adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 21:10
72
MƏMLƏKƏT
A- A+

 Deyirlər meyvələr ucuzlaşacaq...

Onda nə gözəl olar! Amma biz çox şeyin hər gün olmasa da hər ay bahalaşdığını görürük. Görürük  ki, tez-tez ətin, yağın, qəndin, çayın, şirniyyat məhsullarının qiyməti artır! 

Belə olan halda , təbii ki, meyvələrin də qiyməti ucuz olmayacaq! Payızın öz meyvələri var! Yəni payızın alması var, armudu var, şaftalısı var, xurması var , üzümü var... Və saymaqla qurtarmayan meyvələri var! İndi bazalarda bu meyvələr müxtəlif qiymətlərə  satılır!  Bu gün 8 Kilometr bazarında adını çəkdiyimiz meyvələr münasib qiymətlərə satılır!

Satıcılar deyir ki, 5-10 gündən sonra qiymətlər bir qədər də aşağı enəcək! İndi sitrus meyvələr də  bir o qədər baha deyil! Məsələn, mandarinin bir kiloqramı bir manatla, bir manat  əlli qəpik arasındadır. Bu məhsulların da qiymətinin ucuzlaşacağı deyilir!!! Bir sözlə, ucuzluq olasa, insanlar da sevinər!!!

Emil FAİQOĞLU