adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2021 13:04
2268
ƏDƏBİYYAT
A- A+

RƏHMƏT BABACAN

Rəhmət Babacan (Rəhmətcan Babacanov) 1998-ci il dekabr ayının 19-da Xarəzm Vilayətinin Şavat rayonunda anadan olub. Urqanç İctimai-İqtisadi Kollecini bitirib. Hazırda “Kitab dünyası” qəzetində özbək ədəbiyyatı şöbəsinin redaktorudur.

URQANÇA SƏFƏR

Baxıb getməkdədir əsrim ilbəil,
Miladi məhəbbət, hicri məhəbbət.
- Urqançda gün görən intizar könlüm,
Bir səni axtarıb, bir səni, fəqət.
-Amma ağır gələn qəmdə yetişmək.
Özünü hər kəsə yetirər hər an.
Birgə gülə bilmək, birgə ötüşmək.
Bir şəhərdə olub görüşməmək var,
Bir şəhərdə olub, ayrı düşmək var.

Ruhidən qayğısın eyləyib sürgün,
Məsrurluq geydirib sonra gələn rəng.
Yara gedən yola tutmayıb üzün,
Köhnəlmiş olsa da, yaddadır Urqanç

Hələ  almamısan şadlıq  anını,
Min olan ləhzədən tək bahar anı.
Adıma qoşmadım Yarın  adını,
Nə Dişan qalanı, nə də Uçanı.

Mən səni kəşf etdim... Yox, əvvəl ondan,
Ağır günlərinin saçı ağardı.
Ömürdən günlərim uçdu – dərbədər.
İndi anlamışam, bəlkə o zaman,
Mənim hisslərimi duymazdı şəhər,
Oğuz ləhcəsində yağış yağardı.

Sən orda oyaqsan, mən burda oyaq.
Sən orda sakitsən, mən dincəm burda.
Bu yalan ömürdə bir düz var ancaq –
Mən səni axtarıb, tapmışam orda.

2

Hüzurlarından danış,  hər açılan səhərdə,
Bu yerləri ikimiz, qoşa gəzib dolaşaq.
Yeddi aləm könlümdə, könlünlədir bu yerdə,
Mənim ruhumdan sənin ruhuna bir yol açaq.

Köksündə zərrə qədər qərar tutmasın həsrət,
Axırda yola çıxaq, gedək eşqə sarı biz.
Gördüklərini dastan etsin bu şəhər – həzrət,
Şeirə dönsün burda bizim ürəklərimiz.

Həyatına günəştək girmək olmazdı əzab,
Qələmindən nur yağa, ola səxalı dahi.
Bizim bu eşqimızə sona qədər ola bab,
Yazı bağışlayardı sənə Munis, Agahi.
Qismət - bizi bir edən, o xoş, o gözəl dəmlər,
Daha güclü olacaq arzuların, həm əhdin.
Qırx günü dayanmadan şadlıq edər adamlar.
Qırx günə təntənəsin başa çatdırmaz bəxtin.

Bu yalan ömrümdə bir həqiqət var –
Mən səni axtardım, mən səni tapdım...


***
Soy adım: Qəmoğlu... Varlığım: miras,
Cənnətdən atılıb,  gəldim atadan.
Aşiq-məşuqların qismətinə xas -
Mən özüm xətayam, sən də xətasan.

Həyatım: Qarışıq... Sonsuz dərd-xətər,
Ruhuma toxunma - günah meyvəsi.
Yaşaram həsrətin işgəncəsində.
Qəm yeyib adınıçəkib hər səhər,
Axtardım qəm dolu gecələr boyu.
Əzab anladığı dərd ləhcəsində.
Gözün – məni görməz, qayğışəvəsi.

Özün tapa bilməz bahar əyamı,
Özünü unudar dərdli payız həm.
Sənə xəyalımı  de, çatdırarmı, 
Aramsız dərdlərdən danışan qüssəm.

Bəla üçün vermə məni qabağa,
Köksüm doyub gedər olsa bu candan.
Sənsiz tənhalığa ağayam, ağa,
Sənsiz duyğulara mənəm sərgərdan.

Asiyəm, ürəyim bəxt istəyən gün,
Cənnətdən qovuldum... Eşq – cənnət mənə.
Məni qəbul eylə, ey dünya, mümkün –
Məni qəbul eylə, ey Havva nənə!

***

Qorxmadım deyirsən, yox, hamsı yalan,
Axşamlar  ağlarsan, gələrsən zara.
Duyarsan: dünya top, sonsuz asiman,
Yanıma dönməyi istərsən sonra.

Qucağa atılıb çıxmadın, yürü,
Ruhunu ağrılar vurub, alıbdır.
Saçların darıxar çiynimdən ötrü,
“Bəlkə söyləməyə sözü qalıbdır”...

-Xəyalımda: balam, sevinib durub,
Əriyir sinəmin daşı, buzları.
Sevinc bəxş etmirsən, təşrif buyurub,
Sayıram ötüşən avtobusları.

De, mənim olmayan bəxti neynərəm,
Dan yeri açılsa, evə gedərəm.
Onda bəlkə olmaz qəmli gözüm yaş,
Həsrətin önündə əyməz idim baş.

Qismət yol açıbdır ali qədərə,
Şeirlə oxşanar gecəm, biləsən.
Göz yaşın üstündən gülər şəhərə,
Bu dəm haralarda,  kimlər iləsən? 

Mehirə, sevgiyə, bir sözə dursam,
Əzilmə, üzülmə  əzab dilənsəm.
Sinəmdə alovlar  ona baş vursam,
Etibar etməyin gözdə yaşıma,
Ən son çəkişməmdə  xeyri yox, yəni,
Tanrı çıxarmayıb səni qarşıma -
Mənim əzabımdan əzab çəkəni.

***
Mən yoxam, yuxumda mənsiz darıxıb
Zəif ayrılıqdan yaralanar söz
Qapıya başını vurub, ağrıdıb,
Sənin kandarında qalıbdır payız.

Baharı ötürüb yola düşməz bağ,
Quşlara çiynini tutmaqda ağac.
Və hamı hamıya açmaqda qucaq,
Və hamı hamıya etməkdə əlac.

Xətalar sözlərin hamsın uçurar,
Ağırlıq – şeirlə alınan qandır.
Yada salmasan da səni bağışlar,
İllər ötüb keçər, ötən zamandır.

Mən yoxam, yuxumda var olsan əgər,
Dəyişməz bir anda heç hikmət, dua.
Həmişəki kimi, canlanar şəhər,
Daim olduğutək, işində dünya.

Can təslim edərmi, yalqız qalan ruh?
Gözlərin darıxar,  ürəyində ah.
Bircə istəyim o – mən varam, ya yox,
Səni incitməsin heç zaman Allah!..

SAKİTLİK

Təklik illərində hərdən yanılıb.
Bu adam unutdu öz adını da.
İndi onun üçün baş əymək – adət
Diz çökməyi isə - ali bir qida.

Ruhunun içində oynar qara dərd,
Ürəyinə axar, doluşar zəqqum.
İndi onun üçün  sinəsin ovub,
Əyilib yaşamaq daha xoş, mühüm.

Onun əhvalına acıdım sakit,
Gözlərində qayğı tutub sıra, səf.
İndi onun üçün həyat lənətdir,
 Ancaq ölüm isə şərəfdir, şərəf

2

Yaxşı tanıyırlar onu hər yerdə,
Onun qəlbi açıq, eldə bir olub.
Əzab yandırmadan ürəyin hələ,
Hicran daşımaqdan bəlkə yorulub.

Onu qarşılayar işdəkilər, ev,
Şəhərin var-yoxu,  iki duracaq.
Lovğa geyimlərə cəsədin  büküb,
 Ağzında siqaret o sovuracaq.

Dərdləri bolluca, təşvişi maldır,
Qəmidir başqası sığallanarsa.
Alçalır adamın alqış səsindən,
Məhəbbət haqqında mahnı oxunsa.

 Yetər, yadlaşdırmaq gərək, qisməti,
Öz yerini bilə  (dözüm tükənə).
Dağlar arxasına çəkilə boran,
Buludlar ardından günəş  diksinə.


3

İçəri –məvhumdur, içəri -  doğru,
Çöldə yalan yaşar suya bərabər.
Gözdən içəridə yol yaşa qədər.
Tordan içdəki yol savaşa qədər.

Sözdən içəridə daşa qədər yol,
“Mən”dən içəridə “sən”ə qədər yol.
Lazım olan yolu tapmaq çətindir,
Yol vardır, yeri get, özünü yetir.

Könüldən-könülə, addımbaaddım,
Daim qəflətdəmi günlər düzümü?
Yox, gecə çəkilməz, dan yoxa çıxar.
Hamı içəridə gəzər özünü.

Çöldə kimlər isə özün itirər
Bir gün o da gələr, söyləyərək gül.
Bir sirri açar o gözdən kənara:
Ölümə aparar çöldə olan yol,
 İçdəki yol gedir Pərvərdigara.


Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu