ANA SƏHİFƏ / YAZARLAR

RUHUN BAXIŞLARI ALTINDA...

“Anama məktub”larla söhbət

23590    |   2016-06-17 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İkinci yazı



İstənilən fikri diqqətə təqdim etmək üçün ən azı ürəyində bir təpər, bir istək, bir arzu olmalıdı və sən də bu istəyin, arzunun, təpərin diktəsi ilə özünü toparlayıb, fikrini ünvana çatdırmalısan. Təbii ki, həmin fikrin damarında bir sevgi, bir inam, bir güvənc olsa, onda daha sanballı, daha tutarlı alınar. Həm fikri söyləyən, həm də onu dinləyən daha tez anlaşar. Bax bu dediklərimə söykənib, mən də "Anama məktub”larla həmsöhbət olmağa çalışıram. Və elə buradaca etiraf edim ki, söhbətimiz alınır, çünki mövzu ikimiz üçün də doğmadı, həm məktub sahibinə, həm də o məktubu oxuyan mənə...

Əlimdə tutduğum beş məktubun təkcə ünvanı və yazanı eyni deyil. Burda eyni olan həm də ifadə olunan iç dünyadı, kağıza köçürülən düşüncələrdi, xitab edilən etiraflardı. Deməli, bu eynilik beş məktubun beşində də əvvəldən axıra kimi paralel, bəzən bir-birinə sarmaşmış halda yol gedir. Və adama elə gəlir ki, beş yox, əslində bir məktub oxuyur. Bu, məktub yazanın nə qədər səmimi olduğunu göstərən əsas şərtlərdən biridir. İkincisi, bu beş məktub ona görə bir məktub formasında görünür ki, o etirafı qəbul edən də həmin olduğu ucalıqda, durduğu mərtəbədədir, yəni, Ana mərtəbəsində, Ana ucalığındadır. Deməli, müraciət olunan Ana hər birimizin tanıdığı, sarıldığı, əlindən, ayağından öpdüyü İlahi varlıqdı. Bu Ana gözümüzü açıb necə görmüşüksə, biz övladlara necə yanaşıbsa, eləcə də həm evin içində, həm də çölündə necə yaşayıbsa, o ölçüdə-biçidə də durduğu ucalıqda övlad məktubunu birnəfəsə, kirpiyinin ucundakı yaşı əlinin arxasıyla silə-silə oxuyur. Və şəxsən mən həmin məqamlarda onun səsləndirdiyi "can bala”, "can oğul” pıçıltılarını da eşidirəm. Ayrı cür də mümkün deyil, çünki bunu məktubun səmimiyyəti, məktubdakı səmimiyyət mənə eşitdirir.

Bəli, beş məktubun birincisində oxucu, yəni mən oğul və ana personajları arasındakı dünyanın, məkanın, zamanın içərisində dayanıram, həm müşahidəçi kimi, həm də dinləyici kimi. Və elə bilirəm ki, bu müşahidə, bu dinləmə mənə öz anamdan, öz yaşantılarımdan gələn bir haqdı, çünki məktubun müəllifi elə bizim hamımız kimi, çox sadə, çox rahat, həm də bir ürək yanğısıyla, ana təşnəsi bir oğul sevgisiylə "Gözümün nuru, canım Anam! Salam!” – deyə, məktubunu yazmağa başlayır. Düşünürəm ki, bizim hər birimiz anamıza məktubu məhz bu cür başlayardıq. İkincisi, məktubun əvvəlində həm etiraf, həm də sual qarışıq bir cavab umma ərki də adamın qarşısına çıxır. Etiraf Anayadı, onun cismani tərkinin bu ocaqda, bu qoyub getdiyi ünvanda hər şeyin yerli-yerində olduğuna, nizamının pozulmadığına olan etiraf. Hətta bu, bir az hesabata da bənzəyir – Anaya məlumat verilir, ona bildirilir ki, sənin qoyduğun düzən pozulmayıb, hər şey sənin könlüncə olduğu kimidi. Hər yerdə sənin əlinin izi qalır. Üstəlik sual dolu o, bilgi almaq çaları da Tanrı dərgahında olan Ananın unudulmadığı, yaddan çıxmadığı, necə deyərlər, gözdən uzaqlığının könüldən də uzaq olması anlamını vermədiyi etirafıdı. Müəllif Ananı bilgiləndirir ki, biz də sənin yanındayıq, sənin ətrafındayıq, səni düşünürük, səni varlığımızda yaşadırıq. Ruhun bizimlədi...

Deməli, bax bu cür başlayan məktubun əvvəlində müəllif Ananın rəsmini də çəkir, onun cizgilərini, böyük Səməd Vurğunun təbrincə desək, "çadrasız, boyasız gözəlliyini” elə incələyir ki, şəxsən mən bunu yüzə yüz qəbul edirəm, çünki həmin o çalarları öz anamın timsalında bu gün də görürəm. Mən burada onu da diqqətə çatdırmaq istəyirəm ki, müəllifin rəssamlıq duyumu, bacarığı bu təqdim olunan cizgilərdə aydınca hiss olunur. Zənnimcə, bu da elə həmin o övlad sevgisinin qabartdığı bir təqdimat üslubudu. Yəni, sözlə rəsm bir-birini tamamlayır. Bu üslubda davam edən məktubun digər önə çəkilən məqamı Ananın, daha doğrusu, onun ruhunun narahatlığı, nigarançılığıdı. Müəllif bu nöqtədə Ananın iç dünyasından onun narahatlığını, nigarançılığını oxucuya çatdıran söz boxçasını açıb ortaya qoyur. O söz boxçası oxucuya kifayət qədər şərait yaradır ki, Ana narahatlığını, Ana nigarançılığını anlasın. Onun nədən qaynaqlandığını təkcə duymasın, həm də görsün.

Deməli, birmənalı şəkildə anlayırıq ki, övlad hansı yaşda olursa olsun, valideyn üçün uşaqdı və valideyn də o uşaq üçün həmişə bir əndişə yaşayır. Bunu birinci məktubda aydın şəkildə görmək və necə deyərlər, gördüyünə də inanmaq danılmazdı. Axı, Ana həmişə gözü, ürəyi övladın üstündə olmaqla onun ayağına dəyən kiçik daşın ağrısına qədər hər əziyyətini özünə çəkən bir maqnit kimi özündə toplayıb və sonda həmin ağrını öz ağrısı kimi yaşayan varlıqdı. Bunu, övladı Allah payı kimi qəbul edən Ana mütləq bu və ya digər formada büruzə verir. Onun ən kiçik bir hərəkəti, ən yanıqlı, ən təlaşlı bir qırıq cümləsi göstərir ki, Ana nələrdən keçir, nələri yaşayır, nələrdən göynəyir, nələr üçün sevinir. Əgər bu dediklərim oxuduğum məktubun içində təkrarlanırsa, mən bunu məktubdakı cümlələrin üst qatından alt qatına qədər hər yerdə görürəmsə, deməli, müəllif öz istəyinə çatıb, oxucu onun aurasına düşüb və ona inanır. Üstəlik, birinci məktubda gənc ailə üçün qurulan yuvanın görüntüləri sözlə ifadə olunur. Bu da çox səmimi və inandırıcıdı, özü də bu yuva neçə dəfə ünvan dəyişir. Tutaq ki, Naxçıvanda qurulub özünü təsdiq edib, özünü sevdirməyə başlayanda köç düşür ortaya. Bütün bunlar Ağdamda təzədən qurulmağa başlayır, sonra Bakıda. Bu prosesin özündə Ananın rəfiqəsi də, dostu da övladlarıdı, ailəsidi. Bunu müəllif deyir. Özü də elə səmimiyyətlə deyir ki, obrazı gözümün qarşısında olan Ananın bu mövqeyinə həm heyran oluram, həm də inanıram.

Adətən məktublaşmalarda bir hal-əhval tutmaq istəyi, missiyası əsas xətt olur. Bu məktublarda da belədir, lakin burada təkcə hal-əhval tutmaq yox, həm də xatırlatmalar var, həm anaya, həm də özünə. Belə ki, müəllif hər fikri dilə gətirəndə, yazıya köçürəndə bir sözdən, bir işarədən istifadə edir və vurğulayır ki, "Yadındadırmı?”. Bax, bu nöqtədə məktub bir az da xatirəyə çevrilir, çünki, o "yadındadırmı?”nın arxasınca təkcə anaya xatırlatmaları dilə gətirmir, həm də o xatirələr müəllif üçün də təzələnir, özü də o xatirələrin içərisində analı günlərinə - hadisənin baş verdiyi məkana üz tutur və beləcə məktub-xatirə oxucu üçün bir süjetli filmə çevrilir. Təbii ki, filmin hər iki qəhrəmanı cismən, ruhən ana-bala, valideyn-övlad sevgisinin işığında izləyənin, oxuyanın canına, qanına, varlığına hopur. Bununla da müəllif bir istəyini də gerçəkləşdirə bilir. O da Anaya olan sevgisinə iynə ucu boyda da şübhə yeri qoymamaqdı. Səmimiyyətə kiminsə etinasızlıq göstərmək istəyinə imkan verməməkdi.

Bəli, əvvəldə xatırlatdım ki, məktubların hər birində özəl nüanslar var. Bu nüansların içində biz valideynlərin özəl etirafları bəzən gizlədilsə də, dilə gətirilməsə də, bunun olduğunu hamımız çox gözəl bilirik, sadəcə demirik. Amma burada Ananın etirafı göz önündədi : "Yusif mənə Allahın öz payıdır!”. Göründüyü kimi, biz - şəxsən mən üç övladımın heç birinə daxilən sevgimin qədərini bildirən ölçünü büruzə vermirəm, söyləmirəm, amma yuxuda nurani bir insanın Yusifi ona bağışladığını söyləyən Ana digər övladlarının inciməyəcəyinə tam əmindir. Ona görə ki, onların sevgi payına toxunmur, onlardan kəsib, Yusifə olan sevgisinə əlavə etmir, sadəcə Ana səmimiyyəti ilə, Ana inancı ilə ürəyindəkini dilinə gətirir. Eləcə də ikinci məktubda məhz bu dediyim nüans Ana sevgisini ailədə, qohum-əqrəba arasında nizamlı şəkildə paylamaq, hər kəsə layiq olduğu qədər bağışlamaq məharəti vurğulanır. Üstəlik ömür-gün yoldaşına dayaq olmaq, onun qürurunu hər şeydən üstün tutmaq və evin kişisini də həmin mərtəbədə qayım-qədim olmaq, yaşamaq ruhunda kökləmək hər qadının bacarığı deyil. Ana bunu bacarır. Övladlarına da ataya bu cür baxmağı təkcə təbliğ və təlqin etmir, həm də onu övladlarında da bir borca, vəzifəyə çevirir.

Məktublarda bir məqam da diqqətimə "ilişib qaldı”. O da gəlin- qaynana-qaynata münasibətidir. Ana atasız böyüsə də ata adına layiq bir övlad kimi həmişə əxlaqı, böyük-kiçik yerini bilmək xüsusiyyətini özünə elə aşılayıb ki, necə deyərlər, südlə gəlibdi. Bu nümunəni o, ər evində də yaşadıb, cilalayıb. Ona görə də onun and yeri həm atasının adı idi, həm də qaynatasının. Ömrünün sonuna kimi müharibədən qayıtmayan atası Bəbirin "itkin canına”, bir də qaynatası İldırımın canına and içirdi. Bu, onun ürəyinin böyüklüyünə, valideynə olan sevgisinin sonsuzluğuna olan bir işarə idi. Ona görə də qaynata gəlini bir dəfə də olsun gəlin gözündə görmədi, onu doğma qızı saydı, doğma qızlarından çox sevdi. Hər sirrini, hər ağrısını gəliniylə bölüşdü. Məktub müəllifi etiraf edir ki, ağlımız kəsəndə bildik ki, Anam atası Bəbiri qaynatası İldırımın simasında ikinci dəfə tapıb. Burdan başlamışdı evdə də, ailədə də ata-övlad münasibətlərinin nizamlanması. Ana hər hərəkətiylə atanın böyüklüyünü, atanın zabitəsini, atanın kəsərini və evdə yerini uşaqlara diktə edir, vərdiş yaradırdı. Bu da övladların tərbiyəsində xüsusi bir üsuldu, yəni ana-ata bir-birinə ehtiramları, diqqətləriylə uşaqlarına da bunu aşılaya bilirlər. Üstəlik yazı adamları daha həssas olduqlarından bu məqama üzdə olmasa da, daxildə daha çox diqqət yetirirlər. Müəllifin yazdığı kimi, Əli İldırımoğlunun məqalələri çıxan qəzetləri xəlvətə çəkilib oxuyan Ana o qəzetləri, o yazıları müqəddəs bir şey kimi qoruyur, ona əl vurulmasına icazə vermirdi. Burda da Ana nümunə göstərirdi...

Mən oxuduğum məktubların önəmli tərəflərini özüm üçün qırmızı xətlə işarələyəndə onu da gördüm ki, müəllif Ananın qarşısında hesabat verərkən tez-tez elə ifadələrdən, elə təqdimetmə formalarından istifadə edir ki, oxucu Ananın həm cismən, həm ruhən yaşadığına inanır, çünki etiraflar elə formadadı, elə yoğrulub-yapılıb ki, onu ancaq qarşısında durduğun adam üçün edə bilərsən, yəni, etirafına anındaca münasibət bu məktublarda çox qabarıqdı. Zənnimcə, elə Ananın Cənnətdə, ruhlar dünyasında sevdiklərinin - atasının, anasının, qaynatasının yanında olmasına işarənin böyük Füzulinin adından istifadə etmək ştrixiylə səsləndirilməsi dediyim fikrə real nümunədir. Müəllif yazır ki, bu dünyada qovuşmayan Leyli və Məcnun ruhlar dünyasında bir yerdə olurlar. Elə birlikdə olmağın bir ucu da inanclarımızdan, inamımızdan doğan cümə axşamı məsələsidir. Axı inancımıza görə, dünyasını dəyişən əzizlərimizin ruhları cümə axşamları öz ocaqlarına qonaq gəlirlər. Ana da cümə axşamları ailəsinə baş çəkdiyi kimi, məktub müəllifi də onun məzarına baş çəkməyi unutmur. Və onların cümə axşamları dialoqları, söhbətləri oxucunu həm kövrəldir, həm düşündürür, həm də bu qarşılıqlı sevginin, bu qarşılıqlı əbədiyaşarlıq inancının qarşısında susdurur. Axı, həmin görüşlərdə də hal-əhval tutmaqla yanaşı etiraflar da göz önündə sərgilənir. Ananın evdarlığı, bir-birindən ləziz yeməklər bişirməsi, Novruz Bayramı hazırlığı, löyün-löyün şirniyyatlar... eləcə də hər kəsin adına bağlanan xonçalar, boxçalar, hər kəsə çatdırılacaq hədiyyələr... bütün bunlar Mərdəkan bağındakı tut ağacının dibində bütün ailənin bir araya gəlməsi, çırpılan tut, dərilən meyvələr, tüstülənən samovar... və nəhayət, bu məktublarda mənim üçün müəllifin, yəni, Yusif İldırımzadənin anasına olan böyük sevgini ifadə edən cümlə: SƏN CƏNNƏTDƏ DEYİLSƏNSƏ, BƏS KİM VAR ORDA?!! - hökmü demək olar ki, mən oxucuya hələ haqqımı ödəyə bilmədiyim heç ödəyəcəyimə də tam əmin olmadığım Anam qarşısında lal, boynubükük durmaq mesajıdı. Çünki bütün anaların yeri Cənnət, ayaqlarının altı Cənnət, ruhlarının yaşadığı yer Cənnət sayılsa da, Yusif müəllimin verdiyi hökm tamam fərqlidir. Bunu içinlə duymalısan, ruhunla hiss etməlisən. Və onda müəllifin hökmü məni, səni, bizi susduracaq, düşündürəcək.

Mən məktublarda ölümsüzlüyün mövcudluğuna şahid oldum. Müəllifin ifadə etdiyi bir məqam, yəni Ananın doğum günü və bu günə hazırlıq, onu qeyd etmək detalları məndə bu əminliyi yaratdı. Oxudum, gördüm ki, ailəni cismən tərk edən öz doğum günündə də ailəyə qayıdır, məclisdə öz yerində oturur, ünvanına deyilən sözləri dinləyir, əlindən öpülür. Bunu kimin necə qəbul edəcəyini düşünmədən deyirəm:

- Sevgi ölmür, illah da ki, Anaya sevgi!!! Deməli Ana da ölmür.

Müəllifin məktublarında etirafla yanaşı, bir bilgiləndirmə, informasiya vermə ustalığı da diqqəti çəkir. Bir növ, Ananın cismani yoxluğundan sonra baş verənləri, ailədəki yenilikləri ona çatdırmaq, ona söyləmək təkcə bir istək, bir məktub yazmaq üçün bəhanə deyil, əksinə bu, həm də olanları bölüşmək, olanlarla bağlı Anadan fikir öyrənmək niyyətini, məqsədini daşıyan yanaşmadır. Müəllf bu üsulla Anaya evin içindən xəbərlər çatdırır və onun bu xəbərlərdən məlumatlı olduğunu da söyləməkdən çəkinmir. Özü də vurğulayır ki, sən ruhən hər gün bu evdəsən, hər gün nələr baş verdiyini özün görürsən, amma mən bunları səsləndirməyi özümə borc bilirəm. İstəyirəm ki, bizim də səni düşündüyümüzü, səni bilgiləndirmək istədiyimizi nəzərə alasan, diqqətində saxlayasan.

Bəli, mən beş məktubdan ibarət olan "Anama məktublar”ı oxuyub bitirdikdən sonra bir xeyli susub qaldım, özümü, öz anamı düşündüm. Həmçinin anama yazdığım şeirləri, məqalələri xatırladım. Yəni, özümdən asılı olmadan bu məktublarla özümün və digər həmkarlarımın ana soraqlı, ana ünvanlı fikirlərini bir araya gətirdim, bir müstəvidə onları yanaşı tutmağa çalışdım. Gördüm ki, Yusif İldırımzadənin məktublarında bir oxucu kimi mənim müəyyənləşdirdiyim bir neçə xətt var. Onlardan biri Ana ilə hal-əhval tutmaqdı, ikincisi, anaya hesabat verməkdi, üçüncüsü ana qarşısında etirafdı, dördüncüsü Ananı bir qadın, bir xanım, bir valideyn kimi xarakterizə etməkdi. Beşincisi, Ananı bir gəlin, bir qaynana, bir nənə, bir ağbirçək kimi oxucuya təqdim etməkdir. Altıncısı, Ananın ölümsüzlüyünə, əbədiyaşarlığına oxucunu inandırmaqdı. Yeddincisi, Ananın ruhən hər gün evində, ailəsində olmasıdır. Və nəhayət, Ananın məhz ana mərtəbəsində, Ana ucalığında yaşamasıdır. Mən bunu bir az da obrazlı ifadə etsəm, Ananın himayəçi, xilaskar mələk olmasıdır.

Bax, bütün bu çalarları ilə mənə çox böyük təsir etmiş "Anama məktublar”ı oxuyub bu qənaətə gəlirəm ki, demək hələ biz övladlar Ana barəsində hər şeyi yazıb bitirməmişik. Hələ yazılası çox məktublar, açılası çox mətləblər var. Elə bu məktublar kimi...

Əbülfət MƏDƏRTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK