“ABŞ atəşkəsə razılaşarsa, bu, İranın mövqeyini gücləndirə bilər...”
“ABŞ prezidenti İranla konfedensial danışıqlar aparıldığını qeyd edir. ABŞ prezidenti Donald Trump son iki gündə İranla danışıqlar aparıldığını bildirib və buna görə beş gün ərzində bu ölkənin elektrik şəbəkəsinə zərbələr endirilməməsi barədə tapşırıq verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ və İran arasında konfidensial danışıqlarda əsas vasitəçi ölkələr kimi Türkiyə və Səudiyyə Ərəbistanı çıxış edib:
“Ötən həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ərəb ölkələrinin həmkarlari ilə görüş keçirib. Bu danışıqlarda İranın xarici işlər naziri Abbas Araqçi də telefon vasitəsilə iştirak edib. ABŞ prezidenti 48 saat ərzində Hörmüz boğazının açılması ilə bağlı ultimatum vermiş, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə İranın elektrik infrastrukturuna zərbələr endiriləcəyini bildirmişdi. İranın cavab bəyanatları isə Vaşinqtonun mövqeyinə təsir göstərib. Belə ki, Tehran İsraildə nüvə obyektlərini və körfəz ölkələrinin enerji infrastrukturunu hədəfə ala biləcəyini açıqlayıb. Bu da Ərəb ölkələri üçün ciddi elektrik şəbəkəsinin çökməsi və ABŞ regionda iqtisadi maraqlarına zərbədir”.
O, deyib ki, ABŞ atəşkəsə razılaşarsa, bu, İranın mövqeyini gücləndirə bilər:
“Vaşinqton üçün danışıqlar yalnız o halda uğurlu sayıla bilər ki, SEPAH siyasi hakimiyyətdən kənarlaşdırılsın və prezident institutuna tam səlahiyyətlər verilsin. Lakin SEPAH-ın hakimiyyətdən könüllü şəkildə geri çəkilməsi real görünmür.ABŞ-ın alternativ variant kimi Hörmüz boğazında hərbi əməliyyatlara başlaması və azad naviqasiyanı bərpa etmək üçün hərəkətə keçə bilər. Bu istiqamətdə addım atılacağı təqdirdə, münaqişənin ikinci mərhələsi başlaya və İranla ABŞ hərbi qüvvələri arasında birbaşa toqquşmalar baş verə bilər. Qeyd edim ki, Tərəflər arasında danışıqlar gedir. İran ABŞ-nin bir neçə şərtini qəbul edərsə, atəşkəs rejimi tətbiq edilə bilər. Hazırda İranla danışıqlar gedirsə, bu Vaşinqtonun daha geniş eskalasiyadan çəkinməsi deməkdir. Çünki, İranın cavab addımlarını bu qədər gözlənilmirdi.İranın hərbi infrastrukturu kifayət qədər dağıdılıb. Havadan müdafiə sistemi çöküb. Buna baxmayaraq İran tarana gedir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 10:11
“İran hərbi nüvə doktrinasından imtina edir...” – Politoloq
24 Mart 2026 09:36
“Kreml təxribatçıları cəzalandırmır...” – Politoloq
23 Mart 2026 15:39
Azərbaycan XİN Zaxarovadan izahat gözləyir
23 Mart 2026 15:29
Çin Sədri İlham Əliyevi təbrik etdi
23 Mart 2026 15:24
Prezident Şahbaz Şərifi təbrik etdi
23 Mart 2026 12:20
"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
22 Mart 2026 15:23
Bu müharibənin bizim regionumuza təsiri ola bilər? - Səxavət Məmməd yazır
22 Mart 2026 11:16


Bakı -°C

