adalet.az header logo
  • Bakı -°C
04 Iyun 2026 17:09
80
GÜNDƏM
A- A+

Əlli nömrəli avtobusda...

Yol hərəkəti qaydalarını pozan bir çox sürücülər var. Və onların məsuliyyətsizliyi üzündən tez-tez qəzalar baş verir. Nəticədə ya kimsə ölür, ya xəsarət alır, ya da avtomobilə ziyan dəyir. Burdan belə bir məntiqi nəticə  çıxarmaq olur ki, hansısa, sürücü yerində deyil və səhlənkarlığa yol verib!

Bu mənada 50 nömrəli marşrutda sükan arxasında əyləşən bəzi sürücüləri öz üzərinə düşən məsuliyyətə səhlənkar yanaşırlar. Bir neçə gün əvvəl həmin marşrutda hərəkət edən avtobusun sürücüsü sükan arxasında ölarkən körpünün altından Babək prospektinə çıxarkən  nəqliyyat vasitəsini saxlamadan və sağa baxmadan yüksək sürətlə həmin yola çıxdı. Az qala sağ tərəfdən gələn maşınla toqquşmuşdu və xoşbəxtlikdən  heç bir hadisə  baş vermədi . Sürücü körpünün altından yola çıxan kimi yenidən avtobusu yüksək sürətlə idarə etməyə başladı.

Avtobusdakı sərnişinlər bir ağızdən onun bu hərəkətinə etiraz edib dedilər ki, aşağıda qəza vəziyyəti yaratdın , indi də maşını sürətlə sürürsən. Nədir, bizi öldürmək istəyirsən, sən sərnişin aparırsan ey, tikinti materialları daşımırsan? Sərnişinlərin bu sözlərindən sonra sürücü avtobusu normal sürətlə və təhükəsiz idarə etdi!

Əgər sərnişinlər vaxtında etiraz etməsəydi, bəlkə də o, qəza törətmişdi! Ona görə də 50 nömrəli marşrutun sahibə  sürücülərin nizam- intizamna  nəzarət etməli, onları maarifləndirməli və yol hərəkəti qaydalarını pozanlar  növbə  buraxılmamalı, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə olmasa , bəzi intizamsız sürücüləri  islah etmək mümkün deyil!!!

Emil FAİQOĞLU