ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜKLƏRİN QOHUMLARI

75624    |   2016-11-12 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada böyük adamın qohumu olmaqdan gözəl şey yoxdur. Elə ki, birini vəzifəyə qoyurlar, dünənə kimi salamını almayan yekəxananın biri quyruğunu bulaya-bulaya qabağını kəsir:
- Əşi, nə yaxşı oldu! Uşaqların anası o gün deyirdi ki, kişini yuxuda görmüşəm, yəqin vəzifəyə qoyacaqlar. Dədəmin goru haqqı təmiz maaşımdan məscidə nəzir də vermişdim ki, yuxusu çin olsun.
Bəli, qohumluq mərasimi başlayır. Sən demə, ömründə əlinə qələm almayan qohum, böyük dramaturq imiş. Vəzifəli adamın kirvəsinin xalası oğlunun yeznəsinin qızının nişanlısının bibisi oğlu klub müdirliyindən rayon rəhbərliyinə yüksəlir. Qohumların qapısında elçilərin biri gəlir, beşi gedir. Nəzir deyən kim, sinə vuran kim, maşın alanın, vəzifə satanın əlindən tərpənmək olmur. Elə ki...g
Elə ki, çərxi-fələyin təkəri dönür, kişinini taxtdan salırlar, pahoo... Quyruq bualayanlar buynuz çıxarır:
- Uşaqların anası onu televizorda görəndə allergiyası tuturdu. Hər ay iki dəfə məscidə nəzir verirdi ki, bu mürtəd külli-kaf olsun.
"Böyük dramaturq"un əsəri o saat repertuardan çıxarılır. Məhkəmələrin qabağına boşanmağa gələnlərə baxanda göz qaralır. Vəzifədən qovulanlar, restoranda tutulanlar Müslümün balaları kimi boyun-boyuna verib zarıldaşırlar.
Dünənə qədər kişinin tərifini göylərə qaldıran, onun bütün hərəkətlərini elmi, bədii, iqtisadi, siyasi faktlarla əsaslandırmağa çalışan televiziya tutuquşularının, qəzet qarğalarının səsi batır. Onun vaxtında vəzifədən qovulan, qapısı bağlanan adamlar dəstə-dəstə ekrana çıxırlar, qəzetlərə girişirlər və kişini söyüb, sulayırlar.
Kişiyə qohumluğu çatmayanlar, tərifləməyənlər isə yenə başlarını aşağı salıb, "Əşi, Allah kərimdi, özü bilən məsləhətdi" deyib, başlarını dolandırırlar. Bunlar "orta-mövqe" deyilən pillədə dayanan adamlardır.
Növbəti, qədtəzə kişinin qohumları peyda olur, elçilər, yeznələr dünyanı alır ağzına. Təzə dramaturqlar, tutuquşular, qarğalar ekrandan, qəzet səhifəsindən xalqa təzə ağıl öyrədirlər. O vaxta qədər ki...g bu kişi də o söz...g
Yox! Dünyada böyük adamın qohumu olmaqdan pis şey yoxdu. Beş gün restoranda, kurortda, "Mercedes" də, on beş il türmədə yaşamaq sizə asan gəlməsin. Böyük adamın qohumu olmaq böyük ürək istəyir.
Lap böyük!



YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK