ANA SƏHİFƏ / YAZARLAR

CƏNAB NAZİR

Sizə təbrik yazmağı ürəyim istədi

26096    |   2016-07-01 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən şənbə günləri üçün yazdığım yazıları zaman-zaman içimdə gəzdirib sonra ürəyimin pıçıltısı kimi bilgisayara diktə edirəm. Və həmin o yazıları sonradan oxuyanda da nəyisə unutduğuma, nəyinsə yanından keçdiyimə görə çox da narahat olmuram. Bilirəm ki, bu yazılar günün, ayın istənilən vaxtında yenidən bir də qapımı döyəcək, yenidən bir də hansısa formada mənimlə üz-üzə gələcək. Mən də onda həmin unutduğum, yanından keçdiyim məqamın ətəyindən tutub o yazını indi də başqa bir ampulada araya-ərsəyə gətirəcəm. Amma...

Bilmirəm təsadüfdür, yoxsa zərurət, bu həftənin şənbə yazısı çox ciddi bir günə təsadüf edir. Elə bir günə ki, onu təqvimdə də qırmızı rəngə boyayıblar, elə həyatımızın özündə də bir ciddilik kimi özünü bizə xatırladır. Ən azından ona görə ki, biz hər gün onlarla bir yerdəyik, bizim dincliyimiz, rahatlığımız, əmin-amanlığımız evimizdə qayğısız yatıb, küçələrdə qayğısız, təhlükəsiz dolaşmağımız hamısı onların xidmətidir. Lap konkret ifadə etsəm, bizim yaşamımız üçün qanunların ölçüb-biçdiyi bütün çərçivələri, bütün müstəviləri nəzarətdə saxlayan, burada hər şeyin yerli-yerində olmasına göz qoyan məhz onlardır. Və biz hər birimiz də ən kritik məqamda əlimizi telefona atıb köməyə onları çağırırıq! Bu gün isə...

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dövlət qurumarı kimi daxili işlər orqanları da yeni müstəvidə, müstəqil dövlətin qanunlarının verdiyi, yaratdığı şəraitin içərisində təşəkkül tapmağa və bir az da təkmilləşməyə başladı. Sovet dönəminin bir çox inzibati xidmət elementləri bu qurumdan ələnib götürüldü. Necə deyərlər, müstəqil Azərbaycanın digər dövlət qurumları kimi, Daxili İşlər Nazirliyi də onun "boyuna biçildi". Bu, həm həyatın tələbi idi, həm də müstəqil dövlətin özünün mövcudluq, fəaliyyət, yaşam prinsiplərinin bir bölümü, bir xətti idi. Deməli, həyat elə gətirdi ki, digər qurumlardan daha çox məhz bu qurum döyüşə-döyüşə səngərdə, küçədə, meydanda yeniləşməyə, yenidən qurulmağa başladı. Çünki bu qurum artıq Dağlıq Qarabağ hadisələrinin fonunda həm də əsgərə çevrilmişdi. Onun üçün asayişin qorunması ilə yanaşı, kəndlərin, evlərin, torpağın qorunması da bir tələb kimi, bir zərurət kimi, bir vətəndaş vəzifəsi kimi gündəmə gəlmişdi. Əgər bir anlıq 90-cı ilin əvvəlinə qayıtsaq, xüsusilə 1988-ci il fevral ayından hadisələrin alt qatına işıq salsaq, onda görərik ki, o vaxtkı milis, bugünkü polis bir əlində avtomat, bir əlində ərizə-şikayətlər növbə çəkirdi. Gecələr səngərdə, kəndlərin giriş-çıxışında, gündüzlər isə iş otaqlarında, hadisə yerlərində. Mən bu kiçik cümlədə elə bilirəm ki, təsəvvür yarada bildim. Hər kəs, xüsusilə gənc nəsil 1988-ci ilin fevralından başlayan o prossesləri gözünün önünə gətirdi. Amma mən burda bir məqama da toxunmaq istəyirəm. Bəzilərindən fərqli olaraq həmin hadisələrin canlı şahidlərinin biri mənim özüməm. Həm Dağlıq Qarabağda, həm onun ətraf rayonlarında bu prosesi anbaan, necə deyərlər, nöqtə-vergülünə qədər izləmişəm, görmüşəm. Elə ona görə də mən bir vətəndaş olaraq bugünkü Azərbaycan polisinin 1988-ci ilin fevralından 2 iyul 2016-cı ilə qədər olan dövrü bir era hesab edirəm, bir zaman kəsiyi kimi təsəvvürümdə formalaşdırmışam. Bu zaman kəsiyinin içərisində tanıdığım, gördüyüm, dost, qohum olduğum kifayət qədər polis əməkdaşları var ki, onlar mənim gözümdə, mənim ürəyimdə hər gün pillə-pillə böyüyüblər, ucalıblar və... Həmin o ağır döyüşlərdə, müharibənin "daş dövründə" onlar hər gün nişangah olublar... onlar hər gün ölüb-diriliblər. Onların sırasından hər gün kimsə şəhid olubdu. Və mən də bu şəhidlər üçün, bu əlil olanlar üçün göynəyən, ağlayan insanlardan biri olmuşam. Çünki mən onları özüm qədər tanımışam... çünki mən onlara özüm qədər güvənmişəm... çünki mən onlara özüm qədər inanıb sadə şəkildə desəm, hətta həyatımı etibar etmişəm...

İndinin özündə, lap elə bu dəqiqə, bu an mən həmin zaman kəsiyini yaddaşımdan, gözümün önündən keçirəndə hamısı bir-bir gəlib dururlar mənlə üzbəüz. Sifətlər tanış, baxışlar doğma, təbəssüm mehriban, sıxılmış yumruq qətiyyətli, söz kəsərli və sərt. Bu adamlar elə bil ki, əyindəki o mundiri geyinmək üçün, çiyinlərindəki yükü daşımaq üçün dünyaya gəlimişdilər. Elə ona görə də onlar ölkənin müxtəlif güşələrindən Dağlıq Qarabağa və ətraf rayonlara ezamiyyətə gələndə də tərəddüd etmirdilər. Nə üçün göndərildiklərini, niyə gəldiklərini suala çevirmirdilər. Gəlib onlar kimi düşünən, onlar kimi vəzifə daşıyan həmkarıyla bir səngərdə duranda hər şey elə o səngərin içindəki auarının tələbləriylə, biçimiylə eyniləşridi, daha "gəlmə" və "yerli" milis- polis söhbəti qalmırdı ortalıqda. Çünki onlar hamısı həmin andan həm əsgər olurdular, həm də milis-polis!

Bəli, xatırlatdığım bu zaman kəsiyinin içərisində yaşayan və hələ də yaşamaq haqqının Allahın verdiyi qədər olacaq xeyli sayda polis əməkdaşının adını birnəfəsə diktə edə bilərəm. Onların içərisində sıravi də var, zabit də, hətta şöbə rəisi də. Çox da uzağa getmirəm. Eləcə polkovnik Binnət Məmmədov - Füzulidə... Rəhmətlik Rəşid Məmmədov - Cəbrayılda, Ağdamda... Sahib Həsənov - Xocavəndə Vaqif Məhərrəmov - Cəbrayılda... Sadir Məmmədov - Xankəndidə... Sabir Məmmədov - Xocalıda... Laçında Akif Səlimovu... Səədin Səfərov - Zəngilan... Faiq Kərimov - Qubadlı... Hüseyin Qarayev - Xocavənd... Mən bu adamların iş otaqlarının az qala bir qərargah olduğunu, bir müvəqqəti gözün acısını çıxarmaq üçün yuva olduğunu dəfələrlə müşahidə etmişəm. Bu rəislərin öz əməkdaşları ilə bir yerdə necə silaha sarıldıqlarını da görmüşəm... necə müharibənin verdiyi fasilədə ailə quran həmkarlarının toyunda qol qaldırdıqlarını da... şəhid həmkarları üçün göz yaşları tökdüklərini də... Və eyni zamanda dediyim bu zaman kəsiyinin içərisində fəaliyyət yolu Qarabağdan Şirvana, Naxçıvana, yenidən hadisələrin cərəyan etdiyi ən qaynar nöqtəyə gəlib çıxan bir polis zabitinin daxili işlər naziri olmasını da yaddaşıma yazmışam. Mən Xankəndidə pasport rejiminin yoxlanmasını və bu tədbir çərçivəsində qəbul olunan qətiyyətli qərarların da həm iştirakçısı, həm şahidiyəm... Mən daxili qoşunların səngər, kazarma həyatını da izləmişəm. Onlarla birlikdə çörək də kəsib mərasimlərində iştirak etmişəm. Laçın polkunun səngəri tərk etməyən və şəhidlik zirvəsinə yüksələn polis nəfərlərini bu gün də unuda bilmirəm. Ağdam polkunun komandiri Məmməd Hacıyevi yaddaşıma ən doğma adam kimi yazmışam... General Ramiz Xosrov oğlu Məmmədovu Qarabağda, xüsusilə Füzulidə necə təşkilatçı kimi, rəhbər kimi, öz tabeçiliyində olanlara valideyn kimi yanaşmasının müşahidəçisiyəm. Və yaxud "Qara Polkovnik"in, yəni Fətulla Hüseynovun döyüş bölgəsindəki xidmətləri şahidi oluğum tarixdi... Ümumiyyətlə, mən bu müharibədə Milli Qəhrəman adı qazanmış, eləcə də neçə-neçə fəxri adlar, mükafatlar sahibi olmuş saysız-hesabsız polis əməkdaşlarını bu gün fəxrlə, ən doğma adamlarım kimi xatırlayıram. Onların çoxları ilə münasibətlərim bu gün də davam edir. Mən Tuğda şəhid olan polis nəfəri doğmam Oqtay Hüseynovu... mən Xocalıda şəhid olan əzizlərimi, eləcə də taleyi barəsində dəqiq məlumat olmayan Şahin Kamran oğlunu necə unuda bilərəm?..

Bütün bunlar bəlkə də bir ömrə sığmayan, bir yaddaşda sıxılıb qalan bir həyat hekayəsidi. Amma inanın ki, bu bədii hekayə deyil. Bu, reallıqdı... bu, yaşadıqlarımızdı... Və mən həmin o yaşadıqlarımızdan çıxış edərək indi, yəni bu bayram günündə bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Ona görə də hər kəsə, xüsusilə bayramını qeyd edənlərə və Sizə cənab nazir, üz tutarım:

- Müstəqil Azərbaycanın bugünkü real durumu, onun əmin-amanlığı, onun yaşamaq üçün rahat olması iki şərtdən keçir. Onun birincisi bu məmləkətin Azərbaycan olması və bu məmləkətin memarının -dünyanın qəbul etdiyi Ümummilli Liderimizin adı ilə bağlıdı. Məhz Azərbaycan adlı məmləkətin Ulu Öndəri bu topağın taleyini müsbət istiqamətdə müəyyənləşdirə bildi, onun yolunu, səmtini seçdi, onu istiqamətləndirdi. Və layiqli varisi, bu işin sükanı arxasında Ulu Öndərə layiq bir səviyyədə dayandı və bu gün də dayanır. İkincisi, daxili işlər orqanının idarəçiliyi, rəhbərliyi məhz Sizə tapşırıldı, Sizə etibar edildi. Siz göstərilən etimadı bu məmləkətdə doğrultdunuz, onu görmək üçün dörd gözə ehtiyac yoxdur, hətta biri də kifayət edər. Təkcə xaos dövrünü, vətəndaş müharibəsi dövrünü, keçid dövrünün ilk illərini, silahlı dəstələrin ləğvini, Azərbaycanda keçirilən möhtəşəm beynəlxalq tədbirlərin - istər mahnı, istər idman, istər siyasi tədbirlərin... Bütün bunları əmin-amanlıq şəraitində başa vurmaq, təhlükəsizliyi təmin etmək, hər kəsə özünü evindəki kimi hiss etmək şəraiti yaratmaq - Sizin xidmətinizdir!

Mən bir vətəndaş olaraq görürəm, hiss edirəm, eşidirəm, oxuyuram və bilirəm ki, bugünkü daxili işlər orqanı Azərbaycan iqtidarının ən bitkin, ən mükəmməl, ən mütəşəkkil bir güc qurumudur... bir köklü, təməlli güc strukturudur. Və bu struktur hər gün cilalanır, hər gün müasirləşir, hər gün böyük dünyayla bir müstəvidə durub yanaşı addımlayır. Hələ bəzən onlar sizdən öyrənirlər də.

Cənab Nazir!

Bu bayram günündə həyat yolunu, yəni 1988-ci ilin fevralından bu günə qədər olan bir zamanı gözümün önündə canlandırdığım daxili işlər orqanlarının fəaliyyətinə dair içimdən keçənləri dilə gətirməyi bir vətəndaş kimi özümə borc bildim. Və böyük sevgiylə, güvənclə Sizə və rəhbərlik etdiyiniz dövlət qurumunun bütün əməkdaşlarına, Peşə bayramınız mübarək olsun! - deyirəm. Düşünürəm ki, həmin o zaman kəsiyini milis-polis dostlarımla birlikdə keçdiyim üçün mənim bu təbriki dilə gətirməyə azacıq da olsa haqqım var. Elə həmin haqqa və Böyük Haqqa güvənib bir daha deyirəm:

- Cənab Nazir, bayramınız mübarək!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK