ANA SƏHİFƏ / YAZARLAR

KİMİN BAYRAMIDIR?...

20589    |   2016-07-23 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

H.B.Zərdabi dəyərli xidmətinə görə milli mətbuatımızın banisi sayılır. "Əkinçi" qəzetinin cəmi 56 nömrəsi çıxıb. O qəzetin 56 nömrədə xalqa göstərdiyi xidməti indi 560 qəzet edə bilmir...
İl boyu kalendarda qırmızı rənglə işarələnmiş, qeyri-iş günü elan edilən çoxlu sayda bayramlarımız var. Amma bunlar rəsmi şəkildə elan olunsa da, xalqın içdən gələn, sevinclə qarşıladığı az sayda qeyri-adi günlərimiz var ki, bunlardan da ilk ağlıma gələn, uşaqlıqdan həvəslə gözlədiyimiz Novruz bayramı, 1 May və Yeni ildir. Hökumətlər, zaman, quruluş dəyişdikcə bayramların da mahiyyəti, məzmunu dəyişir, insanlara fərqli şəkildə aşılanır. Konstitusiya günü, Bayraq günü, Silahlı Qüvvələr günü, Qurtuluş günü, Dirçəliş günü, BVM-in qələbə günü və digər bayramlar, hətta İlham və Fərizənin "faciəsindən düzəltiyimiz" Sevgililər Günü də bayram günlərimizdəndir. İllər, əsrlər boyu mənimsənilən bayramlarla sonradan zamana, quruluşa görə əhəmiyyət kəsb edən bayramların arasında bəzən ögey-doğmalıq hiss olunur. Amma məni qınamayın, ha özümü məcbur edirəmsə, bəzi günləri bayram kimi mənimsəyə bilmirəm ki, bilmirəm. Mətbuat Günün də "yaşı"nın çox olmasına baxmayaraq, bu bayram sanki formal xarakter daşıyır. Mətbuat işçisi olsam da, bu bayramı "bayram etmək" içimdən gəlmir, adi, sıradan bir gün kimi ötüb gedir ömrümdən. Təbii ki, bu mənim fikrimdi. Bəlkə bu bayram ərəfəsində sevincindən yerə-göyə sığmayan, "mutluluktan çıldıran"lar da var...
Mətbuat işçisinin, jurnalistin öhdəsində çox böyük məxuliyyətli iş var. Cəmiyyətdə qarşılaşdığımız haqsızlıqları, çatışmazlıqları həmin problemdən sorumlu olan məsul şəxslərin diqqətinə çatdırmaq müxaliflik yox, hər kəsin vətəndaşlıq borcudur. Və unutmayaq ki, bunu bizdən ölkə başçısı özü şəxsən Respublika günündə, Mətbuat günündə və digər çıxışlarında dəfələrlə tələb edib. Təsəvvür edin bir insanın bədənində yara və yaxud daxilində bir xəstəlik var. Və həmin adam bunu bilərəkdən hər kəsdən gizlədir. Müəyyən müddətdən sonra xəstəlik dahada şiddətlənəcək və hər kəs bunu açıq-aşkar görəcək və o zaman heç kim, hətta həkimlər belə, kömək edə bilməyəcək. Əgər nəzərə alsaq ki, cəmiyyət də insanlardan təşkil olunub, deməli cəmiyyətdə düşən hər bir xırda virusu belə, aşkar edərək ictimailəşdirməliyik ki, digər insanlarımız bu virusa yoluxmasınlar. Amma məncə bu gün virus cəmiyyətin bütün bədənini bürüyüb və məddahların əlindən o, virusları müalicə eləmək mümkün deyil...
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı. "Əkinçi" qəzeti işıq üzü gördüyü andan milli mətbuatımızın yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin yeni mərhələsi başlayıb. "Əkinçi" milli düşüncə sahiblərinin millətin milli problemləri ətrafında düşünməyə, millətin dərdlərini mətbuat səhifələrində bölüşməyə səfərbər edib. 1875-ci ildə Bakıda Həsənbəy Zərdabiyə, çox çətinliklə də olsa, "Əkinçi" qəzetini ana dilində çap etdirməyə icazə verilir. Həsənbəy Zərdabi dəyərli xidmətlərinə görə milli mətbuatımızın banisi sayılır. "Əkinçi" qəzetinin cəmisi 56 nömrəsi işıq üzü görüb və o, iki il fəaliyyət göstərib. "Əkinçi" qəzetinin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat edib və qəzetin nəşri dayandırılıb. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Bu ideya bu gün də davam etdirilir... demək istərdim, amma boğazdan yuxarı pafoslu sözlər deməyin, yalan danışmağın mənası yoxdur. Milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmalıykən, daim xalqımızın azadlıq arzularının gerçəkləşməsində, vətənimizin ictimai-siyasi, sosial, mədəni ab-havasının formalaşmasında başlıca rol oynamalıykən əksər mətbu orqanlar məddahlıqla, yarınmalarla, "ağrımayan başına dəsmal bağlamaq" istəməyənlərlə doludur.
O dövrdə mətbuat üzərində ciddi senzura hökm sürürdü. Və hər kəs də dediyi, yazdığı sözün məsuliyyətini daşıyırdı. Bəzən insana layiq olduğundan artıq azadlıq, müstəqillik verəndə bu, xaosa səbəb olur.
Bizə miras qalan əmanətlərimiz var: Dilimiz, Qeyrətimiz, Vətənimiz kimi. Bu gün məmur da, nazir də, jurnalist də dilimizi bilməlidir və onun qorunub saxlanmasına çalışmalıdır. İctimai dövlət xadimi N.Nərimanov deyirdi ki: "Millətin dilini bilmədən onun dərdinə dava etmək çətindir".
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə ayrıca diqqət yetirirdi. O, gənclərin l forumunda deyib: "Ana dilimizi - Azərbaycan dilini mənimsəmək lazımdır, bu dili ananın dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən adam öz tarixini bilə bilməz".
Jurnalist, gördüyünü düz yazmalıdır, dərk etməlidir ki, o, yazdığı sözün sahibidir. Yazdığı sözün inkaredilməz bir mahiyyəti isə jurnalistin dediyi sözə görə daşıdığı əxlaq məsuliyyətidir. Jurnalistikanın əxlaq normaları bu sahədə təcrübə artdıqca formalaşır. Onun borcu cəmiyyət qarşısında - oxucu, dinləyici, tamaşaçı qarşısında düzgün, obyektiv informasiyaya görə məsuliyyətini tənzimləyir. Jurnalist bütün məqamlarda etik normalarını gözləməyi bacarmalıdır. Oxucu məktublarına etinasızlıq jurnalistin təkcə özünün deyil, bütöv redaksiya kollektivini gözdən sala bilər. Jurnalist ictimai marağı öz marağından üstün tutmalıdır. Amma bu gün Fatmanisədən eşitdiyi sözləri manşet edib cəmiyyətə sırıyan, bununla da məşhurlaşan "jurnalistlər", vəsiqəsinə "Müxbir" sözü əvəzinə "Reket" yazılmalı olan "qəhrəmanlar" sürətlə artmaqdadır.
Bu gün KİV-lərin təsisi üçün gözəl şərait yaradılıb. Mətbuat Günü ərəfəsində prezidentin sərəncamı ilə qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.
Azərbaycanda yüzlərlə mətbuat orqanları, informasiya agentliyi, teleradio kanalları, sürətlə inkişaf edən internet şəbəkəsi cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində çalışır. Nə dərəcədə çatdırır, onu oxucu, izləyici daha yaxşı bilir.
Xatırladaq ki, 2008-2009-cu illərdə prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib ki, bu da milli mətbuatımıza diqqət və qayğıdan xəbər verir. Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə başçısının, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ən dəyərli qərardı. Qalır, bu qayğıdan düzgün istifadə.
Bayramınız mübarək, əziz həmkarlar! Unutmayaq ki, bu bayram yalnız mükafat alanların deyil, həm də bu mükafatda haqqı olanlarındır.
Sözün qədrini bilən, sözə qiymət verən, sözlə qəlblərdə dünya yaradan, vicdanlı, amma arxasız, köməksiz, "day-day"sız, sponsorsuz, əlində qələmindən, ürəyində sözündən və ruhunda gözəllikdən başqa bir şeyi olmayan, halal haqqı çatan mükafatlardan məhrum olan jurnalistlər, yazarlar sizin də Gününüz mübarək!



YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK