ANA SƏHİFƏ / YAZARLAR

SÜKUTU ŞEİRƏ ÇEVİRƏN ADAM

66818    |   2013-02-02 02:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ovcumda əlinin ətri qalıbdı -

Bahar çiçəyinin qoxusu kimig

Mənə elə gəlir ki, sükut daha gözəldir. O ana qədər ki, sən o sükutun içində özün-özünlə, öz xəyalınla, xatirələrinlə, düşüncələrinlə, hətta özündən qovmaq istədiklərinlə də baş-başa qala bilirsən. Səni dinləyən, sənə şərait yaradan sükutun içində öz dünyanın özəlliklərini ipə-sapa düzürsən, ifçinləyirsən və bir də baxıb görürsən ki, sənə yer üzündə ən doğma olan nədirsə onun özü də sükutun içərisindədir. Lap obrazlı desəm, bu sükut güzgüyə çevrilib onu sənə göstərir. Amma...

Mənə elə gəlir ki, sükutun gözəlliyi onun özünə layiq şəkildə pozulması ilə də yadda qalan olur. Yəni sükutu pozan, sükutu əks etdirən pıçıltı, nəfəs, hənir, bir sözlə, ruhu oxşayan nələr, nələr. Bax, onda sükutun pozulmasını hiss etmirsən. Çünki sükutu pozanlar sükutun köynəyinə, sükutun cisminə, sükutun ruhuna çevrilir. Bilirsiniz bu necə gözəl olur?..

Bilmirəm ifadə edə bildim, ya yox, amma düşünürəm ki, sükut adamları, sükutu sevən adamlar və bir də öz qeyri-adi pıçıltıları ilə sükutu pozan adamlar yəqin ki, məni anlayarlar, nə demək istədiyimin fərqinə vararlar. Digət tərəfdən arzuyla, diləklə pozulan sükutlar da könül oxşayır. Çünki arzuladığının, gözlədiyinin, addım səslərini eşitməyə tələsdiyinin sükutu pozması əslində sənə o sükutun içərisində bir qoşalıq, bir cütlük, bir baş-başa qalmaq imkanı verir. Zənnimcə, bundan gözəl dünyada heç nə yoxdur...

Öncə imzasını tanıdığım və publisist kimi yazılarını maraqla oxuduğum sükutu pozmağa səsləyən həmkarımın silsilə şeirlərini səhv etmirəmsə, Rəşad Məcidin təqdimatında "525-ci qəzet"də oxudum. Ona görə bu faktı dəqiq xatırlayıram ki, o şeirlərin müəllifi özü "525-ə" üz tutmağının səbəbini açıqlamışdı. Doğrudur, ona qədər də Elçin Mirzəbəylinin ayrı-ayrı şeirləri ilə qarşılaşmışdım. Amma nədənsə dediyim məqam xüsusi olaraq yadımda qalmışdı. Sonra onun kitabı ilə baş-başa qaldım. Özü də orijinal tərtibatı olan bu kitabı təqribən üç ay öncə əldə etmişəm və kitabı gözdən keçirdikcə sükutun necə rahatca pozulduğunu təkcə çevrilən vərəqlərin səsində yox, həm də misraların arasındakı nəfəsdən duymuşam.

Səmimi etiraf edim ki, mən Elçin Mirzəbəylinin sosial şəbəkələrdə oxuduğum şeirləri ilə yanaşı, bu kitabda ruhuma doğma olan şeirləri arasında nədənsə həmin o sükutu tuta bilmirəm. Ola bilsin ki, kitab sosial şəbəkələrdən daha çox mənə doğma, daha çox canlı olduğundandır ki, mən bu sükutu "Poz bu sükutu" kitabında yaşayıram, hiss edirəm və şairin misraları onda mənim üçün bir musiqiyə çevrilir... həzin, kövrək, güclə eşidiləcək pıçıltı kimi bir musiqiyə:

Bir sükut içində məmləkət,

Yorğun və kimsəsiz-

Qəbristan yolları kimi...

Ölüm uzanır üstümə

Anamın qolları kimi...

Və yaxud:

Salam, ulu Tanrı, salam, bu mənəm-

Əlləri qırılmış yurdun adamı.

Mavi gözlərindən tənhalıq yağan

Ağzı od püskürən yurdun adamı.

Tarixin alnında izi yol azmış...

Tanrı dərgahından sözü yol azmış.

Bu mənəm qılıncı qınında- yaslı,

Bu mənəm, İlahi dərdin adamı.

Bəli, zənnimcə bu şeir parçaları artıq sizdə də bir ovqat yaratdı. Elə bir ovqat ki, onu ancaq sükutla yaşamaq mümkündür, başqa cür ola bilməz. Yox əgər başqa cürdüsə, deməli onda siz hələ o sükutun qapısını açmamısınız. Əgər açsanız mütləq ilk eşidəcəyiniz pıçıltı bu olacaq:

Bir vətən içində vətənsiz öldü

Küləklər üstündə gəzən sərsəri.

Dünən bu şəhər də kəfənsiz öldü-

Geyin kəfənini, bəzən, sərsəri.

Təbii ki, Elçin Mirzəbəylinin şeirlərində təkcə lirik qəhrəman yox, həm də müəllifin özü obraza qoşulub həmsöhbət olur. Bəzən də o qəhrəmanın demək istədiyini daha bərkdən və daha sərt ifadə edir. Görünür, bu da sözü qələmə tabe etdirmək qabiliyyətindən qidalanır. Ona görə də qələm, söz bir-birini anlayır, bir-birini ötüb keçmir, bir-birinə yol verir. Bax, bu şeirdə olduğu kimi:

Namərd körpüsündən mərdə dönüncə,

Soyuna qayıdan yurda dönüncə,

Ulamaq istərəm qurda dönüncə,

Ulamaq istərəm sabaha kimi.

Bu misralar artıq şairin nəyə işarə etdiyi son iki bəndində təkrar olunan sözdə özünü büruzə verir. Bu işarə soy kökə, bu işarə türkçülüyə, bu işarə inanca, inama və xüsusi olaraq hər bir türk oğlunun içində olan və Göy türklərdən gələn o qədim mifoloji ulamaya gedib çıxır, Boz qurdun səsinə gedib qarışır. Ona görə də cəmi üç bənddən ibarət olan bu şeirin mahiyyəti barədə mənim bu fikirlərim içimin alt qatında mürgüləyən həmin o ulartını mənə də eşitdirir.

Elçin Mirzəbəylinin poeziyasında mənim ən çox diqqətimi çəkən konkretlik, yığcamlıq və fikir yükünün çəkisidir. Məsələn, onun "Kabus qatar" şeirində təqdim etdiyi məqamlar təkcə Bakıdan Ağdama və yaxud da Ağdamdan Bakıya hərəkət edən qatarı kiməsə xatırlatmaq üçün yazılmayıb. Əslində bu "Kabus qatar" bizim nələr itirdiyimizə, hardan hara gəldiyimizə, içimizdəki Qarabağ, Ağdam, torpaq itkisi kimi ağrılara səpilən duzdu. O duz bizim yaramızı sağaltmaq üçün səpilməyib, onu bir az da ağrıtmaq, bir az da qanına qərq etmək üçün yazılıb. Misralara fikir verin:

Sükuta bürünüb vağzal,

Sükuta...

Bir dil istəyirəm dindirə məni...

Bir əl istəyirəm əlimdən tuta

Ağdam qatarına mindirə məni...

***

Hər gecə Ağdama bir qatar gedir

Ayrılıq daşıyır...

Qayıtmır geri...

Hər gecə Ağdamdan bir qatar gəlir-

Didərgin ruhlardı sərnişinləri...

Didərgin ruhlardı sərnişinləri...

Mən bu şeiri oxuduqca təkcə Ağdama qatarla necə, kimlərlə getdiyimi, qatarda hansı məcaraları yaşadığımı deyil, həm də bu qatarın məhz Ağdama getdiyini və məni də Ağdama apardığını dönə-dönə yaşadım... təkrar-təkrar bələdçidən Ağdama nə vaxt çatacağımızı ürəyimdə sükut içində soruşdum... Anladım ki, bu şəhər məni çox sıxır, bu şəhər məni sıxdıqca mən bu şəhərdə kimsəsizliyimi bir daha az qala görür və o kimsəsizliyə az qala əlimlə toxunuram:

Bizim bu şəhərdə heç kimimiz yox...

Yollar yorğunuyuq, illər yorğunu...

Tanrı dərgahından sevgi dilənən

Göylərə uzanan əllər yorğunu.

Yazılan hər bir şeir dünyaya gələn, doğulan bir canlıdı. Bu sözlərimi yazı adamının, söz adamının özündən razılığı, özünə vurğunluğu kimi qəbul etməyin. Həqiqətən də mənim dərk etdiyim bu gerçəklik, yəni şeirin doğulması çox ağır və əzabverici bir prosesdir. Dəxli yoxdur, doğulan şeir qüsurludu, yoxsa şedevrdi. Bu, sadəcə dünyaya gələn varlıqdı. Uşaq qüsurlu da ola bilir, mükəmməl də. Onun hər iki anlamda valideyn üçün o qədər də böyük fərqi yoxdu. Çünki övladın hamısı əzizdir. Bu mənada Elçin Mirzəbəylinin bütün şeirlərində bir təzəlik, bir tərlik, bir istilik, bir dünyaya yenidən gəlmə kimi məqamlar var. Həmin məqamlar toplum halında şeiri oxucuya sevdirə bilir. Yəni belə baxanda sözlər hamısı tanışdı, durğu işarələri tanışdı, amma bu sözlərin, bu işarələrin düzümü, onların çiynindəki yük, arasındakı nəfəs təzədi. Deməli, dünyaya yeni sözün gəlişidi bu. Məsələn:

Gözlərin -

qaranlığı dəlib keçən işıq,

Qollarım -

zəncir topası,

Ayaqlarım -

torpağa zorla sancılmış kötük...

Dilim -

cəllad baltası...

Yuxuda özümü beləcə görmüşdüm,

Beləcə...

Dünən gecə...

Yəqin ki, təqdim etdiyim bu misralar yuxarıda söylədiyim fikirləri təsdiq edə bilər. Həmin fikirlərin təsdiqi üçün başqa bir şeirə də üz tuturam:

İynə ucu boyda bir ümid yeri,

Bir ilıq titrəyiş,

bir qəfil baxış...

O mənim yolumdu qayıdır geri,

Odur, göy üzünə qayıdır yağış...

Mən Elçin Mirzəbəylinin "Poz bu sükütü" kitabındakı şeirləri barəsində düşüncələrimi, bu şeirlərin mənə bəxş etdiyi ovqatı elə sükut içində kağıza köçürdüm. Çalışdım ki, bu sükuta öz pıçıltılarımla xələl gətirməyim. Çünki son dərəcə ürəyimi rahat edən bu sükut Elçin Mirzəbəylinin şeir dünyasında gəzişmələrdə idi. Bu gəzişmələr isə onun şeirinin ahənginə uyğunlaşmış, onunla səs-səsə vermişdi. Çünki söhbət sevgidən gedirdi:

Dilin çaşsa, "yox" söyləsən

Dilini də sevəcəyəm.

Qəm saçını ağ eyləsə

Telini də sevəcəyəm.

......................................

Gəlsən ölüm sifətində

Ölümü də sevəcəyəm.

Yəqin ki, bu sevgi şeirini şərh etməyə, onun poetik məziyyətlərini açmağa daha ehtiyac qalmadı. Sadəcə, indiki durumda, yəni mənim içərisində olduğum bu ovqatda Elçin Mirzəbəylinin "O mənəm" şeirini təkrar oxumaq, o şeirin iç dünyasına enmək bizləri də öz sevgimizə doğru aparar:

Bir gün qapı kimi açıla qəlbin,

Dəli külək kimi

Bir dəli sevda

İçinə doluşa...

Qorxma - o mənəm.

..............................

Üşüyən kölgəni

Yıxma - o mənəm!

Və nəhayət, "Poz bu sükutu" kitabı mənim üçün bu şeirlə lap dost-doğma oldu, can bir qəlbdə. Mən də həmin doğmalıqla məhz həmin şeiri sizlərə pıçıldayıb Elçin Mirzəbəyliyə "Hələlik, görüşənədək!" deyirəm:

Məni

dünən öldürdüyün

Yerdə dəfn eləmə, gülüm.

Çək üstümə

Dərdlərimi

Ta torpaq ələmə gülüm.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK