ANA SƏHİFƏ / YAZARLAR

SÖNƏN OCAQ

162899    |   2013-02-16 10:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Şər yenicə qarışmışdı. Üzü yavaş-yavaş axşama doğru gedirdi. Adətən bu vədələr evdən çölə zibil də atmaq olmazdı. Belə bir deyim var ki, həmin anlarda evdən çölə zibil atılsa, ev-eşiyin ruzi-bərəkəti qaçar. Elə bu deyimi də uşaq vaxtından Gülnaz qullaqlarında sırğa eləyib saxlamışdı. Sırğa eləyib saxlamışdı ki, böyüyün sözünə qulaq asmaq lazımdı, yanlış addım atarsan, sonra da gedib düşərsən quyunun içinə...
...Ara-sıra güllə səsləri eşidilirdi. Güllə səslərinin fasiləsiz olaraq davam etməsi istər-istəməz Cəlal kişinin kürkünə birə saldı. Fikirləşdi ki, birdən yenə ermənilər kəndə hücum eləyərlər. Qarşıdakı  postda isə bizim əsgərlər dayanmışdı. Elə Cəlal kişini də arxayın eləyən bu idi ki, heç vaxt ermənilər o postu basıb keçə bilməzlər. Amma bəzən dünyanın elə qeyri-adi işləri olur ki, bir də görürsən ki, bir göz qırpımında hər şey dəyişdi.
Hava çox soyuquydu. O qədər soyuq idi ki, Cəlal kişi bayıra çıxmaq istəyəndə paltosunu çiyninə atmalı oldu. Uzaqdan gələn işıq isə onu bir az da qorxuzdu. İstədi qayıdıb evə girsin, amma gördü ki, artıq hər şey gecdi. Nə qabağa gedə bilirdi, nə də geri çəkilirdi. Elə bil yerində donub qalmışdı. Eşitdikləri qəribə səslər isə onun ürəyini daha da üşütdü. Çünki bu danışıqlar yarı  rusca, yarı da ermənicə idi. Cəlal kişi  elə bil yavaş-yavaş hər şeyi anlayırdı. Bir qədər duruxdu, tərs kimi evdən ov tüfəngini də aparmışdılar. Heç geri qayıtsaydı əliyalın olacaqdı. Əliyalın düşmənin qarşısına çıxmaq olmazdı.
Yenə barmağını dişlədi. Dedi ki, nə yaxşı nəvələrimi başqa yerə göndərmişəm. Bu alçaqlar nə körpə bilir, nə də qoca. Qarşısına kim keçsə güllədən keçirilər. "Vilis" dönüb düz onların qapısının ağzında saxladı. Yaxınlıqdakı qonşuların səs-küyü də göyün yeddinci qatına qalxmışdı. Sanki elə bil birdən-birə bu kənd od tutub yanırdı. Kəndin od tutub yanan təkcə ot tayaları, evlər, ayrı-ayrı tövlələr deyildi, həm də od vurub yandırılan insanlar idi. Bu kəndə isə ermənilər ruslarla bir yerdə ağır texnikalarla girmişdilər.
Cəlal kişi gördü ki, artıq iş-işdən keçib, iki rus, bir erməni dığası silahı düz onun başına dirəyib. Erməni əsgəri qarnını irəli verib dedi:
- Bu qoca kaftarı it kimi öldürəjəm. Hələ evə baxaq görək burda kimlər var? Bunun yaxşı bir qızı olmalıdır, ələ keçirsək, əla olacaq!..
Cəlal kişi:
- Ay erməni, kişiliyin olsun, mənə nə eləyirsən-elə, uşağa toxunma...
Cəlal kişi uşaq deyəndə, evdəki qızını nəzərdə tuturdu. Heç evdə Cəlal kişinin arvadı da yox idi, oğlu da yox idi, nəvələri də. Bircə evdə qalmışdı qızı Gülnaz və bir də özü.
Ağ sacları və ağ saqqalı olan Cəlal kişiyə rus əsgərinin bir az yazığı gəldi. Amma erməni əsgəri gördü ki, rus yumuşalıb, ona möhkəm təpindi:
- Ara, sən lap boş adamışsan ki?! Mən sənə demişəm, bu kişinin evində yaxşı var-dövlət var. Elə  bilirsən maşını bu qapıya təsadüfən sürdürmüşəm. Bu kişi  bizim qonşu kənddəndi. Yaxşı da qızılı var, hələ mən mal-qoyunu demirəm.
Cəlal kişi erməninin sifətinə diqqətlə baxdı, qaranlıq olduğu üçün tanıya bilmirdi. Amma başındakı çapıqdan o dəqiqə hiss elədi ki, bu, qonşu kənddən olan Akopdur. Bu Akop Cəlal kişigilin kəndində bənnalıq eləyib, ev tikərdi və sonra da bir ətək pul qazanıb hamıya dua eləyərdi ki, sizdən yaxşı millət yoxdur.
Cəlal kişi bir az da diqqətlə baxanda onu lap yaxşı tanıdı və sonra da dedi:
- Ayə, Akop, bizim kəndin çörəyini az yemisən. Bir vaxtlar deyirdiniz ki, sizdən yaxşı millət yoxdur. Nə qədər adam çörəyi dizinin üstündə olar. İndi mənim üstümə hücum çəkirsən?
Akop:
- A kişi, nə qonşu-zad, mən sizi tanımıram. Sən müsəlmansan, türksən, düşmənimizsən. Gəlmişik sənin kəllənə bir güllə çaxaq, sonra da ev-eşiyini yığıb aparaq, mənzilinə də od vuraq.
Akop danışanda qonşu evlərdən ətrafa insanların naləsi, ahı, harayı yüksəlirdi. Arvad, uşaq, qız səsinin çığırtısından adamın qulağı tutulurdu. Cəlal kişi hiss elədi ki, artıq ermənilər kəndi ələ keçirib və camaatı güllələyib. Ona görə də hər şeyə hazır idi. Çünki  Cəlal kişi yaxşı bilirdi ki, erməni əsgərinin mərdlikdən, kişilikdən və namusdan xəbəri yoxdur. Onlar türklərdən qisas almaq üçün ən alçaq vasitələrə belə əl atır.
Akop əlindəki avtomatın qundağı ilə Cəlal kişinin sinəsinə möhkəm bir zərbə vurdu. Cəlal kişi səndərləyib yıxıldı. Ayağa qalxmaq istəyəndə Akop yenidən əlindəki avtomatın qundağı ilə onu belindən vurdu. Tay budəfəki zərbədən sonra Cəlal kişi ayağa qalxa bilməyib, ağzıüstə yerdə qaldı. Ağzıüstə yerdə qalan Cəlal kişini görən Akop evə hücum çəkdi. Gülnaz isə çöldəki səs-küyü eşitdiyinə görə və ermənilərin həyətə gəldiyini bilib, mənzildə gizlənmişdi. Akop içəri girən kimi avtomatdan bir neçə atəş açdı və sonra da qışqırdı:
- Evdə kim var, çölə çıxsın, yoxsa hamınızı qıracağam?!
Həmin gecə kənddə işıqlar da söndürülmüşdü. Gülnaz qorxa-qorxa qapının ağzına gəldi və sonra da Akop onun qolundan yapışıb çölə çəkdi:
- Gəl, köpəkoğlunun qızı. Gör indi sənin başına nə oyun açıram? - deyib Gülnazı rus əsgərinin  yanına sürüyə-sürüyə gətirdi. Gülnaz gözünü açanda yerdə uzanmış atasını gördü:
- Ata! Ata! Sənə nouldu? Səni kim vurdu? - deyib atasına sarı iməklədi. Gördü ki, atası yerindən tərpənmir. Yerindən tərpənməyən atasına bir az da yaxınlaşdı. İki daşın arasında əlləri ilə atasının ağ saçlarını oxşadı və bərkdən bir daha "Ata!" - deyə qışqırdı.
Cəlal kişi qızının qışqırığını güclə eşidirdi. Çünki zərbə onun qulağından necə möhkəm dəymişdisə, qulağı batmışdı. Daha doğrusu, qulağının pərdəsi yırtılmışdı. Kişi yavaş-yavaş özünə gəlməyə başladı. İstədi belini dikəldib ayağa qalxsın, yenidən Akop avtomatın qundağı ilə ona başından bir neçə dəfə zərbələr endirdi. Bu zərbələrdən sonra Cəlal kişi yenidən ağzıüstə yerə yıxıldı.
Bütün bu hadisələr Cəlal kişinin qızı Gülnazın gözü qarşısında baş verirdi. Gülnaz görürdü ki, artıq atası can verir. Erməni əsgəri isə bu səhnəyə elə maraqla baxıb, ləzzət alırdı ki, sanki yerdə zarıldayan insan deyil, başqa bir şeydi. Erməni elə bil Cəlal kişi zarıldadıqca ləzzət alırdı. Sonra da Akop deyirdi: "Bax belə, haa, görürsən adamı necə susdurarlar. İndi it kimi öl, mən də sənə baxım".
Gülnaz bir istədi erməninin ayağına düşüb yalvarsın, onun ayağından öpsün. Amma Gülnaz nə erməninin ayağına düşüb yalvardı, nə də onun ayağından öpdü. Bir-iki addım erməniyə yaxınlaşıb dedi:
- Siz gücünüzü ancaq, qocalara və qadınlara göstərə bilərsiniz. Kişisiniz, gedin əsgərlərimizlə döyüşün. Bax onda bilərsiniz, döyüş nədi?!
Akop:
- Ara, sən nə danışırsan, sizin əsgərlərin hamısını bax bu haftamatla öldürmüşəm. İndi də gəlmişəm sizi güllələyim, sonra da səninlə kef çəkim...
Gülnaz erməniyə bir addım yaxınlaşdı, sonra da  ağzını tüpürcəklə doldurub var gücüylə onun üzünə tüpürdü:
- Oğraş oğlu, oğraş! Sən mənim heç meyitimə də yaxın dura bilməzsən. Ağlınız öz haxçilərinizə getməsin. Kim gəldi onun qucağına yıxılıb. Türkün qadını kişi kimi yaşayıb, kişi kimi də ölüb.
Akop sifətindəki tüpürcəyi əlinin arxası ilə silərək hırıldadı. Onda özünüz bilərsiniz, mən istəyirdim səni aparım kəndimizə, orda arvad eləyəm...
Gülnaz:
- Oğraş, oğraş danışma. Sən bizim qapının qırıq-qırtığı ilə dolanmısan, bizim kəndin çörəyi olmasaydı hamınız acından ölərdiniz. İndi nə tez qudurdunuz?!
Akop:
- Ağzını boş-boş qoyub danışma, dilini boğazından çıxardaram. Eşitmirsən qonşudan gələn arvad-uşaq səsini. Orda azərbaycanlıların hamısını güllələyirlər. Hətta hamilə olan qadının qarnına süngü keçirirlər. Çünki o uşaq doğulub bizim düşmənimiz olacaq. Elə onu da ana bətnində doğrayırıq.
Akop bu sözləri deyəndən sonra, yenidən hırıldamağa başladı. Sonra rus əsgərinə dedi ki, qızı da, atasını da götürüb tut ağacına bağlayaq. Qız ki, mənim sözümə baxmır, özü bilər! Mən istəmirdim, onu öldürəm. Amma bunları öldürmək yox, diri-diri yandırmaq lazımdır.
Bir-iki dəqiqənin içərisində Akop tövləyə girib ordan uzun kəndir tapdı. Sonra da sevinə-sevinə tövlədən çıxdı və gəlib durdu Cəlal kişinin başının üstündə:
- Qalx ayağa, köpəkoğlu! Gör sənin başına nə oyun açacağam. Onda görərsən ki, Akop kimdir?!
Cəlal kişi nə illah elədisə, ayağa qalxa bilmədi. Heç ayağa qalxmağa onda taqət belə qalmamışdı. O ki, qala bu vəziyyətdə ayağa dura?! Akop rus əsgərinə işarə elədi:
- Bu alçağı ayağa qaldır, götür, gətir tut ağacının yanına. Mən də qızı aparıram ora...
Akop və rus əsgəri hər ikisini tut ağacının yanına gətirdi. Onların əlini, qolunu bağladı və sonra da ortalarından uzun kəndirlə tut ağacına sarıdı. Sarıyandan sonra Akop arsız-zrsız yenidən hırıldadı və dedi:
- Sizin üstünüzə benzin tökəcəm, sonra da od vurub yandıracam. Qoy uzaqdan da görsünlər ki, sizin naləniz hara qədər eşidilir. Görək bu səsinizi eşidən olacaq, ya yox!
Rus əsgəri "Vilis"ə yaxınlaşıb onun çənindən bir vedrə benzin çəkdi. Çəkəndə bir az benzin ağzına axdı. Sonra ağzında nə vardısa, yerə tüpürdü və dilləndi:
- Akop, bu benzin deyilmiş, elə bil zəhərdir. Bəlkə heç bunları yandırmayaq, güllələyək, çıxıb gedək...
Akop:
- Nə axmaq-axmaq danışırsan, bunları yandırmasam, ürəyim soyumaz. Hər ikisinin başından benzini tökəcəm, sonra da od vuracam və oturub yanmaqlarına baxacam...
Akop benzin dolu vedrəni onların başına səpdi və sonra da hırıldayıb güldü. Tut ağacının budağında əyləşən quşun qəfil uçuşu onu qorxuzdu və sonra da dilləndi:
-    Elə bu quşlar da bunlar kimi alçaqdırlar. Gərək onu da vuraydıq.
O uçan quşun dalınca bir neçə dəfə güllə atdı. Amma deyəsən, güllə quşa dəymədi. Bəlkə də  bu uçan quş Cəlal kişinin və qızı Gülnazın ruhu idi. Hələ canları çıxmamışdan, od tutub yanmamışdan, ruhları çıxıb gedirdi...
... Kibriti yandıran Akop  bir göz qırpımında onu Cəlal kişinin və Gülnazın üstünə atdı. Alov  birdən-birə qalxmağa başladı. Alov qalxdıqca onlar od tutub yanırdı. Amma həm Cəlal kişi, həm də qızı Gülnaz səslərini də çıxarmırdılar. Elə erməni Akopu da ağlını başından çıxaran onların səssiz-səmirsiz yanmaları idi. Akop lap dəli olmuşdu:
- Ara, bu necə olur, hər ikisi od tutub yanır, kopək uşağının cınqırı da çıxmır. Elə bil ki, yanan bunlar deyil, tut ağacıdı. Amma nə yaxşı tut ağacıdı, bunun tutundan  yaxşı araq çıxar.
Akop və rus əsgəri düz yarım saat yandırdıqları azərbaycanlılara baxmaqdan ləzzət alırdılar. Yarım saatdan sonra iri gövdəli və qollu-budaqlı tut ağacı da yanmağa başladı. Yandı-yandı və axırda da közü qaldı. Bu közün içində həm də Cəlal kişinin və qızı Gülnazın külə dönmüş qalıqları vardı...
... Tut ağacından uçan quşsa uzaqdakı bir başqa ağaca qonmuşdu. Nəsə qəribə səslər çıxarırdı. Qəribə səslər o qədər rəngarəng idi ki, bunu heç cürə duymaq olmurdu. Amma görünən o idi ki, onların həyətindəki tut ağacından uçan quş sağ qalmışdı və başqa bir ağaca qonub Cəlal kişi ilə Gülnazın xiflətini çəkirdi...
FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK