SON DƏQİQƏ:

Regionun "maraq dairəsi": “Erməni-fars qardaşlığı” nın iç üzü, “gizli qazanc” ın ifşası,  

  1137   |  
Şriftin ölçüsü  

Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında  siyasi savadsızlığı ucbatından ən yaxın müdafiəçisini ifşa etdikdən sonra bir çox həqiqətlər meydana çıxdı. Yadınızdadırsa, bir neçə gün əvvəl baş tutan həmin iclasda Prezident İlham Əliyev çıxış etdi və İranla 132 km-lik sərhəd xəttinin nəzarətə alındığını, İran və Ermənistanın narkotik ticarəti ilə birbaşa məşğul olduğunu dedikdən sonra fakt da təqdim etdi; bildirdi ki, müharibədən, yəni sərhədlər nəzarətə götürüləndən sonra İrandan gətirilən narkotiklərin həcmində 2 dəfə artım qeydə alınıb.
Adalet.az  xəbər verir ki, İlham Əliyevin bu sözlərinə etiraz edən Nikol Paşinyan isə maraqlı faktı açıqladı. O bildirdi ki, İran və Ermənistan da "narkotikə qarşı mübarizə" aparır, bizdə isə (yəni Ermənistan sərhədində) müharibədən sonra keçən bir il ərzində sərhəddə tutulan narkotikin həcmi iki dəfə deyil, 3-4 dəfə artıb. Nikol Paşinyan guya təkzibə qalxmışdı, əvəzində isə İlham Əliyevin sözlərini təsdiqlədi və dolayısı ilə İranı ittiham edib, Ermənistanı xilas etməyə çalışdı.

 

 Bu faktı təkcə Əliyev deyirmi?İranın girdiyi girdab


 
Bütün xarici, yerli siyasi ekspertlərin  gəldiyi son nəticə budur ki, İranın Azərbaycana aqressiyası tək “erməni-fars qardaşlığı”ndan qaynaqlanmır. sanksiya məhdudiyyətləri içində ABŞ-la mübarizə aparan İranın “gizli qazancı”nın kəsilməsi Tehranın Bakıya qarşı sərt münasibətinin əsas səbəbidir.
 Məsələn, türk ekspert Həsən Oqtay mətbuata açıqlamasında söylədi ki, İranın qanunsuz əlaqələri olan yeganə qonşusu Ermənistandır və Ermənistanın işğal etdiyi Azərbaycana məxsus olan rayonlar İran üçün “nəfəslik” idi: “İranın Azərbaycanı tənqid etməsində İsrail bəhanədir, əsl səbəb Cəbrayıl-Füzuli üzərindən Ermənistana göndərilən qanunsuz mallardır. İran İnqilab Keşikçiləri bu ticarətdən böyük qazanc əldə edirdilər və bu mənfəətlərdən məhrum olduqda, İsrail bəhanəsinin arxasında gizlənərək Azərbaycana qarşı sərt mövqe sərgiləməyə başladılar”.
Ekspertin fikrini elə İran rəsmilərinin açıqlamaları da təsdiq edir. Ötən ilİranın  Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İskəndər Mömini bir açıqlama etmişdi. Həmin açıqlamaya görə, İranda gündəlik iki tondan çox narkotik maddə istehlak olunur. 
Təkcə ötən il bu qədər idi. Yəqin ki, bu bir az da artıb. Ötən ilin məlumatlarına görə, İranda narkomanların 67 faizi heroin və tiryək istifadəçiləridir. Dünya Səhiyyə Təşkilatının statistik hesabatına görə, reabilitasiya mərkəzlərinə müraciət edənlərin 70 faizini narkomanlar təşkil edib. 52356 nəfər narkotiklərlə əlaqədar həbs olunub. Bir faktı nəzərinizə çatdıraq: İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərində təkcə 2019-cu ildə 1 ton 789 kiloqramdan çox narkotik maddə aşkarlanıb.

 

 

 Əlbəttə, artıq heç kəsə sirr deyil ki, bir çox dövlətlərin görünməz alətlərindən biri terror dəstələri və  narkotik ticarətidir.  Müxtəlif məqsədlərlə belə “görünməz alətlər”dən istifadə edən həmin ölkələr  həm büdcədə ki yeyintilərin yerini doldurur, həm şəxsi mənfəətini yaradır, həm də özündən zəif dövlətlərə qarşı lazım olan zamanlarda öz gücünü göstərir. Təbii ki, bu kontekstdə İran ən öndə olan ölkələrdəndir. O həmçinin  narkotikin Avropaya göndərilməsində mühüm rol oynayır, narkoticarət İran üçün əhəmiyyətli bir gəlir mənbəyidir. Məhz  Qarabağdakı 44 günlük müharibədən sonra Arazboyu bütün torpaqlara, xüsusən İranın gediş-gəlişinə, ticarətinə mane olan narkotik əkilən ərazilərə Azərbaycan Ordusunun nəzarət etməsi İranı xeyli “kasıb” salıb və eyni zamanda onun əsəbləşməsinə zəmin yaradıb.


Yəməndən İraqa qədər

 

 Digər türk hərbi ekspert Həsən Məsud Öndər də düşünür ki, İranın İkinci Qarabağ savaşında Ermənistana gizli dəstək verməsinin səbəbləri sırasında narkotik ticarəti də dayanır:
“Bu sahədəki “dövriyyə” milyard dollarla ifadə olunur. İranın son vaxtlar Azərbaycana qarşı qəzəblənməsinin səbəblərindən biri də Ermənistanla qurduğu narkotik dövriyyəsinin məhv olmasıdır. İranın narkotik alverində PKK terror təşkilatının əhəmiyyətli rolunu da nəzərə alsaq, İkinci Qarabağ müharibəsində PKK ünsürlərinin Ermənistanla birlikdə döyüşməsinin səbəbi də ortaya çıxar”.

Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov fikrincə, Tehranın Bakıya qarşı siyasətinin kəskinləşməsinin səbəbi Azərbaycanın vaxtilə nəzarətsiz əraziləri və Rusiya vasitəsilə İrandan Latviyaya narkotranzitinə Azərbaycanın “stop” verməsidir. Bu yaxınlarda Biləsuvarda yarım ton heroin müsadirə edildi, bunu da yaddan çıxarmayın!.
“Nəzərə alın ki, bu, İranın Azərbaycan ərazisindən keçirmək istədiyi və Bakı tərəfindən qarşısı alınan ilk iri narkotik partiyası deyil. 44 günlük müharibədən bu yana Azərbaycan xüsusi xidmət orqanları 1.5 tondan çox heroin trafikinin qarşısını alıb. Bu isə ümumilikdə İran narkoticarətinə ciddi zərbədir. Bakı İrana axan milyardlarla haram pulun qarşısını alır...
Heç vaxt inanmaram ki, İran hakimiyyəti narkotrafiki təşviq etməsin. Onlar nəinki bu barədə bilir, həm də bunu öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Heç kimə sirr deyil ki, İranın Yaxın Şərqin ən müxtəlif ölkələrində — Yəməndən İraqa qədər şiə hərbi qruplaşmaları mövcuddur və onları qeyri-leqal gələn pullarla saxlamaq gərəkir.
Əks təqdirdə pullar büdcədən getsə, bu, beynəlxalq terrorizmə sponsorluğun İran tərəfindən açıq etirafı kimi qələmə alınacaq. Haram pullarla terrorizmi maliyyəşdirən Tehran hazırda başqalarını terrorizmə dəstəkdə ittiham edir. Bu vəziyyət İranın 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsində olan gizli dəstəyini tam olaraq izah edir. Rəsmi Tehran Qarabağı Ermənistan və Gürcüstan vasitəsilə azad narkotrafik dəhlizi kimi illərdir istifadə edib.

 

Əgər Azərbaycan bu narkotrafikin qarşısını almasaydı və ya heç olmasa ona çox ciddi zərbə vurmasaydı, əksinə, bu narkotikə razılıq versəydi, Bakı ilə Tehran arasında münasibətlərdə heç bir problem olmazdı.
Amma Azərbaycan İran narkotrafikinə çox ciddi maneə oldu və cavabında müşahidə etdiyimiz proseslər baş verdi”.

Göründüyü kimi İranın Azərbaycana hiddətlənməsinin əsas səbəbini bilməyən yoxdur. 
Maraqlıdır, görəsən, aləmə aşkar olan məqsədli “qardaşlıq” prinsiplərinin puç olduğunu anlayan İran”qardaşlığından, yaxud prinsiplərindən əl çəkəcəkmi? Əl çəkərsən uğurlu işlər başlayara, Əks halda, bu tək İranın  deyil, Qafqazda sülh və asayiş istəyən, ticarət və  kommunikasiya xarakterli münasibəti genişləndirmək   məqsədi daşıyanların da maraq dairəsindədir.
 

 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK