ANA SƏHİFƏ / YAZARLAR

Vətən təəssüratları, 2016

İkinci yazı

57900    |   2016-09-06 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazımda Vətəndəki istirahətimizdən yazacam. Əslində orda olmağımızın məqsədi qohumları, doğmaları, dostları, Vətəni görmək idisə də, həm də istirahət etmək idi. Bu da öz növbəsində təbiidir, deyə düşünürəm. Axı bizim də ildə bir dəfə istirahət etmək haqqımız, məzuniyyyətimiz olur və həm də istirahət etmək bütün avropalılar kimi bizim də haqqımızdır. Nədən "avropalılar” deyə yazdım? Axı istirahət etmək hər bir insanın haqqıdır. Bunu bilə-bilə "avropalılar” yazmağım qəribə səslənə bilər, fərqindəyəm. Ona görə belə yazdım ki, nə yazıq ki, məmləkətimizdə hər kəs bu hüququndan istifadə edə bilmir. Səbəb isə çox sadədir, isanlar mövcud şərtlərlə bunu edə bilmirlər və kimsə bunu dana bilməz. Sonrakı sətirlərdə fikirlərimi əsaslandırmağa çalışacam.

Vətənə çatdığımızın ilk günlərindən qeydiyyat qayğısı ilə üz-üzə idik. Siz dəyərli oxuculara xatırlatmaq istəyirəm ki, ölkəmizə gələn əcnəbilər on gün müddətində yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər. Əks halda hər adama 300 manat cərimə ödəməli olacaqsan, yaxud bir il müddətində ölkəyə daxil olmağa qadağa qoyulacaq. Biz də Vətənimizə Niderland Krallığının paspotu ilə daxil olduğumuzdan qaydalara əməl etməli idik və etdik də. Bu isə bir gün (azından yarım gün) vaxt itkisi demək idi. "Qeydiyyatı internet üzərindən də etmək mümkündür” – deyəcək oxuculara bildirmək istəyirəm ki, bunu bilirəm. Ancaq təcrübəmdən çıxış edərək qeyd etmək istəyirəm ki, proses o qədər qəlizdir ki, ən yaxşısı elə gedib gərəkən yerdə qeydiyyatdan keçməkdir və biz də belə etdik. Xülasə, ölkəmizdə on gündən artıq qalacaq hər bir xarici vətəndaşın, turistin bir günü də belə gedir.

Ata evimiz Bakının Kürdəxanı kəndindədir və Bakını tanıyan bütün oxucular bilirlər ki, bu kənd dənizə yaxın məsafədədir. Məhz buna görə də imkan düşdükcə dənizə getməyə çalışırdıq. Xəzər digər dənizlərdən, mənim gördüyüm dənizlərdən çox fərqlənir və əlbətdə ki, mənim düşüncəmə görə. Mən Xəzərin sahilində sakitlik tapıram. Əslində "tapırdım” yazacaqdım, ona görə ki, Xəzərin sahilində dincəlmək əvvəlki vaxtlarda olduğu kimi asan və zövq verici deyil. Tanrının bizlərə bəxş etdiyi Xəzəri yenə də Tanrının bizlərə bəxş etdiyi bəzi bəlalar qala divarları ilə hasarlayıblar. Giriş qiyməti isə müxtəlif çimərliklərdə fərqlidir; bir manatdan başlayaraq on manata kimi yüksəlir (mən on manatlıq yerdə olmadım, deyilənlərə əsaslanaraq yazdım) və əlbətdə ki, adambaşına. Bu qiymətlər yalnız giriş qiymətləridir; sahildə oturacaq istəsən əlin cibində olsun, çardaq istəsən onun kimi və.s. İndi bir çox sadə azərbaycanlıya Xəzər sahilində dincəlmək orta səviyyədə yaşayan bir azərbaycanlının Kanar adalarında dincəlmək arzusu kimi əlçatmazdır. Bu cür insanlar yay mövsümü ərzində çimərliyə bir – iki dəfə gedə bilsələr papaqlarını göyə atarlar. Deyə bilərsiniz ki, pullu olmayan çimərliklər də var. Bəli, insafən desək var. Ancaq həmən çimərliklərdə sahildən dənizə gedib dənizdə üzmək üçün ilk növbədə sahildəki zibillikdən "üzüb” keçməlisən. Hə, bax burda kimsəni deyil, özümüzü günahlandırmayıq. Çünki qarpızı yeyib qabığını yerə atan bizlərik, hansısa məmur deyil. Arağı içib boş şüşəni yerə atan da bizlərik, hansısa məmur yox və siyahını uzatmaq da olar. O da danılmaz həqiqətdir ki, bir şeyi tənqid etmədən öncə bir də özümüzə baxmalıyıq. Bu gün çoxlarımızın tənqid etdiklərimiz, elə Xəzəri hasarlayanlar da bizdəndirlər, nə amerikalıdırlar, nə də avropalı. Afrikalı isə heç deyillər…

Pirşağı tərəfdə Qızıl Qum deyilən bir yer var və mən də günlərin birində bir də ordakı çimərliyə getməyə qərar verdim. Böyük bir ərazi göz işlədikcə hasara alınıb və hasarların arxaları da bir qayda olaraq restoranlardır. Etiraf edim ki, mən də bir neçə dəfə həmən restoranların müştərisi olmuşam, xidmət səviyyəsi aşağı, qiymətlər yüksək olsa da. Mən Vətənimizdə turist idim və yuxarıda da qeyd etdiyim kimi, həm də dincəlməyə gəlmişdim. Dincəlməyə gələn isə əlini cibinə tez-tez salmalıdır, deyə düşünürəm. Bir dəfə isə hasar olmayan yerə getməyə qərar verdim, müşahidə aparmaq üçün. Elə yenicə çardağın ("besedka”) altında oturmuşdum ki, bir cavan oğlan yaxınlaşdı ki, bəs müəllim, 5 manat verəcəksən. Niyəsini soruşanda, "bura bizimdir” – dedi. "Sənədin-filanın varmı?”-soruşdum. Olmadığını dedi və o zaman mən də dedim ki, bu məntiqlə mən də buranın mənim olduğunu iddia edə bilərəm; nə sənin sənədin var, nə də mənim. Gördüm ki, məsələ qəlızləşir soruşdum ki, a bala, kimsən, hardansan? "Şuşalıyam” – dedi. "Cavan oğlan, ermənilər Şuşada at oynadır, İsa bulağında kef edir, Cıdır düzündə at qovurlar, dinmirik. Özümüzünkü çardağın altında 5 dəqiqə oturan kimi səsimizi çıxardırıq”- deyib cavab gözləmədən uzaqlaşdım ordan, sol tərəfimdə kəskin bir ağrı ilə.

Bu yazını yazanda belə həmən ağrı yenidən başladı məndə. Odur ki, ikinci yazıma da burda nöqtə qoyuram. Üçüncü yazımı rayonlarımızdakı istirahətimizdən yazacam. Yenə də yazmaq məndən, istəsəniz oxumaq da sizdən.

Vüqar Abbasov.

Niderland-Azərbaycan-Niderland.




İmza:

YAZARIN ARXİVİ

2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK