GÜNÜN LƏTİFƏSİ

Rayondan gələn bir kişi çörək zavodunda işə girir. Kollektivdə xeyli qadın olduğuna görə arvadı onu bərk qısqanır. Bir gün küçədə rast gəldiyi tanışı onunla hal-əhval tutandan sonra işi ilə maraqlanır:

- Allaha şükür, eşitmişəm Çörək zavodunda işə girmisən,  nə qədər alırsan?

- Əmoğlu, günümə iki çörək verirlər, o da axşam tikələyib arvada and içməyə gedir. 

Bu anekdotu oxuyanda yadıma ustad Seyran Səxavətin  rəhmətlik  qardaşı  Xanlar düşdü. O da rayonda yaşayarkən hər gün  çörəkçidən iki çörək artıq alırmış.

Çörəkçi soruşur:

- Xanlar müəllim, bu qədər çörəyi  neyləyirsən?
-

Heç, onun  ikisi  and içmək üçündü. 
 

TƏQVİM / ARXİV