Putin və Paşinyan nələri müzakirə edəcək?
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar.
Adalet.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri çoxdan razılaşdırılıb və Kreml bu səfərə hazırlaşır.
Kremlin sözçüsü vurğulayıb ki, Ermənistanın Avropa İttifaqına istiqamətlənməsi və Avrasiya İqtisadi Birliyinin üzvlüyündə qalmaq istəyi uyğunsuzdur.


Bakı -°C

