ANA SƏHİFƏ / YAZARLAR

TƏHSİL AXSAYIRSA...

28657    |   2016-09-17 09:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müsəlman dünyasında müəllim - şagird münasibətləri nüfuz, təqlid, istinad və başqa prinsiplər əsasında fəaliyyət göstərirdi. Müəllim şəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə sistemində əsas amil idi. Bir çox alimlər (V.Sementsov) hesab edirlər ki, ənənəvi Şərq tərbiyə sistemində şagirdlə mü-əllim arasındakı canlı ünsiyyət Şərq mədəniyyəti üçün fundamental əhəmiyyət kəsb edir.
O dövr alim - şəxsiyyət tipi formalaşmışdı: alimdən, hər şeydən əvvəl, qədimdən qalan sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və hafizə, obrazlı və assosiativ təfəkkür tə-ləb olunurdu.
Günümüzdə hər addımda millətimizdə mədəniyyətin inkişaf etməməsindən şikayətlər eşidirik. Çünki bizdən əvvəlki söz, qələm adamlarının da narazı olduğu bu durum olduğu kimi davam etməkdədir. C.Məmmədquluzadənin ürək yanğısı ilə yazdığı felyetonları, güldürüb-ağladan satiraları bu günümüz üçün də aktualdır. İstər nəqliyyat vasitələrində, istər bazar-dükanda, hətta bir çox ali məktəblərdə, inzibati idarələrdə belə, mədəni danışıq formasından istifadə olunmur. Bunu müharibə ilə - "ən ucqar kəndlərdən mal-heyvanları ilə Bakıya axışan əhali" ilə də əlaqələndirənlər oldu. Bu, müəyyən mənada kiçik səbəb ola bilər, amma əsas səbəbi, problemin kökünü çox da dərində axtarmaq lazım deyil. Mədəniyyətin də, elmin də açarı təhsildir. Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir verilsə, gələcəyimiz üçün böyük işlər görmüş olar. Hər bir gənc bilməlidir ki, o yaxşı təhsil almaqla, peşə öyrənməklə, ilk növbədə ölkəmizin inkişafına öz borcunu vermiş və öz həyatını qurmuş olar. Ölkəmizin gələcəyi bugünkü gəncliyin təhsilə və ya peşə sahələrinə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Hər bir gənc biliklərə dərindən yiyələnsə, vətənpərvər olsa, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsə, o zaman cəmiyyətin inkişaf səviyyəsindən söhbət açmaq olar.
Təhsilin səviyyəsi haqda çox yazılıb, deyilib. Amma bugünkü təhsil sistemi qənaətbəxş deyil. Müxtəlif yerdəyişmələr, islahatlar olsa da, təhsilin səviyyəsi eyni olaraq qalır. Təhsil islahatları o zaman fayda verir ki, o, cəmiyyətin konkret ehtiyaclarına uyğunlaşdırılsın. Avropadakı hansısa təhsil siteminin bizim mentalitetə, adət-ənənəyə, coğrafiyaya, qavrama qabiliyyətinə dəxli olmadığı halda, elə hey onların təhsilini mütləq bizim təhsilə calamaq məcburiyyətində deyilik. Ağzını açan Avropa təhsilindən danışır. Amma ən qədim filosoflar, fizika, kimya, coğrafiya, riyaziyyat və sair elmlərinin biliciləri məhz Şərqdə olub. Bu alimlərin elmindən bu gün də bəh-bəhlə etalon seçdiyimiz Avropa elmi istifadə edir, istinad edərək öz elmlərini inkişaf etdirirlər.
Dünən Bilik Günü - yeni tədris ilinin ilk günü idi. Doğrusu, bizim illərdə bu gün həqiqətən bilik günü idi və məktəbin açılması gününü həvəslə, sevinclə, həyəcanla gözləyərdik. Müəllimlər onlara ayrılan dərs saatlarını vicdanla çalışır, şagirdlər də həvəslə dərslərini oxuyardılar. Heç sevmədiyimiz fənnləri belə, müəllimlərin xətrinə oxuyardıq, çünki müəllimlər bizim üçün müqəddəsdilər...
Aşırı azadlıq xaos yaradır çox vaxt. Azadlıq qram-qram verilməlidir ki, qədri bilinsin. Birdən-birə azadlığa çıxmaq çaş-başlıq yaradır. Müstəqilliyimizin ilk illərində keçid dövrü olacağının qaçılmazlığını bilirdik. Və çətinliklərə də bunun xatirinə dözürdük. Amma keçidin uzunluğu, qısalığı olduğunu dərk edəməmişdik. Çox uzun oldu təhsilimizdəki keçid. Keçmək bilmir ki, bilmir. Bütün dəyərlər dəyişdi, həm də çoxu mənfiyə doğru. Bizim illərdə əlaçı şagirdin kənddə, məhəllədə, məktəbdə xüsusi hörməti olardı. Başqaları da ona bənzəməyə çalışıb oxuyardılar və sistem geridə qalanın əlindən tutmağı da tövsiyə edirdi. Dərsdən əlavə hazırlıq isə yalnız müəllimin vicdanına qalmışdı. Öyrətdiyi şagirdlərin bilik səviyyəsi onu qane etmədiyindən əlavə saatlarda müəllim vaxt ayırıb onları hazırlaşdırır, öndə olanların səviyyəsinə çatdırmağa çalışırdı. Bu öhdəlik dövrün tələbatından çox müəllimin vicdanının səsi idi.
İndi hər kəsin bəlası olan hazırlıq məsələsi adi hala çevrilib. Təhsil sistemi cavabdehlərindən soruşan da yoxdur ki, əgər şagird təhsilini əlavə hazırlıqda alacaqdısa, bu qədər maliyyə vəsaiti hesabına ən ucqar kənddə belə rahat şəraitli məktəblər yaradılması nəyə lazımdır?
Məktəb açılan gün uşaqlarını məktəbə aparan qonşu qadını təbrik edirəm. Cavablarını onsuz da bilirəm, siz də gözəl bilirsiniz, amma bir daha nəzərinizə çatdırım. Qonşum deyir ki, nə təbriki acı günlərimiz başlayır. Təbii ki, "Süpürgə pulu" əməliyyatı artıq hamıya bəllidir. Kağız üzərindəki qanunlar illərdi bu "əməliyyatı" çözə bilmir. Pərdə pulu, süpürgəçinin pulu... (bu yerdə Molla Cəbinin mürəkkəb pulu məsələsi yadıma düşür) və sair eşidirəm hər il təkrarsız olaraq. Amma bu il yeni bir şey də eşitdim. Valideynlərdən şagird başına on manatdan uşaqları üçün "yaxşı sinif" götürmək üçün yığırlar!
Bir ölkənin mədəni inkişafını yox etmək üçün təhsilini bərbad etmək yetər. Çünki mədəniyyət də, elm də, bilik də, etika da, dünyagörüşü də, intellekt də ... onun içində bərqərar olub. Bütün naqisliklər elmsizlikdən, təhsilin olmamasından irəli gəlir.
Kriminal aləmdən gedən verilişə baxıram. Narkotik istifadəçisi: "İş tapmıram, nə edim, narkotikə qurşandım bekarçılıqdan, sonra pul tapmadım, oğurluq etdim və həbs olundum". O, iş tapmayan gəncin bircə dəfə də olsun əlinə kitab almadığı, orta məktəbi də avaraçılıqla keçirdiyi üzündən bəlli idi.
Bizim iki-üç otağı olan, kərpicdən tikilmiş birmərtəbəli məktəbimiz vardı. Məbəd hesab edərdik o elm ocağını. Müqəddəs bilərdik müəllimlərimizi. Yazda istidən, qışda soyuqdan çəkdiyimiz əziyyəti normal qarşılayardıq. Qışın dondurucu şaxtasında köhnə odun sobasının tüstüsündən gözlərimiz göynəyərdi. Amma dərsə davam edərdik. Və oxuduq, təhsilimizi layiqincə başa vurduq. İndi universitet təhsili alan gənclərin çoxu o, tüstülü sobalı məktəbin verdiyi biliklərdən az təhsil verir sanki. Çünki gənclərdə kütləvi savadsızlaşma müşahidə olunur. Deyə bilərsiniz ki, 700, 600-dən artıq bal toplayan gənclərimizin reklamı gedir yay imtahanlarından bu günə qədər. Amma məni düşündürən odur ki, nədən bu qədər gözəl, səliqəli məktəblər, təhsil ocaqları hər bir müasir texniki təchizatı ilə təmin olunaraq istifadələrinə verildiyi halda bir rayondan, yaxud bir şəhərin bir neçə məktəbindən ildə beş-altı məzun bu qədər bal toplasın. Və bunu da fərəhlə, dəfələrlə təhsilimizin inkişafına nümunə göstəririk. Xeyr, heç olmasa hər məktəbdən bir şagird ildə bu qədər bal toplaya bilsə, o zaman nisbətən rahatlamaq olar.
İctimai, siyasi və iqtisadi həyatda geriqalma və onun səbəbləri bir əsrdir ki, İslam dünyasının alim və ziyalıları (Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, M. Ə. Rəsulzadə və b.) cavab axtarırlar. Ancaq elmdə və təhsildə geriqalmanın səbəbləri son 20-30 illərin söhbətidir. Təəssüf ki, biz elmin tarixini, fəlsəfəsini öyrənməyə zamanında diqqət yetirməmişik. Karl Yaspersə görə "bəşəriyyət eyni mənşəyə və ümumi məqsədə malikdir". Əgər belədirsə, bəs onda səbəbi nədir ki, Şərq ilə Qərb bir-birindən bu qədər fərqlənir? Müasir dövrdə müsəlman Şərqinin elm və təhsildə geri qalmasının səbəbi nədir? Bu yazımla bu suallara cavab tapmaq istədim. Əsl cavabı isə cavabdehlər verməlidirlər.
Bu gün təhsilimizin vəziyyəti hər kəsə bəllidir, bunun zərəri hər kəsə dəyir, - dövlətimizə, millətimizə, milli dəyərlərimizə, inkişafımıza.
Mükəmməl təhsil bir ölkənin gələcəyidir. Təhsil axsayırsa, təəssüf ki, gələcəyə ümidlə baxa bilməyəcəyik. idir, bunun zərəri hər kəsə dəyir, - dövlətimizə, millətimizə, milli dəyərlərimizə, inkişafımıza.
Mükəmməl təhsil bir ölkənin gələcəyidir. Təhsil axsayırsa, təəssüf ki, gələcəyə ümidlə baxa bilməyəcəyik.




YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK