warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Kimdir əlil, yaxud əlil nə deməkdir? Adalet.az | Kimdir əlil, yaxud əlil nə deməkdir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Kimdir əlil, yaxud əlil nə deməkdir?

42863    |   2016-12-06 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlkə bir qədər gecikmiş yazıdır, bəlkə də deyil. Başlayaq birinci "bəlkə”dən. Nə üçün bir qədər gecikmiş yazı hesab edirəm? Dekabr ayının üçü əlillər günü kimi qeyd olunur, bu gün isə təqvimin başqa günüdür. Bəzilərimiz "əlil” sözünü işlətməyi düzgün hesab etmirik, hardasa haqsız da deyilik. Səbəb kimi də bir-birimizə tənə edən zaman "kor”, ”çolaq” və s. bu kimi sözləri işlətməyimiz göstərir ki, əlilliyi bir tənə kimi işlədirik. Ancaq hamımız da bilirik ki, kimsə bir gün əlil olmaqdan sığortalanmayıb. Odur ki, kobud desək, danışanda danışığımızı bilsək yaxşıdır. Ancaq bir şey də var ki, dünyanın bir çox yerində də bu cür tənələr istifadə olunur.

Əlil nə deməkdir? Bu sualı axtarış saytlarında yazaraq "enter” düyməsinə basdım. Axtarış nəticəsində tapdığım cavablar demək olar ki, eyni idi: "Əlillik – xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir”. Bu sözün mənasını bir də Niderland dilində axtardım və cavab belə oldu: "Əlillik anadangəlmə, yaxud sonradan xəstəlik, hadisə nəticəsində yaranmış fiziki, əqli çatışmamazlıqdır”. Hansı daha doğrudur? Məncə, Niderland dilində olan. Öncə ona görə ki, anadangəlmə əlillik də var. Daha sonra ən önəmlisi odur ki, əlil olan insan, yaxud əlil olmaq əmək qabiliyyətini itirmək demək deyil. Bəli, əmək qabiliyyətini tam itirmiş əlillər də var, bunu isə ümumi əlillər haqqında demək düzgün deyil. Daha düzgünü onların əmək qabiliyyətinin məhdud olduğunu deməkdir. Ancaq doğrudur, bizdə əlil olmaq zəlil olmaq kimi bir şeydir. Biz onları doğrudan da nəinki əmək qabiliyyətlərini, ümidlərini belə itirmiş vəziyyətə gətirir, cəmiyyətdən təcrid edirik. Ümumi danışmağın, öz fikrini reallıq kimi təqdim etməyin hər zaman əleyhinə olmuşam. Ancaq bu dəfə məhz belə, öz fikrimi reallıq kimi yazdım. Kimlərsə razı olmaya, dövlətin əlillərə sosial yardımından və s. danışmağa qalxa bilər. Ola bilsin ki, haqsız da deyillər, öz düşüncələrinə, yaxud işlərinə görə. Ancaq gəlin baxaq, ölkədəki bir çox yolların kənarında heç bir fiziki qüsuru olmayan insanların, piyadaların gedə biləcəkləri səkilər belə yoxdur, qaldı ki, əlillərin gedə biləcəyi xüsusi yollar. Varmı əlillərimizin əlil arabası ilə gedə biləcəyi yollar? Hələ mən əlil arabalarından danışmıram. Doğru, istifadə oluna bilinməyəcək araba kimə lazımdır? Dövlət idarələrinə, dükanlara və digər bu kimi yerlərə əlillərimizin rahatlıqla, kimsənin köməyinə möhtac olmadan gedə bilmək imkanı varmı? Yoxdur, özünüzü yormayın. Bir-iki yerdə olması hələ hər şey demək deyil, necə ki bir güllə bahar olmaz. Gözdən əlillərimizin "oxuya” bilmələri üçün xüsusi kitablar buraxılırmı? Əlillərimiz bacara biləcəkləri işlərlə təmin olunurmu, yoxsa elə yuxarıda da qeyd etdiyimiz kimi, "əmək qabiliyyətini itirmiş” deyərək onların heç bir işə yaramadığını düşünürük? Sualların sayını çoxalda da bilərəm, cavablar isə təəssüf ki, müsbət olmayacaq. Müqayisə üçün qeyd edim ki, mənim yaşadığım ölkədə, Niderlandda əlil olmaq insanın gündəlik həyatında müəyyən məhdudiyyətlər yarada bilər, ancaq bu, onun ətraf aləmdən təcrid olunması anlamına gəlməz. Deyək ki, fiziki qüsurlu biri, yerimək imkanı olmayan, öz əlil arabası ilə çox rahatlıqla şəhərə gedə, dükana daxil olub bazarlıq edə, istənilən dövlət qurumuna aid binaya daxil ola, bir sözlə, kimsəyə möhtac olmadan görməli olduğu işləri görə bilir. Mənim qaldığım yerdə əqli qüsuru olan insanları həftədə bir dəfə xüsusi avtobuslarla idman etmələri, vaxtlarını xoş keçirmələri üçün hovuza, idman komplekslərinə, əyləncə yerlərinə aparırlar. Onlar üçün "uşaq fermer təsərrüfatı” adlanan yer də düzəldiblər ki, orda uzunqulaqdan tutmuş toyuq-cücəyə kimi bir çox heyvanlar var və orda məhz əqli cəhətdən qüsuru olanlar çalışırlar. Yenə də siyahını uzada bilərəm, ancaq buna ehtiyac görmürəm.

Qarabağımızı verib, işğalda olan torpaqlarımızın adına restoranlar açıb orda əylənirik. Təhsilimizi öldürmüşük, müəllimlərə pul veririk ki, bizə bilik verməsinlər. Ali məktəblərimiz də fərqli deyil, ali təhsil almadan ali təhsil aldığımızı təsdiq etməli olan diplom alırıq, təbii ki, bildiyiniz vasitələrlə (öz savadı hesabına təhsil alanlara və vicdanlı müəllimlərə aid deyil). Bu dəfə də siyahını uzatmağa ehtiyac görmürəm. Soruşa bilərsiniz ki, bu abzasda yazdıqlarının mövzuya nə aidiyyəti var? Var, siz deyin, bütün bunları əqli yerində olan kim edər? Kimsə, deyilmi? O zaman demək ki, bunu edənlər də əqli cəhətdən əngəllidirlər. Bu da ikinci "bəlkə”nin cavabı, yəni bəlkə də bu yazı heç də gec qalmış yazı deyil. Nə qədər ki, bunları düzəltmirik, bizə hər gün əlillər günüdür. Bu əlilliyimizdən qurtula bilsək, digər əlillərin, əngəllilərin problemlərini də həll edərik.

Uca yaradan kimsəni əlil, kimsəni digərinə möhtac etməsin, ancaq istəməsək belə onlar var və bizim borcumuz da onlara bunu hiss etdirməmək, qayğı ilə yanaşmaq olmalıdır.

Vüqar Abbasov. Niderland.

vugarabbasov@hotmail.com




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK