ANA SƏHİFƏ / YAZARLAR

FUTBOL BİABIRÇILIĞI

Aqil ABBAS

59773    |   2016-06-23 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün dünyanın gözü qarşısında, eləcə də FİFA və UEFA kimi rəsmi qurumların gözü qarşısında Avropa çempionatında böyük bir biabırçılıq baş verdi. İtaliya ilə İrlandiyanın oyunu bir komediya tamaşasıydı. İrlandiya 22 nəfərlə oynayırdı, yəni İtaliyanın 11 oyunçusu da İrlandiyanın qol vurması üçün filan yerini cırırdı. Amma irlandlar yenə qol vura bilmirdi. İrland oyunçularını qəsdən italyanlar cərimə meydançasında yıxırdılar ki, 11 metrlik versinlər, hakim də üzə durmuşdu vermirdi. Qapıçı öz əli ilə topu irlandlara verirdi ki, ay it uşaqları, vurun, vura bilmirdilər. Nəhayət, oyunun axırına yaxın irlandları təmiz buraxdılar cərimə meydançasına, hətta qapıçı az qaldı desin ki, ə, bu tərəfə vur, qol olsun. Və qol! İtaliyanın məşqçisi Kontedi, Montedi, Göttedi nədi, adı yadımdan çıxıb, qapılarından buraxdığı qola nə təhər sevindisə yüyürüb İrlandiyanın məşqçisini öpdü.

Yadınıza düşürsə, bir dəfə dünya çempionatında da Avstriya ilə Almaniya Əlcəzairin qrupdan çıxmaması üçün belə bir tamaşa düzəltmişdilər. Hər hansı bir hesab olardısa Əlcəzair final mərhələsinə yüksələ bilərdi, yalnız 2:2-dən başqa. Və Avstriya ilə Almaniya da oyunu 2:2 etdilər və öz oyunları ilə hamını heyrətə gətirmiş əlcəzairlilər döndülər evlərinə. O vaxt bütün qəzetlər, dünyanın bütün idman camiəsi bunu qınamışdı. Hətta Almaniya və Avstriyanın da həm qəzetləri, həm də idman camiəsi bunu utancverici hadisə adlandırmışdılar.

İndi də İtaliya və İrlandiya. Bildiyiniz kimi, İtaliya oyun satmaq üzrə ixtisaslaşıb. 80-ci ildə də İtaliya çempionatında belə oyunsatmalara görə bir çox ünlü futbolçular və məşqçilər həbs olunmuşdu, məşhur Rossi də içlərində olmaq şərtilə.

Mən qətiyyətlə bunu ona görə pisləmirəm ki, Türkiyə bayırda qaldı. Türkiyə bayırda qalmalıydı və haqq olaraq qaldı da. Sadəcə olaraq belə komediyalar adamı iyrəndirir.

Bir məsələni də qeyd edim. FİFA-nın işdən çıxan prezidenti özü etiraf elədi ki, püşkatmalar hamısı saxtakarlıqdır. Kimi kimlə istəyirlər salırlar. Hətta həmin saxtakarlığın sirrini də açdı. Necə ki vaxtilə Türkiyə ilə Ermənistanı bir qrupa salmışdılar, Abdulla Gül getdi İrəvanda futbola baxmağa, hansı ki ömründə ilk dəfəydi futbola baxırdı, bəlkə də fikirləşirdi ki, balam, top qıtlığıdı ki, 22 adama bir top veriblər?! Sonra da Xocalı soyqırımının təşkilatçısı Sərkisyanı apardı öz evinə və xanımına da Sərkisyan üçün plov bişirtdirdi. Guya qulluqçusu bişirsə, Sərkisyanın üzüyünün qaşı düşəcəkmiş.

İndi də Türkiyəni belə bir ölüm qrupuna salmışdılar ki, qrupdan çıxa bilməsin. Amma bütün bunların heç biri nə Fateh Terimə, nə də Türk millisinin oyunçularına haqq qazandırmır. Malını yaxşı saxla, qonşunu oğru bilmə.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK