Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər
Finlandiyanın məşhur Turku arxipelaqının regional turizm şurası qeyri-adi bir iş elanı yerləşdirib.
Adalet.az xəbər verir ki, qurum bölgəni gəzərək yalnız onun qoxularını hiss edəcək və bu təcrübəsini sosial media vasitəsilə dünya ilə bölüşəcək “rəsmi qoxu tədqiqatçısı” axtarır.
Turizm rəsmilərinin fikrincə, hər bir məkanı foto və ya video ilə nümayiş etdirmək mümkün olsa da, ərazinin ab-havasını və qoxusunu çatdırmaq çətindir. Məhz bu səbəbdən seçiləcək namizəd 2027-ci ilin may və ya iyun aylarında arxipelaqa səfər edərək 5-7 gün ərzində dəniz havasını, şam meşələrinin, ənənəvi saunaların və təzə bişmiş çörəklərin ətrini duymalı, bu təəssüratlarını video silsiləsi şəklində sosial şəbəkələrdə təqdim etməlidir.
Bu xoşagələn fəaliyyət üçün uğurlu namizədə 2000 avro (təxminən 3800 AZN) maaş ödəniləcək, həmçinin onun bütün səyahət və yaşayış xərcləri qarşılanacaq.
İş elanı üçün son müraciət tarixi 25 oktyabr olaraq müəyyən edilib. Namizədlərdən qoxu üzrə xüsusi peşəkar təlim keçmək tələb olunmur. Lakin onların Finlandiyada işləmək icazəsinin olması, kameradan yaxşı istifadə bacarığı və “İnstagram” və ya “TikTok”da qoxuları təsvir edən qısa videolar paylaşaraq müraciət etmələri şərt qoyulub.
Digər Xəbərlər
14 Oktyabr 2026 08:07
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
14 Oktyabr 2026 07:20
İrana qarşı yeni bir əməliyyat ehtimalını müzakirə ediblər
14 Oktyabr 2026 07:19
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
14 Oktyabr 2026 07:16
100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
14 Oktyabr 2026 07:10
Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
13 Oktyabr 2026 23:28
“ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni hərbi zərbələr endirilməsi ehtimalı var...”
13 Oktyabr 2026 23:00
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
13 Oktyabr 2026 21:20


Bakı -°C

