SON DƏQİQƏ:

Bərdə qətliamı: Yanmış və parçalanmış cəsədlər,  suya qarışıb axan qan, bir də qan qoxusu: Şahidəm!

  669   |  
Şriftin ölçüsü  

28 oktyabr Azərbaycan xalqının yaddaşına yeni bir qara təqvim kimi yazıldı. 

Adalet.az xəbər  verir ki. bu gün Bərdə qətliamının bir ili tamam olur və şahid olduğum o qətliamın ağırlığını oxucularıma bir şahid olaraq çatdırmağı özümə borc bilirəm .

28 sentyabrdan Quzanlıda internet tamamən kəsilmişdi. Yazıları redaksiyaya, gedib Bərdədən- qohum-tanışın evindən göndərirdim. Həmin gün Bərdə Mərkəzi Xəstəxana ilə üzbəüz yerləşən “köçkün binası”na getmişdim. Qonaq getdiyim Ağdam rayonun Göytəpə kəndindən olan Asif Əsədovun binanın həyətində kiçik bir “finski “ ev- taxtadan otağı vardı . Orda həm də, Göytəpə ərazi icra nümayəndəliyi kimi də istifadə olunurdu. Kənan Yusiflinin iş otağı. Birinci yazını ordan göndərdim. Redaksiya ilə əlaqə saxlayıb bir azdan ikinci yazını da göndərəcəyimi dedim. Işimə fasilə verib binanın həyətində topalaşmış camaatın yanına yaxınlaşdım. Həmin gün hava günəşliydi, xoş idi. masmavi olan göyün üzərindən arabir topa-topa ağğappaq amma seyrək buludlar ötürdü. Uzaqdan atışma səsləri gəlməsəydi müharibə olduğu hiss olunmazdı.

 

Atışma səsləri Ağdam və Tərtər tərəfdə  getdikcə artırdı. Ötən gün Qarayusli kəndinə mərmilər düşmüş insanlar həlak olmuşdu deyə hamı arxayın idi ki, bu gün ermənilərin ağır artilleriyasının yönü  Bərdəyə tərəf tuşlanmaz. Bu səbəbdən Bərdədə sakitlik idi hər kəs öz işinin-gücünün arxasınca düşmüşdü.  Mağazaların bir çoxu açılmış, yanından ötüb gəldiyim “İrşadTelekom” , onunla üzbəüzdə yerləşən aptek, bərbərxanalarda açıq idi.

 


  Bərdədə bir arxayınçılıq, bir əminamanlıq hökm sürürdü, deyə Ağdam və TərtərBərdəyə pənah gətimişdilər. Onların  xeyli hissəsi isə bu məhləyə yığışıb gəlmişdilər. Atışmanın dayanmağını gözləyirdilər ki, yenidən evlərinə dönsünlər. Orda Tərtərli gənc ana ilə söhbət edirdim. Serebral iflic olan, yerimə əngəlli 9 və 11 yaşlı iki övladının yanında oturub dərdindən, çəkdiyi əziyyətlərdən danışırdı.  Həmin dövrdə hərbi geyimdə idim və sadə camaata elə gəlirdi ki, cəbhədə olub-bitəni bilmək, üstəlik onlara çatdırmaq da borcumdu. Əlbətdə, cəbhədə nə olub bitdiyi haqqında onlardan çox bilməsəm də, özümdən nağıllar quraşdırmaq məcburiyyətindəydim: Ordumuz erməninin bir batalyonunu məhv edib, komandirlərini generallarını partladıb, maşınlarını göyə uçurub. Ordumuz lap birinci Polad Həşimovun qisasını alıb” Allaha and olsun, bu sözləri özümdən uydururdum, camaatın ordumuza,  qələbəmizə  olan inamını möhkəmlətməkmək məqsədi daşıyırdı. Həmin vaxtlar şəhid tabutlarının evlərə intensive gəldiyi vaxtlar idi və belə sözlər lazım idi. (Ordumuza qurban olum, sən demə mənim uydurma dediyim sözlər əslində olubmuş, əslində ötən gün Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

 

Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da vardı. Ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan məhv edilib. Belə ki, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabiti də məhv edilmişdi.)   

Artıq günortaydı.  Yerimdən qalxıb “finski  “ofisə” getmək diğər yazını göndərməyə tələsdim. 

Cəmi iki-üç addım atdım. İlk “Smerç” “köçkün binası”nın 50 addımlığına - “ İrşad Telekom” mağazasının düz qarşısına düşdü. 


 Hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket  düşdü Qəlpələr göydən yağış kimi məhləyə yağdı. Mərminin səsi elə dəhşətli idi ki…qəlpələr yaxınlıqdakı şiferdən olan damların üstünə dolu kimi yağırdı. Qadınların uşaqların qocaların  çaşqınlığı, həyəcanı, qışğırığı, səsi  bir anda məhləni başına götürdü.  İlk mərmi ilə 2-ci mərminin arası bir dəqiqədəndə az çəkdi.Yenə qəlpələr yağışa döndü. Təxminən “İrşadTelekom”un həndəvərindən alovla birgə qapqara tüstü göyə bülənd oldu.


Tez telefon əlimdə hadisə olan yerə tərəf yüyürdüm. Polis mərmi düşüb yanan maşına yaxın buraxmadı. Qaça-qaça yenidən binaın həyətinə döndüm. Camaatın arasına çaxnaşma düşmüşdü. Oğlu, əri, qardaşı evdən çıxıb, iş dalınca, yaxud bazara, şəhərə gedən qadınların həyəcanlı bağırtıları, ağlaşmaları, qışqırıq səsləri həyəti başına götürmüşdü. Üçüncü mərmi “Pajarnı”deyilən yerə,şəhəri ikiyə bölən çayın o biri sahilinə düşdü. Səsdən , vahimədən şoka düşmüş, çaşqınlıq və stress içərisində olan camaatı zirzəmiyə yığmaq lazım idi. Orda Asif və Etibar Əsədovlarla birgə qocaları uşaqları, qadınları bir təhər zirzəmilərə yığa bildik. Bir ani epizodu unuda bilmirəm: Uşaqları şikəst olan ana onların arasında oturub dizlərinə döyüb bağıra-bağıra ağlayırdı. Həm şokdan həm də hansı uşağı birinci götürəcəyinə qərar verə bilməməyindən özünə əl qatmışdı
Təsəvvür edirsiniz, adi vaxtda o köklükdə ağırlıqda olan uşağı qucağıma almağa güclük çəkərdim, amma həmin an yerdə  qorxudan çabalayan şikəst uşağı necə belimə aldığımaı, necə zirzəmiyə qaçdığıma hələ də inanmıram. Mənim yəni bu qədərmi gücüm var imiş. Artıq həyətdə adam qalmadı. Bu dəfə yenidən çəkilişə başlamağa qərar verdim. 
Zirzəmidəki qadınların arxamca qışqırıb məni geri çağırmasını eşidirdim. Səsə dönmədim.Video çəkə-çəkə getdim çıxdım yenə “İrşadTelekom” un yanındakı yanğın yerinə. FHN-in əməkdaşları yanğını söndürməklə, “TəciliYardım” maşınları küçələrə səpələnmiş yaralıları yığıb xəstəxanalara daşımaqla məşğul idi. Hamı susmuşdu. Elə bil hamı şok keçirirdi. Yerlər qan içində idi…gölməçə-gölməçə… yangına tökülən su qan gölməçələri ilə birləşib küçə aşağı axırdı. Çox dəhşətli səhnəydi çox… 

 


 Özümü Mərkəzi xəstəxananın həyətinə çatdırdım. Yaralıların , ölənlərin çoxunu bura gətirmişdilər. Yenicə çəkilişə başlayırdım ki. Polislər mane oldu. Amma az da olsa çəkə bildim. Bu arada Bərdəyə gedəcəyimi ötən gündən bilən müəlliməm Şərqiyyə Dadaşova zəng etdi. Salam-sağol etməmiş : A, bala sağsanmı?-deyə soruşdu. Hönkürtümə oda ağladı və xəstəxananın həyətində naləsi göyə qalxmış anaların səsini eşidib, o da mənə qoşuldu.  
İçdən yıxılmışdım amma bunu mənə inanan , məni güclü hesab edən insanlara göstərə bilməzdim. Çünki onlar bəlkədə əynimdəki hərbi paltara görə, mənə çox güvənirdilər, xətrimi əziz tuturdular.

Həmin gecə şəhərdə demək olar ki, çox az adam qaldı… “Köçkün”binasında da barmaqla sayılası adam qalmışdı. Orada qalanlar dedi ki, ermənini bilmək olmaz axşam vaxtıdı Quzanlıya dönmə, qal burda, sabah gedərsən. Tanış xanım vardı, Şövkət Yusifli. Evinin açarlarını mənə verib ailəsi-uşaqları ilə birgə Yevlağa getdilər. Gecəni Şövkət xanımgildə tək – tənha keçirdim. Sözün düzü, gündüz gördüyüm dəhşətlərin təsirindən gözümü yuma bilmədim, maşın da yanan adam, yerdəki qan gölməçələri, ağlaşma, çığırtı, mərkəzi xəstəxananın həyətində ölənlərin yaxınlarının fəryadı…Səhəri dirigözlü açdım. Səhər, qonaq olduğum evdə bir-iki loxma yeyib, “Pajarnı” tərəfə üz tutdum. (Dəyərli Fulya Öztürk də komandası ilə burdaydı).Bu ərazidə daha çox dinc insan öldürülmüşdü. Yenə çəkilişə başladım, qəhər boğazımı yandırırdı. Elə bu anda göy rəngli VAZ-2107 avtomobilinin oturacağında bir ovuc insan içalatını gördüm. Çəkilişi necə başa vurduğumu xatırlamıram. 
Son kəlməmi deyib, telefonu bağladım, dizim üstə asfalta düşüb ucadan elə hönkürə-hönkürə ağladım...Ağlaya-ağlaya da Allaha yalvarırdım: Ay Allah, bu müsibəti götürmə, Ay Allah bu insanların günahı nəydi?” Yumruğumu gah dizlərimə, gah asfalta çırpırdım. Birdə baxdım,. ətrafım adamla doldu. Ora gələndə fikir verməmişəm sən demə, həmin gün PA-dan ora rəsmi şəxslər gələcəkmiş. 2-3 “Təcili Yardım” maşını, xeyli də əlavə maşınlar vardı. Məni yerdən qaldırdılar, apardılar “Təcili Yardım”ın yanına, əllərimə -üzümə su vurdular, dərman içirtdilər. Özümə gələndə sorğu-suala tutdular, kimliyimi öyrəndilər, Ölənlərin hansına qohum olduğumu soruşdular... Əlbəttə, heç biri qohumum deyildi, soydaşım idi, günahsız insanlar idi... Bərdə qətliamını hər xatırlayanda ilk yadıma düşən avtomobilin oturacağında parçalanmış bədəndən qalan bir ovuc içalat, suya qarışıb axan qan birdə dəhşətli dərəcədə ağır olan qan qoxusu…

 

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bərdə qətliamında həlak olanların yaxınlarına Allahdan səbr  diləyir, bütün şəhidlərimizin ruhu qarşısında baş əuirəm!

Şəhidlərin ruhuna ehtiramla Möhtəşəm Vətən Müharibəsinin savaş müxbiri Əntiqə Rəşid

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK