Tramvay daha parka getmir...

ETİBAR CƏBRAYILOĞLU
308047 | 2016-08-29 17:43

OğluMahirin işləridi. Atası Qabilin çox məşhur şeirlərindən birini Modern.az-dakıdostlarımızın yadına salıb, onlar da Xalq şairinin bu əsərini saytayerləşdiriblər.


Gecə saat bir,

Tramvay parka gedir.


"Tramvay parka” gedir” Xalq şairi Qabilin ən populyarəsərlərindən biridi. Şairin yaradıcılığından söhbət düşəndə "Tramvay parka”gedir şeiri həmişə xatırlanır. Xalq şairi Vaqif Səmədoğlu həmkarının bu şeirinəyüksək dəyər verib: "Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin "Tramvayparka gedir” şeirindən çıxıb. Bu tamvayın içində gəlmişik ədəbiyyata. Bəzimizbiletli, bəzimiz biletsiz”.


Konduktor mürgü döyür…

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur,

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən-

Qaranlığın üzünə bir parça kül üfürür.

Yolda bir sərxoş durur dünyanın ağasıtək

- Xox… qorxub qaçacağam, kişidir bassın görək.


Qabilin bu şeirini təhlil etmək fikrində deyiləm,ədəbiyyatşünaslar zamanında öz sözlərini deyib,bu əsəri gen-bol təhlil ediblər. Bu şeiri təkrar oxuyandan sonra Bakınıntramvaylı günləri yadıma düşdü. Axı bir vaxtlar paytaxtımızın küçələrindəhəqiqətən də tramvaylar hərəkət edib. İndiki gənclər buna inamasalar da.Yaşlılar isə o dövrdə çəkilən bədii filmlərdəki, kinoxronikalardakı kadrlarabaxdıqca Bakının tramvaylı günlərininxiffətini çəkirlər.


Ötür dayanacaqlar, tramvay parka gedir.

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir.


Tarixi rəqəmlərə inansaq, XIX əsrin sonlarında Bakıküçələrində polad relslər üzərində hərəkət edən faytonlar-"konqa” fəaliyyətgöstərirmiş. O vaxtlar sənaye şəhəri kimi inkişaf etməyə başlayan Bakıdaelektriklə çalışan nəqliyyat növünün tətbiqi gündəmə gəlir. Şəhər Duması1903-cü ildə bununla bağlı qərar da çıxarır. Amma nəzərdə tutulan planı həyatakeçirmək mümkün olmur. Yalnız bolşeviklərin işğalından sonra tramvay Bakıküçələrndə görünməyə başlayır, 1924-cü il fevralın 8-də isə ilkelektrik-tramvay yolu paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilir.




Ötən əsrin 70-ci illərində paytaxtımızda tramvayxətlərinin uzunluğu 102, 5 kilometr olub. Məhz həmin dövrdə bu ictimainəqliyyat növü Bakının atributlarından birinə çevrilmişdi.


Adamla dolu olur tramvay səhər-səhər,

İşə gedir camaat, işə gedirfəhlələr.


O zaman kim bilərdi ki, gün gələcək, şəhərimizinsəsli-küylü küçə və prospektləri tramvay vaqonlarına həsrət qalacaq. Tramvaylardaha parka getməyəcək. Görünür Qabilin şair fəhmi bunu hamıdan əvvəl duyubmuş.Özü də bu populyar şeirin yazıldığı 60-cı illərin əvvəllərində.


Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

- Sürücülər, sizinlə qurtardıq,-deyəcəklər.

- Relslərin hamısınıçıxardıq,- deyəcəklər.


Vaxt gəldi,zaman yetişdi, şairin dediyi kimi, tramvayı Bakıya yaraşdırmadılar. 2004-cüildə paytaxtdakı bütün tramvay xətləri söküldü. O vaxtdan tramvay daha parkagetmir.

Son illərgözəlləşən, dəyişən və modernləşən Bakı tramvaysız qalıb. Ekoloji cəhətdəntəmiz və təhlükəsiz bu nəqliyyat növünün yeri bu gün əməlli-başlı hiss olunur.Bizim bəzi səlahiyyətli şəxslərin bəyənmədiyi, köhnəlik əlaməti kimi baxdığıtramvaydan dünyanın müxtəlif ölkələrində hələ də geniş istifadə olunur. ABŞ-ın,İngiltərənin, Fransanın, Almaniyanın, Avsrtiyanın, Türkiyənin, Belçikanın,İsveçrənin, Rusiyanın meqapolislərində tramvay əvvəlki tək sərnişinlərinixtiyarındadı.

Bakıküçələrindən tramvayı qaçaq salanlar deyəsən gec də olsa səhvlərini düzəltməkbarədə düşünürlər. Rəsmi açıqlamalara görə, paytaxtın bəzi ərazilərində, xüsusiilə Ağ Şəhərədə yenə tramvaylar görünəcək. Bu məlumatı ilk dəfə mətbuatdaoxuyanda təqvimdə 2012-ci il idi, aradan dörd il ötməsinə baxmayaraq, hələ ki,tramvayları görən olmayıb.


Gecə saat bir,

Tramvay parka gedir.


Görəsən Xalqşairi Qabilin bu sözlərini bir də neçə ildən sonra təkrar edə biləcəyik?


EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV