adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 21:25
63
HADİSƏ
A- A+

Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 4 ölü - YENİLƏNİB

Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.

TƏBİB-dən Adalet.az-a bildirilib ki, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.

Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digərinin isə bacısı oğlu 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu olduğu bilirilir.

 

20:21

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.