ANA SƏHİFƏ / YAZARLAR

ÇÖRƏKLƏ İMTAHAN

28133    |   2016-06-25 09:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər birimizin içində daim döyüşdüyümüz şeytanlar var - nəfs, qorxu, nifrət, paxıllıq, kin, hirs və s.kimi. Bu şeytanlara qalib gələ bilməsək, həyatımız bir heç olar. Qalib gəlməyi bacardığımız bir günümüz isə zəfər günü sayıla bilər. Bunu bacarmaq üçün isə ilk növbədə içimizdəki fəsadları çıxarmalıyıq.
İslam həyat və sülh dinidir. İnsan adi şəraitdə özünü daha yaxşı ələ ala bilər, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.
Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş bir insanın rəftar və davranışı digər insanlardan fərqlənər, hansı vəziyyətdə olursa olsun yalnız Allahın razılığını düşünər, Allaha görə olmayan işlərdən çəkinər.
Bu günümüzdə nə dərəcədə Allahdan çəkinirik, yaradanın razılığı olmayan hansı əməllər üçün nəfsimizin istəyini öldürürük?
İslam dinində on iki aydan doqquzuncusu mübarək Ramazan ayıdır. İyunun 7-dən orucluq başlayıb. Bu ayda ən mühüm ibadətləri yerinə yetirmək və oruc tutmaqla öz günahlarını yumaq həmin məqama yetmək üçün ən vacib bir yoldur. Müsəlman olan bu ayda çox böyük bir üstünlük əldə edər, onun duaları qəbul olar, paklanar, sağlam olar, ürəyi yumşaq olar, günahlardan çəkinər, mərhəmətli olar. Əslində insanın hər gün bunlara əməl etməsi lazımdır, amma Ramazan ayında isə bu vacibdir. Mömün öz vücudunun bütün əzalarına bu ayda hakim olur. Dilini böhtandan, yalandan, dedi-qodudan, haqsız danışmaqdan hifz edər. İnsan bu ayda oruc tutmaqla nəfsi üzərində qələbə çalır.
Oruc təkcə ac qalmaq deyil, eyni zamanda acları, fəqirləri, kimsəsizləri aramaq, onları doyurmaqdır. Oruc bütün əzaların iman etdiyini sübut edən bəyandır. Ramazanın hər dəqiqəsi, hər saniyəsi Adəm övladının Yaradanına yaxınlaşdırmaq, şeytanın ona açılmış əllərini rədd etmək üçün böyük fürsətdir. "Ramazan gələrkən cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanın əlləri qandallanar".
Ramazan orucu Allah ilə qulu arasında bir sirdir. Hədislərin birində göstəriür ki, bu ayda əməllərin savabı on dəfədən yeddi yüz dəfəyə qadər artar. Bu ayda rəhmət, mərhəmət, bağışlama ayı olduğu kimi Quran oxumaq, zikrlər etmək, gecə namazları, sədəqələri, nəzirlər vermək kimi insanı mələkləşdirən ibadətlərə də əməl edilir.
Peyğəmbərimiz belə bir xütbə ilə camaata üz tutub deyir: "Ey camaat, doğrudan da Allah-Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə sarı gəlib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allahın qonağısınız, kərəm əhlinə çevrilirsiniz, aldığınız nəfəslər, zikr, yatmadığınız gecələr, ibadət, əməlləriniz, etdiyiniz dualar müstəcəb olar. Doğrudan da, bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya.
Bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclıq və yuxusuzluğunu xatırlayın, yoxsullara sədəqə verməklə kömək edin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrabalarınıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın, haram olan şeylərdən uzaq olun, nəfsinizi gözləyin, yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizə mehriban olsunlar, günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki namaz vaxtı ən gözəl vaxtdır. Bu anda Allah-Təala öz bəndələrinə rəhmət gözü ilə baxır. Onu çağırarkən onları cavabsız qoymur. Bilin ki, Allah-Təala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları cəhənnəm odu ilə qorxutmayacaq.
Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir mömünə iftar verərsə, Allah-Təala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb, keçmiş günahlarını əfv edər. Oruc tutanlara yarım xurma dənəsi ilə və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bu ayda əxlaqını qoruyan, gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə Sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və kənizi ilə işini asan tutarsa Allah da onun hesab kitabını qiyamətdə asan edər.
Ramazanın fəzilətləri haqda yazmaqla bitməz. Bu yalnız bu mübarək ayın gözəlliklərinin bir qismini xatırlatmaq idi. Əsas məqsədim isə müsəlman dünyasında və onun bir kiçik hissəsi olan ölkəmizdə oruc tutmanın səbəblərini araşdırmaqdı. Yalnız ac qalmaqla oruc tutduğunu hər kəsə nümayişkaranə şəkildə bəyan edərək özünün necə müsəlman olduğunu göstərməyə çalışan nə qədər insan var. Halbuki iman hər şeydən əvvəl insanın içində baş qaldırmalıdı. Tutduğun oruc da, qıldığın namaz da yalnız Allaha xatir olmalıdı. Sədəqəni isə yalnız verdiyin insanla sən bilməlisən (bəzən bu işləri özünü göstərmədən də etmək olar və bu da sədəqə verilənin utanmaması, sıxılmaması üçündü).
Qonşun ac yatırsa, sənin doyunca yeməyə haqqın yoxdu - İslamın gözəlliklərindən biri də budur. Ətrafında günlərlə ac qalan insan varsa və sən artıq çəkidən əziyyət çəkərək arıqlamaq yolları axtarırsansa, demək sənə nə müsəlman, nə də ümumiyyətlə insan demək olar. İçində ola biləcək imandan isə söhbət belə, gedə bilməz.
Televiziya qarşısında dayanıb, ekranda gördüyü, Somalidəki susuzluq, aclıq çəkərək skeletdən fərqlənməyən, yaşlı gözlərini kameraya zilləmiş zənci balasına əlindəki çörəyi uzadan Avropalı uşaqdı imanlı. Həmin ölkədən olan bir uşağın şeyxi ağladan sualını dinləyərkən içi göynəyən, yardım edə bilmədiyindən yedikləri hər tikə üçün özünü qınayan insandı imanlı. O, Somali uşağı şeyxdən soruşmuşdu ki: "Biz imsak da, iftar da etmirik, görəsən Allah bizim orucumuzu qəbul edərmi?"g
Birinin ac, yardıma ehtiyacı olduğunu görüb etinasızlıq edirsənsə, sənin tutduğun oruc kimə lazımdı? Yaxınlarda cənub rayonlarımızın birində 10-11 yaşında bir uşağın həbs olunması haqda xəbərlər yayıldı.
Həbsə səbəb onun rayonun "İran Bazarı" adlanan bazarından çörək və qənd oğurlaması olub. Uşaq bu əməlini aclıqla əlaqələndirsə də onu polis şöbəsinə aparıblar. Yekəqarın polisin aclıq haqda nə anlayışı ola bilər ki! Diqqəti çəkən məqam isə polis əməkdaşlarının azyaşlının qoluna qandal vurmasıydı. Ramazan ayında ac olduğunu deyən uşağın qoluna qandal vuraraq polis şöbəsinə aparmaq və bunu bütün respublikaya car çəkərək o uşağın həyatını qaraltmaq gələcəyin potensial cinayətkarını yetişdirməkdir və bu İslam qanunlarına yad olan bir şeydi. Halbuki, onun doğru söylədiyinə əmin olmaq üçün qandalla şöbəyə aparmaqdansa, evinə götürmək olardı. Və doğrudan ehtiyacı varsa, əlaqədar qurumlarla bu işi həll etmək, o uşağın da gələcəyini aydınlatmaq olardı... Bəzən adi bir insani keyfiyyət nümunəsinin insanın gələcək həyatında böyük təsir gücü ola bilir.
Müharibələr, terrorlar nəticəsində minlərlə insan tələfatı və bunların nəticəsində fiziki-mənəvi şikəst, yarımcan insanların qalan ömrünü nifrətlə yaşamalarının şahidi oluruq. Yer üzünün əşrəfi olaraq yaradılmış insan dünyanı xarabazara çevirmək üçün əlindən gələn nə varsa əsirgəmir. İnsan özünə zərərli olan hər şeyə pul xərcləyir - nüvə silahına, atom bombalarına, "ağ ölüm"ə - narkotikə, içkiyə, siqaretə, zinaya - insan ölümünə, peşmançılığına, xəstəliyinə səbəb olan hər şeyə. Özünün də içində yaşadığı dünyanı dağıtmaq üçün var gücüylə çalışır insan. Amma bu qədər pullarla "ac qitə"yə yardım etmək, başqa ehtiyacı olanların gündəlik zəruri insani ehtiyaclarını təmin etmək olar. Allahın yaratdığını öldürməyə, qan tökməyə, dağıtmağa sərf edilən pulları xeyir əməllərə sərf etmək cəhənnəm əzabından qurtulmağın bir yoludu. Düşünün, bunlar baş verərsə, yer üzü necə gözəl ola bilər dünya cənnətə dönər, insanlar can deyib, can eşidər, göz yaşı yalnız sevincdən olar. Hər kəs özüylə bərabər bir başqasını da düşünsə, həyat çox gözəl olar! O zaman kimsə ən zəruri qida olan çörək həsrətində, çörək oğurlamaq məcburiyyətində qalmaz - çörəklə imtahana çəkilməz.
Doğrudan da hamımızın xoşbəxt olmağımız üçün sadəcə bir-birimizə diqqətli olmağımız - insan olmamız kifayətdir. Və bunları nəinki Ramazanda, bütün il boyu etmək olar.



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK