Məktəbli formasına görə asayişi pozanlar HƏBS EDİLDİLƏR
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.
Adalet.az Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.
Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.
Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.
Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.
Məhkəmələrin qərarı ilə həmin şəxslərin bir neçəsi 1 ay, 25 və 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Digər Xəbərlər
14 Oktyabr 2026 07:10
Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri
14 Oktyabr 2026 07:00
Bakı–Pnompen münasibətləri: siyasi dialoq və strateji əməkdaşlıq imkanları
13 Oktyabr 2026 18:16
Bu yollarda TIXAC VAR- SİYAHI
13 Oktyabr 2026 17:41
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
13 Oktyabr 2026 16:47
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
13 Oktyabr 2026 13:42
Sevinc Fədai: “Cəmiyyətdə sağlam dəyişikliklər yaratmaq üçün maarifləndirməyə ehtiyac var”
13 Oktyabr 2026 12:58
Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqləndi
13 Oktyabr 2026 12:32


Bakı -°C

