adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 12:14
54
ƏDƏBİYYAT
A- A+

 Mir Cəlalın hekayə yaradıcılığında evrioloji təhlil - Allahverdi Eminov yazır

Xarakterin didaktik strukturu: Şəxsiyyət İnsandır; İnsan – dünyanın xari–cində yaşayan mücərrəd varlıq deyildir, İnsan – insan dünyasıdır, dövlətdir, cəmiy-yətdir. – Bu fikir K.Marksa məxsusdur. Deməli, insanın şəxsiyyət kimi tərbiyəsi yaşadığı mühitdə baş verir. Deməli, şəxsiyyətin tərbiyəliliyində mühüm faktor mü-nasibətlərinqurulmasıdır ki, bu gedişdə mənəvi zənginlik, sərvətlərin maddiləş-məsi, düşüncələrin emosionallığı nəzərə alınmalıdır. Təbii ki, insan şəxsiyyətinin inkişafında emosional mədəniyyət – hisslərsiz qeyri – mümkündür və davranışın xüsusi sahəsini təşkil edir. Mir Cəlal nəsrində o cümlədən, hekayələrində təhsilin və emosional mədəniyyətin harmoniyası obrazlarında təcəssümünü tapır. Belə ki, tərbiyəlilik təhsil almadan geri qalmır, ədib həm yazıçılıq, pedaqoqluq baxımından insanşünas idi, müəllimlikdə qeyri – peşəkarlıq faktlarında təhriflərə yol vermirdi. O, bu problemi görürdü, obrazları vasitəsilə təlqin edirdi: Əsas qayə şəxsiyyət yetişdirməkdir. Ona görə də ideyalar gənc nəslin ruhuna daxil olmalıdır. İdeya şəx-siyyətin strukturundamöhkəmləndikdə, özünə yer etdikdə inandırıcıdır. Böyük psi-xoloqE.Fromm demişkən: heç bir ideya öz emosional matrisasında birinci ola bilməz...

Mir Cəlalın “Hilal dayı” hekayəsində, hərçənd, ciddi təsir bağışlamayanide-ya qoyulub: 70 yaşlı kəndli, dirrikçi kişini bir məsələ düşündürür ki, bu yaşımda mənim də camaatıma, dövlətimə faydam dəysin. Amma İbrahim çağırır ki, bir əri-zə yazsın. Və yazır, sanki üstündən ağır yük götürülür. Ərizəyə dərhal reaksiya verilir. Hekayə bu gün də o mənada aktualdır ki, bəzi vəzifəli məmurlar onlara ünvanlanan ərizələrə cavab belə vermirlər!

Mir Cəlal hekayələrində ümumi bədii kontekstdə obrazlarının didaktik dav-ranışınıntəhsilliliyini şüurun ümumi strukturunda mücərrəd təsvir etmir, reallığa əsaslanır, pedaqoji prosesə enir. Müəllifin “Oğul”, “İftixar”, “Aqil” hekayələrində xarakterlərin didaktik – tərbiyəvi strukturunu təsvir edir.

Yazıçının “emosional yuxu” hipotezi:

Mir Cəlal müqtədir müəllim – pedaqoq olmaqla bu peşə sahiblərinin obraz-larını yaratmış, onları valideynlərin fonunda təqdim etmişdir. Bu, onu göstərirdi ki, təhsilin incəlikləri, pedaqoji kollektivin təlimi və tərbiyəsinin rolu yazıçı tərəfindən düzgün qiymətləndirilmişdir. “Əsgər oğlu” hekayəsində belə bir bədii pritomdan istifadə edən müəllif ilk öncə Ehtiyat nənənin obrazını verir. Nəvəsi Hafiz isə hələ məktəblidir. Murad baba nəvəsi Aqilin timsalında açılır. Bu dəfə isə nəvələrinin ümidinə qalmağa səbəbkar müharibədir, yad torpaqları qorumağa yollanan, “qara kağızları” oğul yerinə qayıdan doğma Azərbaycanın oğullarıdır.

Hekayədə oxuyuruq: “Qadın bütün səadətini, müqəddəs hisslərini “əsgər oğ-lu”nun – Hafizin oxumasına, boya – başa çatmasına bağlamışdı. “Hafizin pioner şəklini gecə – gündüz can köynəyinin altında, qoynunda gəzdirər, bütün dost, yol-daşlarına göstərər, sevinib fəxr edərdi. Hafizin başı ağrıdımı dünya qadının gözün-də daralırdı. Hafiz güldümü qadının ürəyi çiçək kimi açılırdı”.

Bu epizodda oxucu cəfakeş, mehriban və övladsevər ana (nənə) surətilə tanış olur.

Mir Cəlal “Əsgər oğlu”ndan (1953) sonra “Plovdan sonra” (1955) hekayə-sini yazdı. Hekayədə Moskvada instituta qəbul olunmuş oğlu Ramizi yola salan Ərkinaz xanımın surəti ilə tanış oluruq. Mir Cəlal obrazlarının təqdimatında yeni-yetmələrin (gənclərin) qəlb dünyasını açmağı, anlamağı oxucuya həvalə edir. Ob-razlarındidaktik strukturunda – psixologiyada “emosional yuxu” yozumu vardır, bunu tərbiyəçilər vaxtında qiymətləndirməyi, yəni nəzərə almağı diqqətdə saxla-malıdırlar: “emosional yuxu” təhlükəli olub gəncin qəlbini yatırır, sözü anlamaq-dan məhrum edir. Ədibin zənnində valideyn, müəllim uşaqdakı həssas hissiyyatın müsbət rolunu görməyi bacarmalıdır, hər iki proses, fakt insanın yaşından asılı ol-mayaraq incə sinir mexanizmi kimi müsbətə doğru inkişaf etməlidir, cilalan-malıdır. Mir Cəlal bu problemi ilk dəfə nəsrə gətirən yazıçıdır. Mir Cəlalın belə bir hipotezə gəlməsi təsadüfi deyil, oğlanlarının uğurlu təhsil alması, xüsusilə, akade-mik Arif Paşayevin atada – yazıçıda doğurduğu qürur hissi oyatmışdır.

Sosial mühitin katarsisi:

Mir Cəlal obrazlarında təhsilin ayrı – ayrı şəxslərin mənafeyinə yox, cəmiy-yətin, millətin azadlığında yeni üfüqlər açmaq qüdrətinə malikliyini, sosial – mə-nəvi dönüşlər yarada bilməsini, insanların həyat tərzini dəyişmək zorunda oldu-ğunu təfərrüatı ilə təsvir etmişdir. Təhsilin didaktik strukturu – şəxsiyyətin forma-laşması gedişində xidməti – bədii ədəbiyyatda qoyuluşu obrazların həyatına drama-tizm gətirmişdir, çün, bu surətlər yalnız qərarların icrası ilə yox, eyni zamanda mümkünsüzlüyün faciəsi ilə də nəticələnmişdir. Belə bir bədii yanaşma MirCə-lalın nəsrinə xas olmamışdır...

Ədibin obrazları varlığı praktik və nəzəri qavrayırlar, yaxud elmi üsula bən-zəməyən başqa bir üsullarla, bu isə K.Marksın təbirincə desək: “Bu dünyanın bədii, dini, əməli – əxlaqi mənimsənilməsindən fərqlənir”, iddiasıdır. Bu bədii qəh-rəmanlar (personajlar) həqiqətin və yanılmanın həlledici çərçivəsində hərəkət edən düşüncəni verir, çalışırlar səhv addım atmasınlar. Bəllidir ki, mövcudatın bədii mənimsənilməsi onun obrazlı idrakı və dəyişdirilməsidir; bu, o halda baş verir – hər bir obrazya gözəl olanı, ya da eybəcəri qəbul edir...

Mir Cəlal obrazlarında tərbiyəlilik təhsil almadan geri qalmır, çün, ədib ya-zıçı və pedaqoq idi, heç bir yanılmalara yol vermirdi, halbuki, elə əsərlər oxuyuruq – müəllif qeyri – peşəkarlıqla faktlarla təhrif edir. Yazıçı bu problemi görürdü və obrazlarının vasitəsilə təqdim edirdi,əsas qayə şəxsiyyət yetişdirməkdir, savada, biliyə, dünyagörüşünə, insanpərvərliyə və s. yiyələnməkdir. Ona görə də ideyalar gənc nəslin ruhuna hopmalıdır, çətinliyə düşəndə özünü yolayrıcında hiss etmə-məlidir. Mir Cəlal “Ömrün mənası”, “Qəbul imtahanı”, “Ləyaqət” və s. hekayə-lərində 60-cı illərdə daha mürəkkəb mövzulara üz tutmuşdur. “Ömrün mənası” çox həzin, xatirə oyadan bədii mətndir. Söhbət müəllimlər qurultayından, ora seçilən layiqli nümayəndələrdən, tərəfsiz təltiflərdən gedir, ön plana çəkilir, ona görə ki, vaxtilə rəsmi yığıncaq bütün tələblərə cavab verirdi. Hekayədə Ülkər müəllimin surəti yaradılmışdır. Hekayədə qoyulan məsələnin mənəvi hissi əhatəsində bu peşənin sahiblərinin ürəklərinə sızan ağrını, zəhməti duymaq, bu çətin, qeyri – adi peşə daşıyıcılarına, sifət cizgilərinə təsiri qələmə alınmışdır. Yazıçının “Nazik mət-ləb” hekayəsi “Ömrün mənası”ndan fərqli olaraq uzaq kənd məktəbinə göndərilmiş bir müəllimin dilindən danışılır. Oxucu birbaşa tədrisin didaktik strukturundan doğan müəllim təəssüratı ilə tanış olur.

Mir Cəlalın digər yazıçılardan bir üstünlüyü ondadır – pedaqoji prosesdə müəllimin, tərbiyəçinin funksiyasını obrazlarında tipikləşdirmişdir, konkret desək: pedaqoji işin mədəniyyəti mahiyyətinə dərindən bələddi. Pedaqoqun düşüncəsində və fəaliyyətində təcəssüm etdirdiyi ideyanı və iddianı birləşdirməyə üstünlük verir-di, çün, sinifdə canlı uşaqlardır: hiss – həyəcanları ilə, əqidə – iradəsilə, isnişmə – məhəbbət cücərtilərilə nəfəs alırlar, fikir və ürəkdən doğan ideallıq onların yol yoldaşıdır.

Mir Cəlal obrazlarının xarakterini Təbiətdən aldığı qədər də təbiətin özünə qaytarır; təbiət hətta canlıları, yerdə gəzənləri cinsi rəngindən çıxarıb öz rənginə bürüyür: ağ, boz, sarı, qara, qonur və sairə insanda isə bu rənglər onun təbiətinə – xasiyyətinə hopur. Təsadüfi deyil ki, böyük pedaqoqlar məktəbə “təbiəti” gətir-mişlər, təbiətsevərlik prinsipi” də təsadüfi yaranmamışdır. Pedaqoq – müəllim Tə-biətə vurulursa, o, uşaqları, sənəti, məktəbi, valideyni, nəhayət, özünü sevəcəkdir. Mir Cəlal obrazlarında şagirdlərini sevən müəllimi fetiləşdirir. Antik filosof Aris-totel ağıllı hərəkət etməklə katarsis – oxşar affektlərin (hisslərin) vasitəsilə “təmiz-lənmə” kateqoriyasını işlətdi və təkmilləşdirdi. “Poetika” əsərində filosof “katar-sis” yazanda, əsil sənət əsərinin gerçəkliyin eybəcər tərəflərini göstərməklə insan-larda gözəllik hissini yüksək mənəviyyat aşılamağı da nəzərindən qaçırmamışdır. Katarsis bədii yaradıcılığın ictimai əhəmiyyətinin əsas aspektlərindən biridir. Mir Cəlal obrazlarında geniş təfərrüata yol vermədən qəhrəmanları fərqli şəkildə fərq-lənirlər – təmizlənirlər: İntiqam, Cəza, Məhəbbət! Məsələn, Bəbir bəy öldürülür, Sultanəli intiqam alır, Qumru bala məhəbbətini, Qədir sevgilisini büruzə verir, daxilən yüngülləşirlər!

Təmizlənmə – onun baş tutmasında mühüm dayaq obrazın daxilindəki insan-pərvərlik hissidir, humanizm elementləridir, hərçənd, insanların əxlaqi axtarışla-rının ümumi pafosu bu bəşəri hiss olmalıdır, nə qədər paradoksal təsiri oyatsa da.

Mir Cəlalın nəsr yaradıcılığında qadın obrazları xüsusi məhəbbətlə təsvir olunmuşdur. Gənc yazıçı feodal psixologiyasının yaxşı ənənələrini yaşadan, Şərq adətlərini itirməyən, köhnə Çar rejimindən baş çıxarmağa çalışan, övlad yetişdirən, ərinə sədaqətli, intim ehtirasların qurbanına çevrilməyən qadınların surətini yarat-mışdır. İlk hekayələrini ötən əsrin 30-cu illərində yazan, müharibə dövründə arxa cəbhədə fədakarlıq göstərən, Orduya nikbin ruhla oğul yola salan... analar – qadın-lar istisnalıq yaratmış. Bu qadınlar daxilən təmizdirlər, “katarsisə” möhtac deyillər.

Yazıçı həyatın yetişdirdiyi, amma insanların icra etdiyi, varlığına daşıdığı mənfi, pis, yaman faktlara laqeyd qala bilməz. Həyat o deyil – hər şey rəvandır, bütün adamlar yaxşıdır, xeyirlə şər yola gedir – belə düşünmək istəməzdim. Mən-filiklər: rəzalətlər, riyakarlıqlar, xəyanətlər... bütün dövrlərin cəmiyyətlərində ol-muşdur. Yazıçı belə hallara laqeyd qalmır, ədəbiyyata gətirir ki, gənc və yaşlı nəsl nəticə çıxarıb tərbiyələnsinlər. Naqis xislətlərin katarsisə böyük ehtiyacı vardır, be-lə adamları psixoloji hiss – ehtiras idarə edir. Ehtiraslar həyat qaydalarını, “davra-nış xəttini” pozduqda, sağlamlığına ziyan vurduqda şərə çevrilir.

Mir Cəlalın hekayələrində bir mühüm, digər müasirlərində olmayan cəhəti qeyd edərdim ki, yazıçıda intellektuallıq, sosial etiraz hissi, ideyanı və idealın ol-ması xarakterikdir. Belə bir formulə edərdim: yazıçıda dünyagörüşü konkret olma-lıdır və bu, yaradıcılıq üçün önəmlidir. Əgər dünyaya baxış mürəkkəb, dolanbac və mütəhərrikdirsə, adi bir əşyanın o qədər çək-çevirə salacaq – gedib elmə çıxacaq. Sonralar 10-15 ildən sonra öz hekayəsini oxuyanda bərk əsəbləşəcəkdir, gülümsü-nəcəkdir də! Mövzuya düşən predmet (əşya) adidirsə, oxucunu təsirləndirəcəkmi? Belə bir məqamı düşünəndə Kuprini, Çexovu xatırladım. Haçansa rus yazıçısı A.Kuprinin “Maxorka” (tütün növü) haqqında bir hekayəsini oxumuşdum. Təxmi-nən belədir ki, yazıçı maxorka barədə ümumiyyətlə deyil, konkret serebyanka maxorkasından bəhs edir və Qara dənizdəki balıq vətəgələrindən ümumi yox, Du-binin vətəgəsindən danışır. A.Kuprinin üslubuna bələdik ki, o, istəsə maxorkadan, vətəgədən nə qədər yazar. Heç də pis alınmaz. O isə hekayəsinin mənasını sakit, sadə dillə – təsvirlə başa vurmuşdur. Mir Cəlalın son hekayələrində müdriklik ov-qatı, insanların xasiyyətindəki gizlinlər, davranışında etik məsələlər qabarıq təsvir olunur, yüksək əxlaqi dəyərlər aşılayır, Zamanın və Məkanın siyasi – sosial və mə-nəvi– əxlaqi prinsiplərinə bədii və elmi səviyyədə cavab verir. Ədibin obrazları cəmiyyətin bütün sferalarını əks etdirir, bu qəhrəmanlarda dinamika, formalaşma, yetkinləşmə güclüdür. Mir Cəlalın hekayə yaradıcılığı onun romanlarından, po-vestlərindən ayrılmazdır, istedadının dünyagörüşünün, müşahidəsinin məhsuludur.

Mənim üçün Mir Cəlal böyük ədib olaraq bütöv şəxsiyyətdir.