda öz mövqeyinizi bildirmənizi istərdim.

- Nə qədər ki, Qarabagımızı geri almamışıq, döyüşçü-kəşfiyatçı olaraq mən Qarabagdan danşmalıyam. Tək mən deyil, bu gün sahəsindən asılı olmayaraq hər kəs Qarabag mövzusunu gündəmdə saxlamalıdır. Çünki Azərbaycan xalqının bir problem var, o da Qarabagdır. Son illər Azərbaycan dövlət olaraq dünyada özünü tanıdacaq addımlar atdı, prezidentimiz də Qarabagın həlli üçün, haqqlı oldugumuz halda , haqqsız duruma düşdüyümüzü dünya dövlətlərinə göstərmək, tanıtmaq üçün çox çox işlər gordü. Bu inkişafı, bu göstəriciləri gorməmək, danışmamaq günah olardı. Ölkəmizə üz tutan istər rəsmi, istər qeyri -rəsmi qonaqlar Azərbaycana heyran olurlar. Bakımızın gözəlliyi, çografiyamiz, misilsiz təbiəti miz çoxsaylı turist axınına səbəb olur. Gəlib gorən yenə gəlmək istəyir. Şəxsən mənim xaricdən qonaqlarım gələndə getmək istəmirlər.Dünyada baş veren hadisləri hər gün izləyirik, görürük. Təbi fəlakətlər , terror hadisələri və digər xoş olmayan olaylar... Dünyaının ən sakit və gözəl şəhəri bizim ölkəmizdi.Bir çox ölkələrdə olmuşam, görüşlərə, konfranslara dəvət edilmişəm.Vətənə gələndə sevinirəm və dövlətimlə , xalqımla, prezidentimlə qürur duyuram.

-İbad müəllim, qəhrəmanlıgınızı, igidliyinizi əks etdirən kitablar yazılıb, haqqınızda kifayət qədər sənədli filmlər çəkilib. Bu yaxınlarda isə haqqınızda bədii film çəkildi. O haqqda nə deyərdiniz?

-Əslində film haqqda mənə çox müraciətlər edilmişdi. həm Bakıda, həm də Türkiyədə film çəkmək istəyənlər çox idi. Mən də narazı deyildim. Amma filmə maliyyə , büdcə lazım idi. Ona gorə ləngiyirdi. Bizim dəyərli bəstəkarımız Tahir Əkbər mənim haqqımda əsər yazmşdı. Sonra ona klip çəkdilər. O klipi çəkən gənc rejissor Natiq Novruzov mənimlə görüşdə film çəkmək arzusunda oldugunu da bildirdi. Əvvəlcə tərəddüd etdim, çəkindim düzü. Dedim film ya yaxşı olmalıdı, ya da olmamalıdı. Natiq Novruzovun inadkarlıgı sayəsində s bu film çəkildi. Azərbaycan Respublikası Müdafiə Nazirlyinin, Mədəniyyət və Turuzm Nazirliyinin dəstəyi ilə araya -ərsəyə gətirildi. Filmdə yüksək peşəkarlıq göstərilib, filmin təqdimatı 24 oktyabrda Bakının ən boyük Nizami kino mərkəzində keçirildi. Noyabr ayinin 17-18 tarixlərində Türkiyə Respublikasının prezidentinin başdanışmanı, keçmiş Mədəniyyət naziri olmuş Yalçın Topçunun təşəbbüsü nəticəsində , Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi və "Yerli Düşüncə" dərnəyinin təşkiltçılıgı ilə Türkiyənin paytaxtı Ankarada boyük mədəniyyət mərkəzlərinin birində filmin tanıtımı keçirildi. Filmin məqsədi məni deyil, Qarabagda, Xocalıda vətəndaşlarımızın başına gələn faciələri, yaşanan acı gerçəkləri açıq şəkildə göstərmək olub . Eyni zamanda göstərilib ki, torpaq ugrunda canından keçən vətənpərvər oglanlar olub, şəhidlər olub. Torpaqlarımızın 20 faizini itirdik, amma 80 faizi 20 mindən çox şəhidlərimizin, saglamlıgını itirən oglanların sayəsində qaldı.Təbii ki, film mənim üzərimdə, apardıgım əməliyyatların üzərində qurulub, Buradakı həqiqətlər xalqımıza və gələcək nəsillərə lazmdır . Gənc nəsillər gorməlidir ki, vətəni necə sevmək, necə qorumaq lazımdır.Mən bütün müsahibələrimdə demişəm, hər zamanda deyəcəm, çünki o zamanın, müharibənin, özbaşınalıgın şahidi olmuşam. Əgər zamanında Ulu Öndərimiz Heydər Əliyev gəlmsəydi bu gün güclü Azərbaycan dövləti olmazdı . Ulu Öndər öz siyasəti, özünəməxsus addımları ilə hər şeyi nizamladı. Əgər o zaman səriştəli hakimiyyət olsaydı bir qarış torpagımız da getməzdi.Tarix Azərbaycanı hər zaman sınaga çəkib ,bu da tarixin bir sınagıdı, ümid edirəm ki, bu sınaqdan da üzü ag çıxacagıq.


-Sizin həyat hekayəniz hər kəsə bəllidir 1989-1990-ci illər Rusiyada iki illik hərbi xidmət hansı ki, Siz müsahibələrinizin birində o illəri Qarabag müharibəsində hazırlıq kursu adlandırmısnız. 1990-1994- cü illər Qarabag müharibəsində kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş, şəkilini saglıgında şəhidlərin şəkilləri arasına vuran, bu torpaqdan özümüz deyil, yalnız ölümüz çıxar şüari ilə döyüşən və nəhayət 1993- cü ilin dekabr ayının 26 da tank əleyhinə minaya düşərək agır yaralanan , bir ay komada qalan, yaşaması möcüzə olan, illərlə qoltuq agaclarında gəzən, saglamlıgına həkimlərin dərmanları ilə deyil, özünün sevdiyi idmanla məşgul olaraq qovuşan.

Özəlliklərinizdən çox danışblar, çox eşitmişik… "yuxu yatmaz", "robot İbad " "Rembo İbad" "qəddar İbad" "qorxusuz adam" "qorxunu öldürən" və s...… igidlik, qorxmazlıq atributları, amma təsirli, həssas məqamlarınız da olub… Məsələn müharibədə zəif, qorxaq əsgərlərin "artiq yük" adlandırıb anaları yazıqdır cibinə pul qoyub şəhərə gondərmisiniz, yəni İbad olan hərbi hissədə qorxaq əsgər olmamalıdır özünüzə sıgışdırmamısınz zəifliyi.Yaxud atəşkəs dönəmlərində Bakıda nəqliyyat növlərində əlillik vəsiqəsindən istifadə etməmisiniz, özünüzə sıgışdırmamısınız hətta Yasamaldan Günəşliyə piyada getdiyiniz zamanlar olub….

-Hə elə vaxtlar olub… həyat keşməkeşlidir.. sürprizlərlə doludur…Yaralı əsgər,əlində çəlik, bu kənardan zavalllı biri kimi görünərdİ, amma daxildə bu zavallılıgı İbad qəbul edərdimi, əsla yox , cibimdə qəpiyim də olmazdı amma ətrafımda dostlar çox olardI, hər kəsin gözü deyəcəyim sözdə olardı. Bir dəfə deyil dəfələrlə Yasamaldan, Nərimanovdan Günəşliyə , yəni yaşadıgım yerə piyada getmişəm. Hətta dostlar pul tapıb mənə verirdilər ki, sən yol pulunu ver biz vəsiqə göstərəcəyik, təki avtobusla gedək. İnsan gərək dünənini heç vaxt unutmasın. Mənim cibimdə pulum yox idi, amma məndən pul istəyən, komk istəyən adamlar vardı. Mən onlara komək edə bilməyəndə özümü günahkar hesab edirdim. Təkliyə qapılanda Allaha dua edirdim, deyirdim Allah mənə ruzu ver bu insanlara komək edim,mənə ruzi ver amma özümə çatmasın. Allah mənim səsimi eşitdi. 1999 - cu ildə ailə qurmaga hazırlaşırdım. Aglıma gəldi ki, toyuma Ulu Öndərimiz Heydər Əliyevi də dəvət edəcəm, etdim də. Və toyuma Ulu Öndərimiz aparatdan nümayəndələrini gondərmişdi, təbii ki, hədiyyələri ilə. Sonra mənə zəng elədi, təbrik elədi. Xaricə gedəcəyindən toyumda iştirak edə bilməyəcəyini bildirdi. Azərbaycan Televiziyasında toy təbrikim oxundu. Sonra göstəriş verdi o zaman ki, Bakı şəhər icra hakimiyyətinin rəhbəri Rafayıl Allahverdiyevə ki, mənim problemlərimlə maraqlansın. O zamandan mən bəlli işimlə məşgulam. Və Allahdan necə arzulamışdımsa elə də etdim. Allah mənə verdiyi ruzunu mən bölüşdüm, neçə-neçə şəhid ailəsi, qazi ailəsi ilə. Mənim işçilərimin hamısı müharibə iştirakçısı, döyüş yoldaşlarımdı. Mən özümlə deyi onların problemləri ilə daha çox maraqlanırdım, həllinə çalışırdim.

-2015 ci ildə Sizin adınıza Türkiyədə park, küçə verdilər. 2016 ci ildə isə Agcabədi rayonunda adınıza küçə verdilər. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz?

- Mən qısaca deyim müharibə ölüm deməkdi… ya öldürməlisən ya ölməlisən. Əgər sən müharibədə qəhrəmanlıq göstrəmisənsə və bu dillərə düşürsə, saglamlıgını itirirsənsə bunu hansısa mükafat üçün yox Vətən üçün edirsən! Başqa cqr düşünmək ən azı ləyaqətsizlikdi! Amma sonra sənin xidmətlərinə verilən istənilən qiymət , göstərilən diqqət çox xoş olur...

-İbad Hüseynli sanki müharibə üçün dogulmuşdu. Müharibə İbad üçün daha asan idi ,yaxşı döyüşçü -kəşfiyyatçı, yaxşı əsgər olub. Amma bu gün siyasətdən uzaq, saflıgını qoruyub saxlayan, kimsəylə işi olmayan İbad Hüseynli üçün yaşamaq nə qədər asan, nə qədər çətindi?

-Gözəl sualdı. Mənə elə gəlir ki, döyüşçü üçün döyüş meydanı daha asandı nəinki, indiki qarışıq əhatə. Meydanda düşmənin bəlli olur. Amma indiki cəmiyyətdə çox çətindi, zərbənin hardan, kimdən gələcəyi bəlli deyil. Çox yaxın bidiyim insanlar vardı ki, onlar məni sarsıtdı, insan olaraq, dost olaraq insanlara güvənimi azaltdı.

- Bilmək olar sarsıntınıza səbəb nə oldu?

-Yox açıqlamaq istəmirəm.

-Haqqınızda yazılan kitablar, yazılar, filmlər Sizi qane edirmi?

- Bir az təvəzökarlıqdan uzaq da olsa deyəcəm, yox qane etmir. Mənim haqqımda ən maraqlı kitabı döyüş yoldaşım Sahib Şirinov yazıb, o yalnız gordüklərini, şahidi olduqlarını yazıb. Qəhrəmanlıq ugurlu əməliyyatlar, qorxmazlıq, düşmən öldürmək deyil təkcə. Eyni zamanda elə addımlar var ki, onların daha çox anlamı var. Məsələn, sənin varlıgın çoxlarına güvən, inam verir. Adi bir jest tarixi ana çevrilir. Məsələn 1993-cü illərdə oldugumuz mövqemizdən bizi, xeyli əsgəri səlahiyyyəti olan rütbəli şəxslər səngərdən çıxarıb maşınlarla 15 km. arxaya başqa əraziyə gətirdilər.Əvvəl bir şey başa düşmədik , dedilər gedin dincəlin, başqa əsgərlər sizi əvəz edəcək. Sıraya düzülmüşdük, açıqlama gözləyirdik. Mən bir an içində düşünmədən beş addım qabaga çıxıb silahimi əlimə alıb "mane olana atəş açacam bizim yerimiz səngərdi, bizi ordan kimsə çıxara bilməz" deməyim böyük bir ərazini təhlükədən qurtrmaq demək idi. Bu addım döyüşdən də önəmli idi.

-Belə çıxır ki, hələ də sizin daxili dünyanız xalqa təqdim edilməyib?

-Mənə o sual çox verilib. Mən də elə düşünürəm ki, onu yalnız özüm yazıb çatdıra bilərəm.Onu da hələ ki, bacarmıram, səbrim, hövsələm yoxdu, yəqin gələcəkdə kimsə yaza biləcək.

-Noyabr ayında İsrail dövlətinə səfəriniz olmuşdu, səfəriniz nə ilə baglı idi?

-Noyabr ayında İsrailin Qİryat Yam şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə 7+7 möcüzələri adlı tədbir keçirildi. "AZİZ" in təşkilatçılıgı ilə keçirilən tədbirə məni də dəvət etmişdilər. Orda bir çox digər görüşlərimiz də oldu. İlk dəfə idi İsrailə gedirdəm bir çox şəhərlərini gəzdik, gözəl xatirlələrlə vətənə döndük.

-Özünüzü şanslı sayırsınız?

-Bəli özümü də şanslı sayıram, çevrəmdəkiləri də şanslı adlandırardım. Məsələn müharibədə məndə olan intusiya bu gün çoxlarının yaşamagına səbəb olub.. Bir də ki mənim də hərdən hissə qapılmağım kövrəlməyim olur...Bu da Vətənə , torpaga həsrətimdi...

"Ədalət"




İmza:

“Eldar Baxışın son görüntülərini Mirşahin apardı” - MÜSAHİBƏ

Həyat yoldaşını fotoaparatla tapan məşhur fotoqrafla söhbət - MÜSAHİBƏ

“Qarabağ bülbülləri”nin rəhbəri: “Haqqımı Tacirə halal eləmirəm!”

Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ

"Həkim anama deyib ki, bu uşağın böyük gələcəyi var" - MÜSAHİBƏ

Samirin yeni layihəsi: 1000 nəfər 44-cü olmaq üçün sıraya girəcək(Müsahibə)

"Rəhbərlik bu hadisədən çox ciddi nəticələr çıxardı" - Dillər Universitetinin rektoru

“Rəsulzadə bayrağımızı parlamentin üstünə, İlham Əliyev də 162 metr yüksəkliyə qaldırdı”

Rəşad Məcid: “...Adam özünü o mediaya rəva görmür”

Müşfiq Hətəmov: “Kinomuzun ən ciddi problemi ssenaridir” - MÜSAHİBƏ

Qətibə Əsədova: “4 ildə dörd dəfə o otaqda oturmamışam”

Qüdrət Həsənquliyev: “Naxçıvan bizim azsaylı regionlardan biridir ki...”

SON XƏBƏRLƏR
2017-06-25
2017-06-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK