adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Oktyabr 2021 10:05
1195
HADİSƏ
A- A+

Bakıda "Kamaz", Samuxda "VAZ" yanıb

Bakı şəhərinin Sabunçu rayonunda “Kamaz” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunun Əhmədbəyli kəndində isə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.