adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2021 12:45
1437
SİYASƏT
A- A+

“Hraparak” ictimaiyyəti şoka saldı: Ordunun Zəngəzur bölgəsindən çıxarılması ilkin şərtdir...

44 günlük müharibədən sonra Ermənistanda bəzi qüvvələr hələ də baş verənlərlə razılaşmır. Yadınızdadırsa, bir neçə ay əvvəl  erməni politoloq Qaqik Hambaryan bu xüsusda fikir  bildirmişdi: “Gözlənildiyi kimi, 10 noyabr biabırçı kapitulyasiyası, Sünikin sərhəd yaşayış məntəqələrinin yaxınlığından erməni mövqelərinin çıxarılması və onların azərbaycanlılara ötürülməsi ilk qaranquşlar idi ki, Bakı Ermənistanın cənub bölgələrinə qarşı hansı siyasəti yürüdəcək. Azərbaycanlı əsgərlər keçmiş erməni mövqelərində möhkəmləndikdən sonra ermənilərin özlərini təhlükəsiz hiss etməməsi üçün hər şey etməli idilər".
 
Adalet.az xəbər verir ki,  Ermənistanın “Hraparak” nəşri öz mənbələrinə istinadla maraqlı bir məlumat yayıb.
“Demarkasiya və delimitasiya prosesinə başlamaq üçün ilkin şərt ordunun Zəngəzur bölgəsindən çıxarılması, yəni Zəngəzurun demilitarizasiyasıdır” yazan nəşr daha sonra fikirlərinə bu sözləri də əlavə edib:
 “Baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son mətbuat konfransında imzalanacaq demarkasiya və delimitasiyası üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılıq olacağını, mühüm məsələlərin isə danışıqlar zamanı müzakirə olunacağını bəyan edib, lakin bəzi dairələr artıq sənədin bəndlərini müzakirə edirlər”, - deyə qəzet yazıb.

 


 Yeri gəlmişkən qeyd edək ki, hələ bu ilin fevral ayından Zəngəzur bölgəsinin (Sünik) erməni əhalisi narahatçılıq keçirdiyini dəfələrlə dilə gətirib. Hətta Sünik vilayətinin keçmiş başçısı Surik Xaçatryan  deyirdi: “Hörmətli süniklilər və İrəvanda yaşayan həmvətənlərim, Sünik təhlükə altındadır, o, hissə-hissə əzəli rəqibimizə verilir. Mənfur və xain hökumətin əli ilə Sünikdən bəzi hissələr azərbaycanlılara bağışlanıb və bu çirkin sövdələşməyə qarşı çıxmasaq, çox tezliklə bütün Sünik onların nəzarəti altına keçəcək. Hamımız da bilirik ki, Süniki Azərbaycanın tərkibində görmək istəyi rəqibin ən böyük arzusudur”. 

Başqalarının torpağını qəsb edim"mənimdir" demək hələ o torpağın sahibi olmaq demək deyil.


 Əntiqə Rəşid