ANA SƏHİFƏ / YAZARLAR

ÜMİD KƏNDİRİ

Günün içindən çıxarın məni

39199    |   2016-06-17 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlli olduğu kimi, günlər bir-birinə o vaxt daha çox bənzəyir ki, onda həyat sönür, yorucu, hətta yaşam eşqi sıfırın altına düşmüş vəziyyətdə olur. Məhz həmin anda insan özünü o qədər anlaşılmaz, o qədər bezici bir formada görür, təsəvvür edir ki, onun üçün vaxtın necə ötməsinin, hətta heç ötməməsinin də önəmi olmur. Bu da gətirib bir psixoz durumuna çıxarır. Yəni hamıdan aralanırsan, hamıya anlaşılmaz bir nəzərlərlə baxırsan, hamını özünə yad sayırsan. Lap çılpaq desək, özün özündən iyrənirsən. Bütün bunlar günahkar saydığın günün aurasıdı... onun çəkisidi... onun sıxmaq, boğub məhv etmək gücüdü... Bu da yenə sonda insanın özünə ikinci bir zərbədi...

Bax, bütün bu söylədiklərimin indiki günə, indki zaman kəsiyinə bütün ağırlığı ilə hopması məndə də həmin o durumun yaşanmasına gətirib çıxarıb. Və indi bugünün içərisində bir havasızlıq, bir tənhalıq, bir sahibsizlik, bir ümidsizliklə qarşı-qarşıya durmuşam. Və elə bilirəm ki, bu gün hər şeyin, hətta həyatın sonudu. Bir az ümidsiz, bir az insanı çıxılmazlığa çəkib aparan belə bir günün ovqatını yaşamaq və onu həm də sözə çevirmək olduqca çətindi. Amma Allahın verdiyi söz yazmaq qabiliyyəti bu anda bəlkə də son və yeganə çıxış vasitəsidi. Mən də həmin o vasitəyə söykənib, daha doğrusu, o sözləri bir-bir sapa düzüb yaşantılarımı yazı etməyə çalışıram. İstəyirəm ki, bu yazıyla sıxıntılı, ümidsiz, məni boğub öldürmək istəyən günün içərisindən özümü çəkib çıxarım. Bilmirəm alınacaq, ya yox, amma necə deyərlər, cəhd özü də bir xilasdı, mən də cəhd edirəm...

Bəli, təbiətin insana təsiri danılmazdır. İlin, günün elə vaxtıdır ki, şair demiş, təbiət insanı ilhama çağırır. Amma bu çağırışı eşitmək hələ işin hamısı demək deyil. Bu çağırışa qoşulub getməkdi işin hamısı. Mənim isə imkanım, gücüm sadəcə çağırışı dinləməyə çatır. Həm maddi, həm də mənəvi baxımdan həmin çağırışı reallaşdırmaq mənim üçün çox çətindi. Ən azından getmək istədiyim, qol açmaq istədiyim bu təbiət guşəsi düşmən əlindədi. Mənim ora ən yaxşı halda xəyalən, ruhən səfərim gerçəkləşə bilər. Deyə bilərsiniz ki, o yerlər durub Bakıya gələsi deyil. O yerlərə biz durub getməliyik, o cümlədən də mən. Ancaq burada kiçik bir nüans var. Bu da o yerlərə mənim təkbaşına getməyimin heç nəyi dəyişməməsidi. Olsa-olsa mən o yerə ayaq basanda ya gülləyə, ya mərmiyə tuş gələ bilərəm. Bu da bir ailənin göz yaşı olar. Başqa nə dəyişəcək ki? Başqa nə yerinə qayıdacaq? Nə ətrafdakıları ayağa qaldıracaq? Zənnimcə, heç nə. Hətta adama bir ayama qoşulmasının da mümkünlüyü realdı. Ən yaxşı ayama isə yəqin ki, "dəli" olacaq. Deyəcəklər ki, "başı pozulub, özünü idarə edə bilməyib və çıxıb gedib". Və bir də mətbuat bir neçə gün təzə mövzu ilə "bayram" edəcək. Bütün bunlar həmin o dediyim, içində olduğum yorucu günün mənə olan basqılarının, həmlələrinin canımdan, ruhumdan qopardığı qəlpələrdi. Mən də onsuz da şam kimi əriyən içimin işığında durub, dayanıb dözməyə çalışıram. Elə bu durub, dayanıb, dözmək özü da sual yaradır, özü də sıxıntıya çevrilir. Həmin o sual da, sıxıntı da "nə vaxta qədər?" sorğusunu qabardır. Özü də gözünün önündə dağ kimi durur... Təkcə göz önündə yox, ürəyində də dağa çevrilir.

Hə, mən bu yaşananların təkcə özümə aid olduğunu düşünmürəm. Və çox gözəl bilirəm ki, mənimlə eyni yükü çəkən, eyni ağrının daşıyıcısı olan kifayət qədər insanlar var. Sadə dildə desəm, məni çalan ilan çoxlarının yanından elə-belə ötüb keçmir. Ona görə də məni qınayanların, yəni bu ümidsizliyin "daşını at” deyənlərin haqlı olduğuna etiraz etmirəm, sadəcə susuram. Onlar da susmağımı "başa düşmək" kimi qəbul edirlər. Ona görə də üstümə çox gəlmirlər. Üstümə isə məhz yorucu gün gəlir. Özü də bütün arsenalıyla.

Bəli, dedim ki, təbiətin insana təsiri bəllidi. Yuxarıda yazdığım fikirləri oxuyandan sonra yəqin ki, mənimlə razılaşacaqsınız. Axı sizin təbiətlə təmasınız sərbəst və azaddı... axı sizin gedən yeriniz, suyunu içdiyiniz bulaqlarınız... ağaclarına söykəndiyiniz meşələriniz, bənövşəsini dərdiyiniz ormanlarınız var... Ona görə də mənim düşüncələrim, mənim istəklərim bir növü qanadsız quşa bənzəyir. Cəhd edir, amma uça bilmir. Siz isə...

Sizin gününüzün rəngi də, ətri-qoxusu da, hətta səsi də fərqlidi. Gümrahlığıyla, təravətiylə dərhal diqqət çəkir, dərhal ruh oxşayır. Elə sizin çöhrəniz də həmin o dediklərimin güzgüsüdü, ifadəçisidi. Mən bir seyirçi olaraq sizlərə baxa-baxa özümün durumumu, əhvalımı kökləməyə, dəyişməyə bir stimul tapmaq istəyirəm. Bu var, ortadadı, göz önündədi. Amma mənim ona haqqım çatırmı? Mən ondan yararlana bilərəmmi? - sualları istər-istəməz məni tərk etmir. Görünür, elə buna görədir ki, özümə doğma bildiyim, güvəndiyim, sığındığım, az qala özüm hesab etdiyim kəslər də məndən aralı gəzir, məndən uzaq durur. Yəqin günümün kölgəsinin onların üzərinə düşəcəklərindən ehtiyat edirlər. Axı, mənim bu günüm Baba Pünhan demiş, "it günüdü". Yəqin ki, həmin məşhur bəndi xatırlayırsınız. Baba Pünhan yazmışdı ki:

İtim, dur gəl önümdə,

Gəl başına dönüm də.

Sən Pünhanın günündə,

Pünhan da it günündə!

Bax, elə bu nöqtədə mən də kökləndiyim həmin o məni sıxan günün içindən, onun cızdığı dairədən çıxmaq üçün sözün ətəyindən yapışmışam. Az qala bir udum hava, bir qurtum su kimi ciyərlərimə hopdurmaq istəyirəm. Əslində isə ürəyimdən ətrafa ünvanlayıram həmin sözü. Özü də misralanmış formada.

Heç vaxt

istəyimi demədim,

yazmadım

sadəcə

bir küncə çəkilib

ürəyimə

qulaq asdım-

dinlədim...

sonra

sıxdım ovcumun içində

ürəyimin səsini

kimsə eşitməsin deyə...

dizlərimi yerə,

gözlərimi göyə

sancıb

çağırdım

öz günümdə olanları

ürəyimə köməyə!..

***

Bir deyim var. Bilmirəm nə qədər gerçəkdi. Amma eşitmişəm və yaddaşıma yazmışam. Deyirlər ki, "günü necə başlayırsansa, elə də başa vurursan". Mən zaman-zaman bu deyimin fərqinə varmadım. Necə deyərlər, eləcə başına buraxdım, sahibsiz at kimi çapıb getdim. İndi düşdüyüm durum, içərisində olduğum aura hardansa o deyimi yaddaşımın alt qatından, arxivin tozlu bir küncündən çəkib çıxardı. Və mən yadıma düşən bu deyimin izləyicisinə çevrildim, özüm də istəmədən. Başladım bu deyimin günlə birlikdə sonuna doğru getməyə. Və gördüm ki, həqiqətən də sınaqdan çıxmış deyim imiş söylənilən fikir. Belə ki, günün sona, işin başa çatmasına baxmayaraq, ovqatda, iç dünyamda heç nə dəyişmədi, heç nə yerini işıqlı bir nəyəsə vermədi. Eləcə sıxıntı və üzücü əhval mənə qoşulub evə, ailə-uşağın yanına da getdi. Onda özümü daha çox qınadım. Çünki yaşadığım özülsüz mənzilin dörd divarı arasında bir iynə ucu boyda ümid qoruyub saxlayır ailə üzvlərim. Mən onların ümidini otaqdan, divar arasından sıxışdırıb çıxarırdım. Və onlar da mənim günümün havasına köklənirdilər, özü də günahsız yerə. Bu məqamda ailənin nə demək olduğunu təkrar xatırladım, təkrar dərk etdim. Və günahımın ağırlığı altında elə sıxıldım ki, az qala torpağa yapışdım:

- İlahi, yaratdığın bəndənin sınandığı bütün məqamlar sənə bəllidi və sənin bütün sınaqlarının daşıyıcısı olan bəndə bəzən özündə olmur, özündən çıxıb gedir. Və iç dünyası boşaldığı üçün həmin yeri havasızlıq, sıxıntı, ümidsizlik, ağrılar tutur. Bu da sonda ailəyə təsir edir. Heç olmasa o iç dünyanın boşalmasına, o proseslərin ailəyə transfer olmasına sərhəd çək, durdur, dayandır. Qoy bəndə özü öz gününün yükünü çəksin, öz gününün içində çabalasın. Və onun çəkdiyi də, çabaladığı da özünün olsun.

Elə bu düşüncələrlə də əlimi kağıza, qələmə uzadıram.

İçim dolu göz yaşı

Boğulur içim yaşdan...

Quruyub dil-dodağım-

Mən necə içim yaşdan?!

İtirdim də, tapdım da

Yoğurdum da, yapdım da...

Cəhd etdim ki, vaxtında-

Qurunu seçim yaşdan...

Çox ağrıtdı başımı

Ağır etdi daşımı...

Xatırlatdı yaşımı-

Tay gərək keçim yaşdın...

Qəm də Əbülfətə yar

Köynək gəlir ona dar...

Bir topa ağ bulud var-

Əynimə biçim yaşdan!..

***

Hə, mən bu yazını içində olduğum və içimə hopmuş günün acığına yazıram. İstəyirəm ki, bununla məni sıxan, məni boğub öldürməyə çalışan günə etirazımı, üsyanımı dilə gətirim. Bilmirəm, alınır, ya alınmır. Hər halda mən bacardığımı edirəm. Necə deyərlər, varını verən utanmadığı kimi, mən də söz varımı ortaya qoyuram. Elə bilirəm ki, bu söz, onun təsiri, onun qarşılanma effekti məni bugünün caynağından alacaq və mən ümidin, yəni sizlərin yanında olacam. Elə həmin o ümidin, elə sizlərin işığını uzaqdan da olsa görmək bugünkü halda mənə düşdüyüm quyudan çıxmaq üçün atılmış kəndirə bənzəyir. Çəkin o kəndiri!..

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK