adalet.az header logo
  • Bakı -°C
04 Iyun 2026 21:51
63
MƏMLƏKƏT
A- A+

Velosiped və  skuderler təhlükə mənbəyidir...

Bu gün ölkəmizdə , o cümlədən Bakıda velosipedlərdən və skuderlerdən istifadə edənlərin sayı çoxalıb. Bunu nəzərə alan aidiyyəti qurumlar Bakıda bu nəqliyyat vasitələri üçün ayrıca yol zolağı təşkil edilib.

Amma bəzən bir çox halda görürük ki, bu nəqliyyat vasitələrini idarə edənlər  təyin olunmuş və onlar üçün ayrılmış yolla deyil  avtobusların, avtomobillərinin yolu ilə hərəkət edir. Bu isə birbaşa təhlükə mənbəyi deməkdir. Bir dəfə avtobusdan qabaqda hərəkət edən skuderin sürücü onu aşırdı. Əgər avtobus sürücüsü peşəkar olmasaydı və cəld tərpənməsəydi, sürücü avtobusun altında qalacaqdı. Bax bu gün də həmin mövcud təhlükə durur.

Məsələn, Yeni Günəşli yaşayış sahəsinin " Fatimeyi-zəhra" məscidinin yanındakı parkda  volsepedçilərin və skuderler idarə edənlərin əliindən tərpənmək olmur. Bir neçə gün bundan əvvəl parkda yaşlı bir kişini skuder sürən yeniyetmə vurub. Xoşbəxtlikdən xəsarət yüngül olub.

Amma bu gün də həmin parkda bu nəqliyyat vasitələrindən istifadə edənlər çoxdur!Ona görə də ictimai yerlərdə  və parklarda  bu işə nəzarət gücləndirilməlidir. Avtomobil yollarında isə hələ də volsepedçilər və skuder idarə  edənlər təhlükə  yaradır!!!

Emil Faiqoğlu