SON DƏQİQƏ:

Tofiq Abdini bir balaca artıq sevmək

  36757   |  
Şriftin ölçüsü  
İndiki uşaqlar üçün sentyabrın 1-i adi bir gündü. Təqvimdəki adi günlərdən heç nə ilə fərqlənmir. Nemeslərin andını içə bilmərəm, amma sovetlərdə bu günün əməlli-başlı hörməti vardı. Səhər açılınca kitab-dəftər dolu çantanı götürüb qaçırdıq məktəbə. Üç ayın həsrətinə beləcə son verilirdi. İndi məktəb yaşlı uşaqlar bu sevinci yaşamaq üçün hələ 15 gün də gözləməlidi.
   
   Nə yaxşı ki, Tofiq Abdin var. Sentyabrın 1-ni urvatdan düşməyə qoymur. Bir-birindən maraqlı şeirlər, publisistik yazılar, köşələr yaradan Tofiq abi hələ məktəbdə oxuyanda, daha dəqiqi, komsomola keçəndə müqəddəs bir yalan uydurub. Deyib ki, sentyabrın 1-də dünyaya gəlmişəm. Nə yaxşı ki, Salyanda gələcək şairin sözünə inanıblar.
   
   Yaxşı ki, inanıblar. Dost-tanış da özünü inandırmağa çalışır ki, şair məhz sentyabrın 1-də dünyaya göz açıb. Kitab-dəftər dolu çantadan yapışıb məktəbə qaçmaq yaşımız çoxdan, lap çoxdan keçdiyindən indi təqvimdəki bu gün çəngəl-bıçaq götürüb Tofiq Abdinin ad gününə toplaşırıq.
   
   Belə məclislərin vazkeçilməz təşkilatçısı olan Tofiq abi masadakılara özünü təqdim etməyə ehtiyac görmür. Çünki bir zamanlar
   
   
   
    Bir eldə doğuldum
   
    Mərkəzdən uzaq,
   
    Üz tutub bir böyük şəhərə gəldim.
   
    Başımı soxmaqçün gəzdim künc-bucaq
   
    nə bir soyuq bildim, nə isti bildim-
   
    Döydüm bir qapını, dedim ki: mənəm-
   
    Gəlin tanış olaq, Tofiq Abdinəm!-
   
   
   
   deyən Tofiq abinin indi belə uzun-uzadı giriş verməyə ehtiyacı yoxdu.
   
   İndi şairin ovqatı tamam özgə bir ovqata misraya köklənib:
   
   
   
    Dostlarımız,
   
    tanışlarımız
   
    yaşıl budaqlar kimi budanır
   
    ölümün baltasıyla.
   
    Küsülü adamlar kimi
   
    barışa bilmirik
   
    dostlarımızın yasıyla.
   
    Ümid edirik
   
    bizdən yaşlılar var.
   
    Bu qışdan,
   
    bu vuruşdan çıxa bilsək
   
    gəlir yaz.
   
    Biz hələ qocala bilərik bir az!
   
   
   
   Bu gün abimiz Tofiq Abdinin doğum günüdü. Hər halda biz şairin uşaq yaşlarında uydurduğu yalana inanırıq. Sevinirik ki, abi hər il sentyabrın 1-ni bayram kimi qeyd etməyə bizə imkan yaradır. Təqvimdəki bu günü urvatdan düşməyə qoymur.
   
   Tofiq abi, yalan nə yazım, biz səni çox sevirik, lap çox. Həmişəcavan dostumuz və gözəl şair olduğun üçün bəlkə bir az da artıq sevməliyik. Şairləri bir az da artıq sevməklə yaxşı şairin ömrünü bir gün də uzatmaq olar. Tofiq abi, sən özün demişkən:
   
   
   
    ...Biz onları bir balaca artıq sevsək,
   
    Yox, elə lap başqasıtək sevə bilsək
   
    Yaxşı şairin ömrü
   
    bəlkə uzanar bir gün...
   
   
   
    Tofiq abi, qoy ömrün bir az da uzansın. Bir az da, bir az da... Qoy sentyabrın 1-ni hələ çox bayram edək. Çox, lap çox...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK