SON DƏQİQƏ:

Bir xalqın “ol” əmri, şəhidlərin yürüşü... - Emin Piri yazır

  1671   |  
Şriftin ölçüsü  

Həmişə nəticələrə köklənirik. Amma əsas məsələ başlanğıcdır, o nəticəyə aparan oyanışdır. Tanrının “ol”əmri ilə bəşəriyyətinin başlanğıcı kimi.

Bütün nəticələr də hansısa məqamın başlanğıcıdı.

27 sentyabr bir xalq kimi yeni oyanışın, yeni mərhələnin “ol”udur. Bir xalqın  “ol” deməyi idi, ordusuyla, sadə vətəndaşından Ali Baş

Komandanına kimi...

3000 şəhid portretiylə Bakı küçələrində yürüş etmək...Prezidentindən sıravi hərbçisinə kimi əllərində şəhid şəkillərini şüar kimi qaldırmaq. Bayraq kimi ucaltmaq.

Bizim bayraqdarımızdı o şəhidlər.

Ruhlar da əlində bayraq götürüb irəliləyə, səni zəfərə apara bilər...

Portretləri görəndə mənə elə gəldi ki, bu yürüşü edən şəhidlərdir. Xeyr, pafosla danışmıram, dünən şəhidlərin yürüşü idi. Onlar Bakı küçələrində addımlayırdılar...Şanlı qələbələrini qeyd edirdilər. Onların əlləri idi şəkillərini tutduğumuz əllərimiz, onların addımları idi addımlarımız...

Dünən dostumuz, şair Eminquey ilə şəhidlər xiyabanını ziyarət edərkən bəlkə də şairliyimdən irəli gələn fərqli məqamlara köklənir, hər şeydə nəsə mistika axtarırdım. Amma axtarmaqla deyil, burada mistika özü səni izləyir. Sən özün onun bir parçasına çevrilirsən.
Məni daha çox buradakı öz şəhid sahibini gözləyən boş məzarlar vahiməyə salır.

Bugün buraya ziyarətə gələn analar, bacılar bəlkə də bir gün o sahibsiz boş məzarların hansınınsa başında ağlayacaqlar. Ana kimi, bacı kimi, sevgili kimi... 

Anırıq, üzülürük. Həm də 27 sentyabr oyanışın, “ol”un mübarək, Azərbaycan xalqı!
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK