Adalet.az | DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ Adalet.az | DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ

Əbülfət MƏDƏTOĞLU

83608    |   2016-12-07 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ustad Zəlimxansız ötən bir il

Hə, yaxşı deyiblər, bu dünya gidi dünyadı… bu dünya gədə-güdə dünyasıdı… bu dünya lotu-potu dünyasıdı… bu dünya qaçaq-quldur dünyasıdı… bu dünya oğru-əyri dünyasıdı… bu dünya namərd, nakəs dünyasıdı… Hə, bir də bu dünya mərdlərin, kişilərin, insanların, sevgilərin və nəhayət, SÖZün dünyasıdı. Nə qədər gidiliyi, nə qədər gədalığı, nə qədər oğru-əyriliyi, nə qədər fahişəliyi olsa belə, bu dünya sözdən yaxa qurtara bilməz. Söz hər şeydən yuxarıdadı, hər kəsdən üstündü. Çünki söz Allahın yanından gəlir və təkrar Allahın qulluğuna dönür… onun xidmətində durur…

Son vaxtlar gözüm onu daha çox axtarır, ürəyim onu daha çox soraqlayır. Əvvəl-əvvəl bunun səbəbini anlamırdım. Sonra hiss etdim. Daha doğrusu, bildim ki, niyə əlimyandıda gəzirəm, arayıram onu. Çünki o mənim ümid yerim idi, məsləhət yerim idi və nəhayət, o mənim Ustadım idi. Düşdüyüm, daha doğrusu, zorla yaşamağa məcbur olduğum durumun içindən çıxmaq üçün onun sözünə, onun məsləhətinə, onun ağsaqqallığına indi o qədər ehtiyacım var ki, bunu dilə də gətirə bilmirəm. Amma içimdə bilirəm və Allaha da agahdı ki, yeri yaman görünür onun!..

Bir dəfə öz içimə çəkilmişdim. Qarşılaşdığım bir haqsızlıq əməlli-başlı əhvalımı pərişan etmişdi. Özümdə-sözümdə deyildim. Bir də gördüm koridordan tanış bir səs gəlir. Özümü toparlayıb otaqdan çıxmağa tələsəndə qapı açıldı. Üzündəki təbəssümlə girdi içəri. Görüşdük, öpüşdük. Dərhal ciddi bir şəkildə:


- Bu nə sir-sifətdi? Nə olub? – deyə soruşdu.

Mən onun qarşısına çay süzüb qoydum və qarşılaşdığım problemi söylədim. Bir az fikrə getdi. Sonra təmkinlə:

- Belə şeylər həmişə olub. Mən görə-görə gəlmişəm. Bizdən də qabaq görüblər, bizdən də sonra görəcəklər. Heç kim öz haqqını vaxtında almır, heç kim haqqın əlini vaxtında sıxa bilmir. Əgər hər kəs halalca haqqını vaxtında alsa, onda bu qədər qarğa-quzğun bəs nə edə bilər? Nəylə dolanar? Necə yaşayar? Vaxtında mənə xəbər versəydin, özüm məsələyə qarışıb sənin haqqını müdafiə edərdim. Amma daha keçib. Bir də yadında saxla. Heç vaxt, hətta yüz faiz əmin olduğun məsələdə də əminliyini öncədən bayram eləmə, onu öncədən sevincə çevirmə. Yoxsa qurda-quşa yem olarsan – dedi Ustadım…

Bəli, Almaniyadan müalicədən qayıtmışdı. Telefonla əlaqə saxladım. Halını soruşdum. Özünü sındırmadı – yaxşıyam - dedi. Görüşünə gəlmək istədiyimi işarə etdim. Səsi bir az duruxdu. Mən fürsətdən yararlandım:

- Sabah şənbədi ustad, gələcəm, görmək istəyirəm sizi – söylədim.

Və səhəri günü Fəridə Rəhimli ilə birlikdə getdik Zəlimxan Yaqubun ziyarətinə. Evə çatmamış telefonuna zəng vurdum. Və inanın ki, heyrət içində qaldım. Həyət qapısını özü açıb elə qapı önündə də gözləyirdi. Maşından düşüb tələsik ona doğru addımladıq. Sarıldıq bir-birimizə. Bizi içəri dəvət etdi. Oturduq, hal-xoş etdik, söhbətləşdik. Və birdən dedi ki:

- Əbülfət, Almaniyada xəstəxanada qəribə hadisənin şahidi oldum, bir möcüzə baş verdi. Gecənin bir yarısı yuxudan oyandım və qələm-dəftəri götürüb başladım yazmağa. Səhərə qədər səksən üç bənd yazdım. Çoxdandı yazmırdım. Bir onu hiss etdim ki, oğlum kürəyimə nəyisə atıb ki, soyuq olmasın. Mən də yazmışam. O gecə mən Allahla danışdım… Onun pıçıltılarını kağıza köçürdüm…

Ustad bu hadisəni, bu möcüzəni elə danışırdı ki, o boyda Zəlimxan mənim üçün daha da əlçatmaz olurdu. Neçə-neçə poemanın, saysız-hesabsız qoşmanın, təcnisin, gəraylının, kitab-kitab şeirlərin müəllifinin bir gecədə Allahla bu qədər yaxın olmasını uşaq sevinci ilə söyləməsi indi mənə yuxu kimi gəlir. O məqamı xatırlayanda mənə elə gəlir ki, Zəlimxan Yaqub bu dəqiqə də masa arxasındadı, əlində qələm şeir yazır. Çünki həmin an onun baxışlarındakı işıq, ifadələr, onun dilindən tökülən dürr əbədi yaşayışın ştrixləri idi. Mən hər kəslə mübahisə edə bilərəm ki, həyatımda son məqamlarını gördüyüm böyük Məmməd Araz, böyük Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqub mənim üçün ölməyiblər. Onlar xəstəliyə də elə ağayana müqavimət göstərirdilər ki, heyrətlənməyə bilmirdin. Hətta ustadın bizə verdiyi müsahibə zamanı söylədiyi fikir indi də qulaqlarımda səslənir. Ustad söylədi ki:

- Əbülfət, Allah əvvəl mənə çətinliklər verdi. Həyatın sınaqlarıyla qarşılaşdırdı. Dözdüm, keçdim bu sınaqlardan. Böyük ilham verdi - yazdım, yaratdım. Şan-şöhrət verdi – yaşadım, dadını-tamını bildim. Gəzmək imkanı verdi – baxdım, gördüm. Dağı da, dərəni də, çayı da, suyu da, bulağı da, ormanı da, təbiəti də, yeri də, göyü də, hər şeyi mənə göstərdi, hamısını sevdim, hamısından ləzzət aldım. Axırda da bu dərdi verdi. Dedi bunun da dadını bil. İndi də bunun dadını bilirəm…


Bəli, yazımın əvvəlində dedim ki, yaşadığım sıxıntının içindən çıxmaq üçün mənə bir ümid işığı, bir ağsaqqal sözü, bir sanballı, ağırtaxtalı kişinin ağsaqqallığı önümə düşüb yol göstərməsi gərəkdi. Gözüm onu axtarır. Görməyəndə yadıma bu söhbətlər düşdü. Çünki hələ də mobil telefonumda qalan nömrəsi onun cismani varlığının göstəricisidi. Təbii ki, mənim üçün. Amma neyləyim ki, gözüm onu görmür. Ruhum görür, ürəyim görür, ağlım görür. Bircə gözüm görə bilmir onu. Bəlkə bu da bir möcuzədi, bəlkə bu da bir sehrdi. Anlaya bilmirəm. Vallah, məni və sizi Yaradan haqqı yaşayır Zəlimxan Yaqub, yaşayır, Məmməd Araz, yaşayır Bəxtiyar Vahabzadə. Kim inanmırsa heç inanmasın. Mən ki, inanıram. Yəqin ki, inandığıma görə mənə cəza düşməyəcək. Amma mən bilirəm ki, mənim onları gözlə görə bilmədiyimə görə cəzaya məhkum etsələr, onlar mənim əfv olunmağımı rica edəcəklər. Bunu bilirəm, buna inanıram. Ən azından ona görə ki, onlar Allahın yanından gəlib, Allahın yanına dönmüş adamlardı. Onlarda xəbislik, onlarda qəddarlıq, onlarda biganəlik yoxdu. Onlar hamını görürlər… onlar hamının kim olduğunu yaxşı bilirlər.

Sonuncu dəfə ustadla elə onun evində şəkil də çəkdirdik. O şəkillər qiymətli xatirə, həm də sənəddi. İlk baxışdan burada yeni, kimlərəsə qismət olmayan nəsə axtarmaq lazım deyil. Hətta düşünmək də lüzumsuzdu. Çünki ustad hər kəslə mehriban idi. Ziyafətlərdə, məclislərdə, lap elə redaksiyamıza qonaq gələndə də kim istəsə onunla şəkil çəkdirirdi. Heç kimin qəlbinə toxunmurdu. Amma mənim üçün, elə o şəkilləri telefonun kamerasına köçürən Fəridə Rəhimli üçün də o tarixi an idi, tarixləşən zaman idi. Biz müalicədən dönmüş ustadın özünə aid guşədə, onun yaradıcılıq otağında, yazı masasının önündə şəkil çəkdirirdik. Amma bilmirdik ki, bu otaqda bizi sabah, beş gün, on gün sonra nə gözləyir. Ayrılıb dönəndə qapıya qədər ötürdü bizi. Həyətdə yenə qucaqlaşdıq. Mən nə deyəcəyimi bilmirdim. O isə elə bil içimin hansı durumda olduğunu anlayıb zəif bir təbəssümlə:

- Hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun! Yazı-pozuna da daha ciddi yanaş. Özün bilirsən ki, sənin haqqında fikrim necədi və sənin haqqında nələr yazmışam…

Hiss etdim ki, kövrəlirəm, gözlərim dolur. Ona görə onu bir də öpüb arxaya baxmadan maşına tərəf gedirəm. Maşına çatıram. Özümü saxlaya bilmirəm. Ovcumun içi ilə gözlərimi silib geriyə çevrilirəm. Ustad həyət qapısının ağzında hələ də dayanıb. gözləyir ki, biz yola düşək. Maşını işə salıram. Maşın yerindən tərpənir. Ustad qapını örtür…

Bəli, bu dünya həm ələkdi, həm fələk… həm məzardı, həm bələk… Bu dünya həm də yaddaşdı… Hər şeyi saxlayır bu yaddaş olan sinəsində. Mən çox istədim ki, ustadla bağlı daha neçə-neçə xatirəmi dilə gətirim. Amma yenə də deyirəm. İnanın, onun barəsində xatirə sözü da mənə ağır gəlir. Çünki yaşayan adam barəsində xatirə danışmağın nə demək olduğunu söyləmək çətindi. Sadəcə, ona ehtiyacım olduğundan, bu günlər onun daha çox köməyini arzuladığımdan bu yazını necə gəldi yazdım və bu yazı necə alındı xəbərim olmadı. Yazının sonunda bir onu hiss etdim ki, başımın üstündədi onun ruhu. Özü isə kürəyimin arxasında dayanıb. Geriyə çönsəm, onu görə biləcəm!..




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK