"Mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir" - Nazir
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir".
Adalet.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” adlı konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına xüsusi yanaşma müəyyənləşdirilib:
"Konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də geniş ictimaiyyətin bu prosesə cəlb olunması ilə bağlı sistemli yanaşma öz əksini tapıb".
Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində, xüsusilə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə, eləcə də beynəlxalq miqyasda bəşəri irsin qorunması istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Mədəniyyət naziri sürətli urbanizasiya prosesində tarixi binaların və dini abidələrin orijinal görkəminin qorunmasının vacibliyinə də toxunub. O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Ekspert Şurası və aidiyyəti qurumlar tərəfindən elmi-mühəndis yanaşmaları əsasında tarixi irsin müasir infrastruktura inteqrasiyası təmin edilir. Çıxışının sonunda A.Kərimli tarixi-dini irsin qorunmasının cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayaraq aidiyyəti qurumları, alimləri və dini icma nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 10:27
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı - VİDEO
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45


Bakı -°C

