hacklink Adalet.az | DÜNƏN OSMANLI, BUGÜN TÜRKİYƏ Adalet.az | DÜNƏN OSMANLI, BUGÜN TÜRKİYƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNƏN OSMANLI, BUGÜN TÜRKİYƏ

29044    |   2016-10-08 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səlib Yürüşlərinin məqsədi biz Türkləri Anadoludan çıxarmaqdı. Üç yüz il nə qədər silahları var götürüb ölkəmizə hücum çəkdilər, ancaq gücləri çata bilmədi, hər dəfəsində kötəyi yeyib kor-peşman qayıtdılar. Həə, çoxu gəldi, ancaq çox azı qayıtdı.
1876-cı ildə İngiltərə başnaziri olan şəxs William Evart Qlatstonə idi. Avam Palatasında çıxış üçün kürsüyə yeriyib əlindəki Qurani Kərimi məclisdəkilərə göstərərək, "Bu kitab türklərin əlində olduğu müddətçə onlar bəşəriyyətə xəstəlik yayacaqlar. Bu kitabı məhv etməliyik və türkləri Kiçik Asiyadan qovub Asiyanın ortalarına sürməliyik" deyərkən də Səlib Yürüşlərinin bizimlə bağlı nifrətini qusurdu.
Bugünkü hadisələrə baxdıqda min il qabaq oynanan oyunların təkrar-təkrar səhnələndiyi açıq-aşkar aydın olur, həm də bu oyuna Amerika ilə İsrail də daxil olub; təbii olaraq Avropa da yançılarıdı. Ancaq indi Səlib Yürüşlərində olduğu kimi əllərinə silahlarını alıb hücuma keçmirlər, ilanı seyid əhməd əliynən tutmaq istəyirlər.
Dünən gizli əllərin yaratdığı ASALA vardı onun kürəyinə sığal çəkdilər, ancaq arzuları çin olmadı. Qollarının uzandığı dünya ölkələrinin parlamentlərində tarix boyu Türkün xəyalına da gətirmədiyi və ancaq özlərinin fikirləşib tarix boyu həyata keçirdikləri "soyqırım" kimi bir alçaqlığı bizə yaraşdırmaq istədilər, istəyirlər. O da tutmur. ASALAdan sonra Hizbullahı yaratdılar, ona paralel olaraq PKK-nı, ardınca da İŞİDi.
Otuz ildir Türkiyə torpaqlarında terror hadisələri yaranır və Türkiyə haqlı olaraq terrorun mənbəi halına gələn İraq və Suriyə torpaqlarında əməliyyat aparmağa başladıqda oyunlarının pozulduğunu görüb bu ölkələrin parlamentlərində türkiyə əleyhində qərar çıxartdırırlar. Özlərinin işğalçı orduları 1993-cü ildən bəridi İraqda olduğu halda İraq hökuməti onlar haqda hər-hansı qərara yetişmədiyi halda Türkiyə terrorçuları sərhədlərindən kənarlaşdırmaq istəyəndə bu cür qərarlarla üzləşir.
Ayrı şeylər etmədilərə Etdilər. 2015-ci ildə Rus hərbi təyyarəsi Türkiyə tərəfindən vuruldu. Şəytanlar dırnaqlarını bir-birinə sürtüb bu iki ölkənin hərbə tutuşacağını və beləliklə hər iki dövlətin zəifləyəcəyini, onların da əmin-arxayın şəkildə bu iki dövlətin torpaqlarında cilovsuz at çapacaqlarını zənn etdilər. Şükür ki, Putin də Türkiyə tərəfi də etidallı hərəkət etdi, onların niyyətləri yenə qursaqlarında qaldı. Ancaq hər iki ölkənin iqtisadi əlaqələri böyük zərbə aldı. əslində təyyarənin vurulması ABŞ dərin dövlətinin işi idi. Sovetlər vaxtında "Yaşıl Qurşaq" nəzəriyyəsini yaradan Zbigniew Kazimierz Brzezinski təyyarə vurulmazdan bir müddət əvvəl bəyanat yayaraq "Türkiyə ilə Rusiya arasındaki gərginlik birinin ölümünə səbəb olmamalıdır".
əgər təyyarə vurulan vaxt Türkiyə və Rusiya Orta Şərqdə toqquşsaydı bölgədə tarazlığı təmin edən hər bir daş yerindən oynadılacaqdı. Bu iki ölkə arasındaki gərginlik nə qədər uzun çəksə təsiri də o qədər uzun olacaqdı. Hal belə olsa itirən də, uduzan da Türkiyə və Rusiya olacaqdı.
Putin, I-ci Pyotrun vəsiyyətini bir mənalı şəkildə Rus strategiyasından çıxarmalı və səmimi şəkildə Türkiyəyə yanaşmalıdı. Rusiya daxilində milyonlarla Türk yaşayır, onlar bu iki dövlət arasında dostluq körpüsü ola bilərlər. Putin də, Türkiyə tərəfi də bunu yaxşı dəyərləndirməlidi. əgər bunlar əl-ələ versələr şeytanların oyunu pozular, qazanan Türkiyə və Rusiya olar, bu tarixi fürsət bada verilməməlidi.
Birinci Dünya Hərbi vaxtında ingilislər çöl ərəblərinin şeyxlərini qızıllar verərək öz tərəflərinə çəkdi və onların tərəfdarlarından 60 mindən ardıq böyük bir ordu yaratdı, bu ordu ilə Osmanlı Dövlətinə böyük zərbə endirdi və ərəb Yarımadasındakı bütün torpaqlarını mənimsədi. İngiltərəyə qul olacaq adamları hakimiyyətə gətirərək buraları sümürməyə başladılar və ərəb Yarımadasına sahiblənmələri səbəbilə Hindistan dəniz ticarət yolunun təhlükəsizliyini təmin etdilər. Səddam da, əsəd də, Qəddafi də onların əliylə hakimiyyətə gəldi və yenə onların əliylə də o dünyaya getdilər.
İngilislər indi Türkiyənin şərq və cənubşərq bölgələrində yaşayan Kürdlərin "ağa" deyib saydığı şəxslərin yanına gedir, onlara küllü miqdarda pul paylayır ki, üsyan etsinlər. Söylənənlərə baxılarsa xüsusilə Hakkari, Mardin, Van və digər yerlərdəki kürdlərin böyükləri ilə görüşüb onların banklara olan neçə trilyonluq borclarını ödəyiblər və onlarla bazarlıqlar ediblər. İngiltərənin konsulunun bir ayağı kürdlərin içindədi. Türkiyə buna niyə icazə verir başa düşmək mümkün deyil!
Sentiyabrın 25-ci günü Milliyət qəzetində gedən bir xəbərə əsasən Daily əxpress qəzetində üç-dörd ay əvvəlcə bir məqalə çap olunub. Həmin məqalədə deyilib: "Bizim Qıbrısdakı düşərgəmizdə on min dəniz piyadamız var. Türkiyədə ikinci xaos havası əsir. Orda yaşayan əlli min ingilis vətəndaşının təhlükəsizliyi üçün Türkiyəyə daxil olub orda təhlükəsizliyi təmin olunmuş bölgələr yaradacayıq və vətəndaşlarımızı təyyarələrlə ölkəmizə aparacayıq".
Deməli bu ağaların məqsədi Türkiyəni işğaldırg Pahooog Türkiyənin əlini pişik yeyib..!
İbtidai məktəb məzunu Fətullah Gülən, Amerikada FBI-ın xüsusi təyinatlı polislərinin qapısında keşik çəkdiyi bir villada yaşayır. Amerikanın polisləri onun qapısında niyə keşik çəkir və niyə onu qoruyurə Və Fətullah əfəndinin adamları, Amerikan Nümayəndələr Məclisində ən yüksək səviyyədə çıxış edib sözlərini deyə biləcək qədər gücə malikdir. Amerika Fətullah Gülənə niyə bu boyda meydan buraxıb görənə Mənə çatmır, axı amerika "Türkiyənin və türklərin dostuyam" deyir. Dost dosta bu cür oyunları oynayarə Qardaş deməli qəribə dünyada yaşayırıqg
"Dünya düzəlmir ki, düzəlmir babag"
Hə, hardasa yadımdan çıxırdı. Keçən ay Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi bir bəyanat yayıb dedi ki, "güya" çevriliş 15 sentiyabrda baş tutsaymış Türkiyənin torpaqları Ermənistan ilə Kürdüstan arasında bölüşüləcəkmiş.
Diyəsən şərəfini və ləyaqətini 1918-ci ildə ayağında çarığı olmayan, şalvarı-köynəyi cırıq Məhmətçiklərin Çanaqqalanın sərin sularına qərq etdiyi imperialistlər yədikləri o kötəyi yaddan çıxarıblar.





YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK