SON DƏQİQƏ:

BƏDNƏZƏR

  27004   |  
Şriftin ölçüsü  
Biri çətinə düşəndə və işləri alınmayanda o dəqiqə həmin adam fikiləşir ki, nəsə uğursuzluğa düçar olub. Bir ağıllı dostum həmişə deyərdi ki, qapını dərd döyəndə heç də özünü itirmə. Qapını-pəncərəni aç, qoy o dərd gəlib içəri dolsun. İçəri dolandan sonra günlərin birində həmin dərd elə gəldiyi kimi də geri qayıdır.
   
   Sadəcə olaraq, hansı insan ki, bu dərdi qarşılamağa, onu dəf etməyə hazır olub, bu dərd, bu kədər heç vaxt onu əyə bilmir. Düzdür, istənilən adamın sıxıntısı, çətinlikləri və stresli anları olur. İradəli, bir az da mübariz olan insanlar onu müəyyən zaman kəsiyindən sonra dəf edə bilirlər. Şəxsən mən bu cür insanları alqışlayıram.
   
   Qayıdaq bədnəzərlə bağlı deyəcəyimiz fikirlərin üzərinə. Bu bədnəzər elə bir şeydir ki, ondan heç vaxt yaxa qurtarmaq olmur. Həmişə də deyirlər ki, insan özünü bədnəzərdən qoruya bilsə o, bir çox çətinliklərdən çıxmış olar. Amma bədnəzərin özünə məxsus xüsusiyyətləri var. Bir neçə gün bundan əvvəl bir qonşum evini təmir elətdirirmiş, elə bu vaxt yaxınlarından biri onun qapısını döyür. Gözlükdən baxıb görür ki, qapısını döyən adam üçüncü mərtəbədə yaşayan qonşusudur. Qapını açır və qonşusu ilə salamlaşır. Sonra da deyir ki, ay qonşu, xeyir ola bizə gəlməkdə? Qonşu da əzilib büzülə-büzülə bildirir ki, xeyir olmamış nə var. Gördüm ki, ev təmir elətdirirsən gəldim sənə xeyir-dua verəm. Bir də zəhmət olmasa, ustaların sənin işini qurtarandan sonra gəlib mənim eyvanımda bir balaca təmir işləri var onu görərlərmi? "Əlbəttə, nə lazımdı ustalara deyərəm gəlib sənə kömək edər" - deyə qonşuya ev sahibi cavab verir. Heç üç dəqiqə keçməmiş, pəncərənin şüşəsi sınır, həmin qonşu gedən kimi ustalardan biri yerə yıxılır və qılçı sınır. Bax, bu bədnəzər deyil bəs nədir?
   
   Adətən belə adamlara deyirlər ki, filankəsin gözündə nəsə var. Yəni onları nəyə baxırlarsa, istər-istəməz hər hansı bir şeydə bir dəyişiklik baş verir. Elə bizim qonşular gözündə olan bədnəzər sahibindən çox vaxt yayınmaq istəyir. İlanın zəhləsi yarpızdan gedər, o da gəlib bitər onun yuvasının ağzında. Bizim qonşular da canını bu adamdan qurtarmaq istəyəndə bədnəzərli adam da bir də görürsən ki, onun qabağına çıxır.
   
   Bədnəzərə gəlməmək üçün çox vaxt el arasında deyirlər ki, belə olan hallarda ya evdə üzərlik yandırın, ya da bir az duzu götürüb həmin adamın başına fırlayın, sonra da atın sobanın üstünə. Guya deyilənlərə görə, belə eləyəndən sonra bədnəzərdən xilas olmaq mümkündür. Hər halda, insan çox şeyə böyük inamla yanaşır. Bəzən elə fikirləşir ki, ətraf mühitdə hər hansı təhlükədən qurtarmaq üçün bir balaca ehtiyatlı olmalıdır. Amma elə hadisələr, elə olaylar və elə şeylər var ki, bu insan iradəsindən asılı deyil. Tutaq ki, biri evdən çıxanda harasa tələsir və yolda avtomobil qəzasına düşür. Həmin adam fikirləşir ki, bəlkə də evdən çölə çıxmasaydım bu qəza başıma gəlməzdi. Bir çox inancı olan adamlar isə hər hansı bədbəxt hadisəni, olayı bədnəzərlə əlaqələndirir. Məsələn, deyir ki, mən səfərə gedəndə filan qonşu qarşıma çıxmasaydı işlərim belə alt-üst olmazdı. Ancaq bir çox halda zərurətdən təsadüf doğur.
   
   Həyatımızın böyük bir hissəsi təhlükə, stress və gərginlik içərisində keçir. Aydındır ki, hər bir insan özündən asılı olan və asılı olmayan səbəblər üzündən bir çox halda gözləmədiyi şok anlar yaşayır. Həmin anları yaşayan insan istər-istəməz belə məqamlarda nəyəsə inanır və çıxış yolu axtarır. Çıxış yolu isə hər bir adamın öz iradəsindən, mübarizliyindən və xarakterindən asılıdır. Adətən zəif iradəli və psixoloji cəhətdən depressiyaya məruz qalmış insanlar belə anlarda çətinlik içində yaşayırlar. Sadəcə olaraq bir qədər dərindən fikirləşəndə görürsən ki, hər şey Allahın iradəsindən və köməyindən asılıdır. Allaha sığınan və Allaha pənah aparan insanlar bütün hallarda çətinliklər burulğanından asanlıqla çıxa bilirlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK