adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 11:40
41
GÜNDƏM
A- A+

Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Adalet.az xəbər verir ki, Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gözəli əvəz edib.

Xatırladaq ki, Əhməd Gözəl 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində "Azersun Holdinq"in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin "Qarabağ" Futbol Klubunun prezidentidir.

"Azərbaycan Sənaye Bankı"nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla "Anadolu Investment Company" MMC-dir./Apa