SON DƏQİQƏ:

Həmsədrlər niyə gəlir?- Lavrovun "Şeyx Nəsrullah"lığı

  711   |  
Şriftin ölçüsü  

Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə jurnalistlərə verdiyi açıqlamada, bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Nyu-Yorkda Nyu -Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş də Bakı, İrəvan və  Dağlıq Qarabağ bölgəsinə işgüzar səfərlərinin bərpası barədə razılığa gəliblər. O, həmçinin vurğulayıb ki, Azərbaycan, Ermənistan və Xankəndindəki separatçı rejimin rəhbərliyi ilə görüşəcəklər. Lavrov nə deyir? Necə yəni Dağlıq Qarabağa səfərlərin bərpası barədə razılıq əldə olunub? Azərbaycan Prezidenti 27 sentyabr Anım Günü münasibətilə xalqa müraciətində bir daha qətiyyətlə dedi ki, Dağlıq Qarabağ adlı inzibati ərazi daha yoxdur, amma Lavrov nəinki Dağlıq Qarabağ, hətta Xankəndinə  Stepanakert deyir. 30 il Qarabağdakı status-kvonun birbaşa səbəkarları olan, bu münaqişənin həllində iynə ucu boyda iş görməyən həmsədrlər niyə və nəyə gəlir? Axı Prezident İlham Əliyev dedi ki, “Ölünü diriltmək səyləri mənasızdı”...

“Status məsələsini gündəliyə salıb regionda öz maraqlarının təminatını bu yolla həyata keçirmək istəyən Minsk qrupu Ermənistan üçün son şansdır. Minsk qrupu nəinki əlacsız bir xəstəni müalicə etmək istəyən uğursuz loğmana, o, ölüləri diriltməyə çalışan İsaya bənzəmək istəyir. Fərq yalnız ondadır ki, əfsanələrə görə İsa buna nail olmuşdu, Minsk qrupu isə 30 illik - yəni bir əsrin 1/3 qədər olan uğursuz missiyasını israrla yenidən davam etdirmək niyyətindədir”. Bu sözləri məsələyə münasibət bildirən beynəlxaql məsələlər üzrə ekspert Nəzakət Məmmədova dedi. Onun sözlərinə görə, Minsk qrupu buna nail ola bilməyəcək, çünki erməni xəstəliyinin, torpaq hərisliyinin əlacı yoxdur.

“Dünya siyasətində söz sahibi olan, Minsk qrupunun həmsədri rolunda, əslində isə geosiyasi yırtıcı maraqlarını təmin etmək uğrunda Qarabağ məsələsinin həllində iştirak tələb edən ABŞ və Fransa Azərbaycan, Rusiya və Türkiyənin səyləri nəticəsində oyundankənar vəziyyətə düşüb. Minsk qrupu hazırda məğlub olmuş Ermənistana hava-su kimi lazımdır, bəlkə də o, ermənilərin son ümididir, çünki onlar status iddialarından əl çəkmək fikrində deyillər. Halbuki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 10 noyabr sazişində heç bir statusdan söhbət getmir.

 

Əgər münaqişə tərəfləri 10 noyabr sazişində status məsələsinə toxunmayıblarsa, bu məsələnin tarixiz zibilliyinə gömüldüyü anlamına gəlir. Ölünü yenidən zorla diriltməyə çalışmaq mənasız istəkdir”.

N.Məmmədovanın fikrincə, ATƏT-in Minsk qrupu buraxılmalıdır. ATƏT-in nüfuzuna zərbə vuran uğursuz missiya olmaqla yanaşı, Minsk qrupu təşkilatın büdcəsinə də yükdür. Bu missiyanın saxlanılması xərcləri də kifayət qədər bahalı prosesdir.

“Minsk qrupu 30 ilə yaxındır ki, münaqişəni həll edə bilmir və bununla yanaşı qeyri-adekvat, səriştəsiz olduqlarını etiraf etmək istəmir. Qərbdə istefa mədəniyyəti deyilən bir şey var, indiyədək heç bir həmsədr əlini vicdanına qoyub istefa verməyib. Əgər səriştəli idilərsə, münaqişə niyə həll olunmurdu, əgər həll edilmə perspektivi var idisə, 30 ildə niyə irəliləyiş olmadı? Bir missiya milyonlarla insanın bu qədər boş yerə vaxtını alıbsa, bacarıqsız olduğunu etiraf etməli, Azərbaycan xalqından üzr istəməli və buraxılmalıdır. Əks təqdirdə, Azərbaycan bunu tələb etməlidir”, deyə politoloq bildirdi.

Nəzakət xanım onu da əlavə ertdi ki, həmsədrlər bölgəyə ancaq ölüm gətirirdilər: “ABŞ keçmiş dövlət katibi xanım Hilari Klinton bölgəyə səfər edəndə 5 nəfər əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Ondan sonrakı dövrdə də cəbhə xətti qanlı mesaj yerinə döndü. Hər dəfə günahsız azərbaycanlılar öldürülürdü. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib İrəvanda, Xankəndində kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə status-kvo saxlanılmaqda davam etməlidir? 44 günlük müharibədə Azərbaycan Minsk qrupunun 28 ildə görə bilmədiyi işi gördü. Bundan sonra Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin iştirakı ilə böyük sülh sazişi imzalanmalıdır. Fransa kimi regiona dəxli olmayan dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkəsi kənarda qalır? Bölgədə artıq 100 ildir ki, problemləri bu iki böyük dövlətlə birgə həll edir. Qars müqaviləsi, Moskva müqaviləsi və s. buna nümunədir. Rusiya və Türkiyə Azərbaycan və Ermənistan arasında böyük sülhün qarantor ölkələri statusunda müqavilənin imzalanmasında iştirak etməlidirlər. Digər kənar ölkələrin bura müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Azərbaycan Avropa ilə enerji əməkdaşlığından Qarabağ məsələsində təzyiqləri neytrallaşdırmaq üçün istifadə etməlidir. Bütün xarici siyasət qərarları bir məqsədə xidmət etməlidir - Qarabağın azad olunması faktının beynəlxalq icma tərəfindən qəbul etdirilməsinə”.

Siyai şərhçi Azər Həsrət isə sözü gedən mövzu ilə “Adalet.az”-a danışərkən qeyd etdi ki, Sergey Lavrov və bəlli kateqoriyadan olan şəxslər Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hələ də tam həzm edə bilmirlər.

“Bu da səbəbsiz deyil. Çünki adamın erməni rəğbəti heç kimə sirr deyil. Onun səsləndirdiyi fikirlərə gəlincə, diqqət edilərsə, bütün addımların Azərbaycanla razılaşdırılacağı və razılaşdırıldığı deyilir. Yəni Azərbaycan istəməsə heç kim bölgəyə səfər edə bilməyəcək. Digər tərəfdən də hələlik onların işlətdiyi “Dağlıq Qarabağ”, “Stepanakert” kimi ifadələr də müvəqqətidir. Bəlli bir müddət sonra bu ifadələrdən imtina etməyə məcbur olacaqlar. Ümumiyyətlə isə, Azərbaycan Prezidentinin iradəsinin xaricində hər hansı təşəbbüs mümkün deyil. O baxımdan ATƏT-in Minsk Qrupunun da Qarabağda yaşayan erməni vətəndaşlarımızın tezliklə Azərbaycan cəmiyyətinə inteqrasiya olunması yönündə konkret təkliflərlə gəlməsi lazımdır.“

“Əvvəlcə Rusiya XİN-in başçısı Sergey Lavrovun nəzərinə çatdirım ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil və heç vaxt belə bir qurum olmayacaq. Qarabağ iqtisadi rayonumuz mövcuddur, bu iqtisadi rayonun Azərbaycanın digər ərazilərimizdə yerləşən rayonlarla idarəetməsində heç bir fərqi yoxdur”. Bu sözləri isə “Adalet.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə dedi. Partiya sədri bildirdi ki, ATƏT - in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərlərinə əleyhinədir.

“Minsk qrupunun həmsədrlərinə o zaman böyük etimad göstərə bilərdik ki, onlar münaqişənin dinc yolla həllində müsbət töhfələr vermiş olardılar. Ancaq bu baş vermədi. Azərbaycanın müzəffər Ordusu işğalda olan ərazilərimizi öz gücü ilə geri qaytardı. Azərbaycan dövləti minlərlə şəhidin canı qanı bahasına bu qələbəni əldə etdi”,- deyə A.Əlizadə fikrini tamamladı.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə başqa fikirdədir. Onun sözlərinə görə, Lavrovun bu bəyanatı ilə Prezident İlham Əliyevin dedikləri ziddiyət təşkil etmir:

“Bəli, Prezident dedi ki, Minsk Qrupunun fəaliyyəti yoxdur. Çünki heç bir təklif vermirlər. Onların hansı istiqamətdə işləməyə borclu olduqlarını da cənab Prezident deyib. Prezident post müharibə dövründə iki xalqın yaxınlaşması istiqamətində təkliflər tələb edir həmsədlərdən. Hesab edirəm ki, bütün hallarda Minsk qrupunun ləğv etməyə imkanımız olmadığı üçün onların mümkün qdədr bizim istəklərimizə uyğun fəaliyyət göstəməsinə çalışmalıyıq. Qəbul etmədiyimiz məqamlara da mümkün qədər mane olacağıq. Reallıq budur”.

Partiya sədri Lavrovun “Dağlıq Qarabağ və Stepanakert” ifadələrdən istifadə etməsinə isə belə münasibət bildirdi:

“Görünür hələ də onlar adətlərindən əl çəkmək istəmirlər. Amma əls həqiqət bundadır ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur. Amma təzəsini də yaratmamışıq. İqtisadi rayo inzibati vahid deyil. Mən hörmətli millət vəkillərindən xahiş edirəm, çünki bu parlamentin səlahiyyətinə daxildir, Azərbaycanın ərazi vahidini dəyişmək lazımdır. Təbii ki, Qarabağ inzibati vahidi rəsmiləşdirilməlidir. Qarabağ Vilayəti yaxud  Şərqi Zəngəzur Vilayəti ola bilər. Çünki 14 iqtisadi zona var və bunun da əsasında 14 inzibati ərazi vahidi yaradılmalıdır. Bu məsələ nə qədədr tez həyata keçirilsə o qədədr yaxşıdır”.

İltifat HACIXANOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK