adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Oktyabr 2021 11:17
1383
DÜNYA
A- A+

İranla Yunanıstan Türkiyəyə qarşı - müharibə başlayır?

İran və Yunanıstan= Ön və arxada Türkiyəyə qarşı iki cəbhə. 3235 km-lik savaş

Yunanıstan kimi kiçik kalibrli bir ölkənin sürətlə silahlanaraq özündən dəfələrlə böyük Türkiyəyə qarşı silah dili ilə meydan oxumasını hamı görməkdədir.

Fransadan alınan qırıcılar, dəniz altıları, hərbi katerlər, milyardlıq silahlar. Türkiyədə qafalar qarışır və hər kəs bu sualı verir: "Yunanıstan müharibəyəmi başlayır?"

Siyasi platformalarda müzakirələr iki gücün müqayisəsi ilə bitsə də, artıq bəzi regional proseslər göstərir ki, Afina Ankaraya qarşı hərbi əməliyyatlara doğru sürətlə addım atır. Hətta iş o yerə çatıb ki, Yunanıstanin sabiq baş naziri Çipras hazırkı hökuməti ciddi tənqid edərək, Türkiyəyə qarşı silahlanmaqdan imtina etməyə çağırış edib.

Bəs, Yunanıstana nə olub?

Məsələ ondan ibarətdir ki, bütün proseslər öz başlanğıcını 44 günlük müharibədən sonrkı hadisələrdən alır.

Azərbaycan və Türkiyə bölgədə formalaşmış regional və qlobal münasibətlər sistemini pozaraq ərazilərimizi azad edib, nəticədə bir çox mərkəzin və dövlətin Qafqaza, Orta Asiyaya, Avropa və Asiyaya dair planları qüvvədən düşməyə başlayıb.

Ərdoğan - Əliyev tandemi Qafqaz düyününü açaraq yeni siyasi mərkəz - platforma inşa etməyə başlayıb.

İndi isə aktorlara baxaq: Türkiyə Anadoludan Orta Asiyaya qovuşmağa çox yaxındır.

Məhz Zəngəzur dəhlizinin açılması məsələnin ilk şərtidir.

Amma dəhlizin açılması, müharibənin bitməsi İranın Qafqaz siyasətini uduzması və müharibənin tək məğlub tərəfi olması anlamına gəlməkdədir.

Əslində İranın sərhəddə təlimləri və mümkün proqnoz olaraq Sünikə (İbrahim Karagülün iddiası) qoşun yığması Azərbaycana qarşı cəbhə aça bilməsi anlamına gəlir.

Deməli, İran Arazın cənubunda qoşun yığan Yunanıstan Türkiyə əlehinə silahlanma yarışında zirvəyə çıxmış oldu.

Türkiyə tərəfdən meydanda - Şərqi Asiyadan Qafqaza Pakistan, Azərbaycan tərəfdən İsrail cəlb edilən kimi, Ermənistan və İran tərəfdən Yunanıstanala Fransa prosesə daxil edildi.

Bu məntiqlə Türkiyəyə qarşı İran demarşına cəhdin əsas səbəbi təkcə Tehran və onun sionist iddiaları deyil,

Bütövlükdə, Türkiyəni dayandırmaq, tərəddüd etdirmək və yüz illərdir Qərbin İran- Turan savaş tezislərini ideoloji əsasda yenidən inşa etməyə cəhdidir.

Aşağıdakı xəritə üçlü ittifaqın istiqamətini göstərir - Afina - İrəvan- Tehran= Bakı- Ankara- Tələviv-İslamabada qarşı.

 

Əziz Əlibəyli

Beynəlxalq məsələlər üzrə siyasi şərhçi