Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "SƏNİ KƏLBƏCƏRƏ NECƏ APARIM?.. Adalet.az | "SƏNİ KƏLBƏCƏRƏ NECƏ APARIM?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"SƏNİ KƏLBƏCƏRƏ NECƏ APARIM?..

14188    |   2016-07-09 09:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artiq illərdir yurdumuzun dilbər guşəsi cənnətməkan Kəlbəcər öz gözəlliyi, təbiəti, saf suyu, təmiz havası, sıx meşəsi, varı, dövlətiylə işğalçıların əlindədir.
Hər dəfə Kəlbəcər rayonunun qızıl yataqlarının ermənilər tərəfindən vəhşicəsinə talanması haqqında xəbərləri oxuyanda içimdən keçən ah içimi külə döndərir. Çarəsiz, əli-qolu bağlı, köməksiz qalmanın, nəfəs çatışmazlığının zorluğunu yaşayıram. Rayonun Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.
Bəli, yurdun hər bir parça torpağı qiymətli sayılsa da bu, əsl, sözün həqiqi mənasında var-dövlətimiz dünyanın gözü qarşısında talanır, əlimizdən bir şey gəlmir... və bu yalnız bir faktdır...
Bir də insan faktoru var, yüzlərlə günahsız insanımız əziyyət çəkir erməni əsirliyində. Hətta bu yaxınlarda yüzlərlə azərbaycanlı əsirin olduğu yer də aşkarlandı və onlara verilən işgəncələrin alman faşistlərindən dəqəddarcasına olduğu söylənildi...
Öz dədə-baba yurdunu ziyarət etmək istəyən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gedərkən ermənilər tərəfindən tutulmasından bəri guya dünya birliyi bu işlə məşğuldur. Nə qədər açıq-aydın şəkildə ələ salınırıq... Torpaqlarımızın işğalı ilə əlaqədar illərdir "baş sındıran" BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi: 822, 853, 874, 884 qətnamələrlə qəbul olunmuş sənəddə işğalçı qoşunların Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur...
Bu günlərdə Dilqəm Əsgərovun Kəlbəcərə gedişiylə bağlı videolar paylaşılıb. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün ikinci Mədinə, Məkkə olduğunu deyib.
O, qeyd edib ki, iki ildir dalbadal on altı gün ac-susuz öz müqəddəs yurdumu ziyarət edirəm. Daha sonra kəlbəcərlilər hündürlükdən viran qalmış kəndlərini izləyiblər.
Qeyd edək ki, D.Əsgərov, Ş.Quliyev və H.Həsənov ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb. H.Həsənovun öldürüldüyü deyilir. O, iki nəfər isə olmazın əziyyətlərə düçar qalsalar da dağ vüqarlarını əymirlər. Amma nə qədər dözəcəklər, Allah köməkləri olsun, başqa köməyin mümkün olmadığı artıq hər kəsə bəllidir. O şir ürəkli oğulların məhv olmasını, gözümüzün qarşısında günü-gündən ərimələrini görüb, laqeydliklə seyr etdikcə artıq əvvəlki itkilərimiz kimi buna alışacağımız qorxusu içimi didib-parçalayır. Uduzmağı da bacarmaq lazımdı, amma kimə, kimə - erməniyə - həmişə başqalarının qapısında qul, kölə, nökər olan yaltaq erməniyə... düşündükcə adamın cızdağı çıxır... Ya Mübariz İbrahimov kimi, bu heysiyyatsızlığa dözməyərək silaha sarılıb yurdumuzu murdarlayan itləri itkilərimiz hesabına da olsa gəldikləri yerə qədər qovmaq, ya da beləcə çarəsizlik girdabında, papaqlarımızı zibilliyə tullayaraq vicdan əzabıyla ömür böyu yaşamaq qalır bizlərə...
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Bəli, vikipediyadan götürdüyüm bu faktları oxuduqca necə deyərlər, "təpəmdən tüstü çıxır".
Mən Kəlbəcərdə heç olmadım. Böyüklərimiz söhbətlərindən, oaraya istirahətə gedənlərimizin nağıla bənzər anlatmalarından, şəkillərdən, videolardan gördüm Kəlbəcəri. Doğmam kimi qəribsədim o yurd yerimiz üçün. Ürəyim köz-köz oldu. Təsəvvür edirəm o cənnətdən didərgin düşən insanların burda necə yaşadıqlarını, buna yaşamaq demək olarsa...
1993-cü ilin aprel ayının 2-də işğal olunan Kəlbəcərin haqqında indi yazmam bəlkə təəccüb doğura bilər, axı biz yalnız işğal günündə xatırlayırıq o qiymətli itkilərimizi. Bu yazının meydana gəlməsi Kəlbəcər yanğısını, fəryadını içinə gömən gözəl şairimiz Adil Cəmilin "Səni Kəlbəcərə necə aparım" şeri oldu. Ona, "Məni də Kəlbəcərə apar" - deyən bir nəfərə yazdığı şeiri dinləyərək bir az da siz yanın, qovrulun o dərdin içində...

Nələr var insanın bu dünyasında,
Kimsə kefindədir, kimsə yasında!
Boğulub gedirəm qəm dəryasında,
Qayığım qərq olub, çəkmir avarım -
Səni Kəlbəcərə necə aparım?

Hərdən kükrəyirəm, hərdən daşıram,
Sərhəd tanımıram, səddi aşıram.
Yuxumda yurdumla qucaqlaşıram -
Yurda yalvarışdır dildə qabarım,
Səni Kəlbəcərə necə aparım?

Bu hansı nifrindi, bu hansı qarğış
Yurdun yollarını kəsibdi qar, qış?
Dağılan yuvamda ulayır bayquş,
Orda zəhər çəkir indi bal arım -
Səni Kəlbəcərə necə aparım?

Dədəmdən, babamdan qalanım getdi,
Necə gül yanağı solanım getdi,
Həsrətdən gözləri dolanım getdi,
Talandı sərvətim, yox oldu varım,
Səni Kəlbəcərə necə aparım?

Mənə sölədiyin yalandır, gerçək?
Yoxsa yuxulusan, xalası göyçək?
Asılma yaxamdan, sən Allah əl çək,
Onsuz da az deyil dərdim, qübarım,
Səni Kəlbəcərə necə aparım?



YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK