adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 12:31
839
DÜNYA
A- A+

ABŞ HƏRBİ TƏYYARƏLƏRİ RUSİYANIN HİSLƏRİ İLƏ OYNAYIR

Rusiyanın iki Su -30 qırıcı təyyarəsi Qara dəniz akvatoriyasında ABŞ -ın Rusiya sərhədlərinə tərəf uçan B-1B strateji  bombardımançıtəyyarəsini geri qaytarıb.
 

Milli müdafiə idarəetmə mərkəzindən verilən məlumatlara görə, radarlar səsdən sürətli təyyarələrin Rusiya sərhədlərinə doğru uçuşunu 19 oktyabrda  qeydə alıb. Bombardımanşı təyyarəni iki KS -135  yanacaq daşıyan təyyarə müşahidə edirdi. 

 "Dövlət sərhəddinin pozulmasının qarşısının alınması üçün iki Su-30 qırıcı təyyarə havaya qaldırıldı və ABŞ hərbi təyyarələri geri qaytarıldı"- deyə mərkəzdən bildirilib.

Qeyd olunur ki, Su-30 qırıcılarının ekipaj üzvüləri beynəlxal qaydalar çərçivəsində hərəkət ediblər. 

Ümumiyyətlə son vaxtlar ABŞ hərbi təyyarələrinin bu cür hərəkətləri tez-tez müşahidə olunmaqdadır. Yəqin Sem dayının uşaqları rusların əsəblərini yoxlayırlar.

Rüstəm Hacıyev