ANA SƏHİFƏ / YAZARLAR

GƏL, GEDƏK GÖYLƏRƏ...

Əbülfət MƏDƏTOĞLU

25934    |   2016-10-06 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabir Abdinə əl boyda məktub

Özümdən asılı deyil. Qarşılaşdığım hər kitabı, hər sözü mütləq vərəqləməli, oxumalıyam. Elə ki, işin bu ilk addımını, yəni başlanğıcını etdimsə, onda o kitab, o söz yaddaşıma yazılır. Təbii ki, onu ürəyim, duyğularım qəbul edirsə yaddaşıma yazılandan sonra da işin ikinci addımı başlayır. Yəni yaddaşıma yazılan mənim rahatlığımı əlimdən alır, təkrar-təkrar o kitaba, o sözə dönürəm. Onu gah rəfə qaytarıram, gah da rəfdən yazı stolumun üstünə. O vaxta kimi ki, mənim rahatlığımı əlimdən alan kitab, söz məni dilləndirir. Başlayıram içimdə danışmağa... sonra həmin o danışdıqlarımın yazı forması canlanır gözümün önündə və bir də görürəm ki, bilgisayarın önündə dayanmışam, diqtə edirəm. Bax, elə indiki kimi...

Bəli, mən Sabir Abdini hələ tələbəlik dövründən tanıyıram. Dövlət Universitetində oxuduğum illərdən söz bizi birləşdirib, şeir bizi ruh qardaşı edib... sonra da kitabları. İllah da ki, bəstəkarların nəğməyə çevirdikləri bir-birindən yatımlı, bir-birindən düşündürücü, həm də insanın könlünü oxşayan musiqili şeirlər...

Bilmirəm, istədiyimi ifadə edə bildim, ya yox, amma Sabir Abdinin "Bir payız günü", "Mənə dəniz verin", "Dənizə baxıram"... və digər nəğmələri məni nostalji duyğular üzərində kökləyir, xatirələrin əsiri oluram. "Əsirlik" demişkən, Sabir Abdinin işğal altından olan torpaqlarımızla, xüsusilə Füzuli şəhəri ilə bağlı yazdığı "Füzuliyə qar yağır" şeiri... Dinləyirəm, oxuyuram, hər şey yerli-yerində... hər şey insanın qəlbinə, ruhuna, düşüncəsinə hakim. Bax, bu artıq poeziyadı, bu artıq şairlikdi!..

Sabir Abdinin yeni kitabı "Yazıçı" nəşriyyatında "aybKitab" layihəsi çərçivəsində işıq üzü görüb. Onun ön sözünün müəllifi, professor, çox dəyərli ziyalımız Nizaməddin Şəmsizadədir. Bu xatırlatmanı sadəcə oxucu diqqəti üçün edirəm. Amma kitabın özü mənim üçün poeziya çələngi kimi daha önəmlidir. Çünki "Mən də bir vətənəm" deyən Sabir Abdin həqiqətən ustalıqla fikri, duyğunu sözə çevirib. Və o söz həm də canlı, hərəkətdə olan, diri və yaşayan sözdü. 

Şair yazır ki:

Mən də bir Vətənəm,-

Qana qan demirəm, qanım durudu,

Tökülən qanları torpaq qurudur.

Ürəyim gözümün sevgi yurdudu...


Zənnimcə, bu şeirin hər bir misrası həm müstəqil, konkret fikirdi, həm də dördü birlikdə həmin o konkret fikirlərin dayaq nöqtəsi olan Vətənin sözlə ifadəsidi. Ona görə də misraların hər birini ayrılıqda iqtibas gətirmək, nümunə də göstərmək mümkündür. Hətta mənim qənaətimə görə, onlar özü-özlüyündə bir şair aforizmidi.

Mən Sabir Abdinin şeirlərində ən çox müstəqil və səmimi fikrin şahidi oluram. O, müraciət etdiyi predmeti, obrazı o qədər səmimi şəkildə şərh edir ki, oxucu bir anlıq düşünür. Bəlkə də bu misraların müəllifi mən özüməm?! Məsələn:


Atamın əlləri

sərilib göy üzünə...

başımın üstündə

bir haraydı, bir haydı...

Atamın əlləri

qabar-qabar

Çat bağlamış daş kimidi.

atamın əlləri

saxlar göy üzündə

buludları

sıxar ovcuna.

O buludlar bir sığal idi,

indi də bir nağıldı

Atamın əlləri.

İndi də bir heykəldi,

bir dəlidi,

Tanrının bir cüt əlidi.

Tanrım

qoy, öpüb oxşasın

o əlləri

öz əlləri kimi...


Zənnimcə, bu şeirdəki fikir yükünü, onun rəsm cizgilərini, üstəlik də onun hərəkətinin trayektoriyasını şərh etməyə ehtiyac yoxdur. Çünki o, hər birimizin atasının əlləri kimi gözümüzün qarşısındadı. Biz o əllərin halallığından üzü Tanrıya tərəf gedirik. O halallıq bizi Tanrının əllərinə çevrilən ata əllərinin biləyindən yapışıb üzü yuxarı aparır.

Sabir Abdin bax elə mən oxucunu o ata əlinin işığıyla bir istiqamətə yönəldir və deyir ki: "Gəl, gedək göylərə". Bax, öncə dediyim o fikrin istənilən bir misradakı tamlığı, bütövlüyü burda da üzə çıxır. Yəni sübuta axtarış verməyə ehtiyac qalmır. Çünki şair yazır:

Əllərim üzünü örtə bilməsə,

Üzümü örtəcək sənin tellərin,

Qəfildən yıxılsam, köməyim olar,

Sənin uşaq kimi kövrək əllərin.

Bir anlıq uşaq əllərini gözünüzün önünə gətirin. Görün necə ipək kimidi, görün nə qədər adamın öpmək, gözlərinə, ürəyinə təpmək istədiyi bir səviyyədədi. Çünki o, namərdliyə, çirkə, haramlığa, heç nəyə toxunmayıb, heç nəyə bulaşmayıbdı. Göy üzü kimi tər-təmiz, ana südü kimi ruh oxşayan, qəlb sığallayandı. Bu misranın poetikləşməsi onu göstərir ki, şair qarşısına qoyduğu missiyanı, yəni sevdiyinin əllərinin təkcə hərarətini yox, onun necəliyini yox, həm də onun oxşamaq, xilas etmək, yaşatmaq, sevindirmək imkanını da oxucuya çatdırır. Və yenə həmin o əllərin başqa bir şeirdə, başqa təqdimatda imkanlarını açıb qoyur ortaya və yazır:

Əllərim üzünü örtə bilməsə,

Qoy örtsün üzümü bir ovuc duman.

Dağlar nağıl desin, bir əlçim bulud,

Ruhumu oxşasın mənim anbaan.

Bu, şairin əllərinin gücsüzlüyü deyil. Əksinə, bu onun əllərinin bir ovuc duman boyda olmasını xatırlatmaqdı... Bir ovuc dumanın gücündə olmasını pıçıldamaqdı... Və bir də o əllər o dumanla eyniləşib şairin yaşadığını oxucuya göy üzündən söyləməkdi!..

Görürsünüzmü, əllər ancaq Tanrı ətəyindədi.

Bəli, mən ruh qardaşım, şair dostum Sabir Abdini əl içi boyda olan kitabı haqqında ancaq əlləri düşünərək, onun təqdim etdiyi əllərdən tutaraq duyğularımı, düşüncələrimi sizə çatdırıram. Və özüm də çox yaxşı bilirəm ki, "Adını sən seç..." kitabı hələ məni çox özünə çəkəcək, öz əhatə dairəsində çox saxlayacaq. Özü də məhz həmin əllərin gücüylə. Mən də bu əllərin gücünə inamla kitabın uğuruna sevindiyimi bir sözlə ifadə etmək istəyirəm:

- Bəli qardaş, sən mənə və bütün oxuculara dedin ki, "Adını sən seç..."? Mən də seçdim və deyirəm:

- Gəl, gedək göylərə, açılıb yollar...





İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK